20 il cəza verilmiş "Gəncə məhbusu" həbsxanada öldü

20 il cəza verilmiş
Загрузка...
Gəncə hadisələrinə görə həbs olunan Eşqin Quliyev dünyasını dəyişdi. Bu barədə hüquq müdafiəçisi Oqtay güləliyev məlumat yayıb. Eşqin Quliyev ötən gün komaya düşmüşdü. 
Sentyabrın 19-da Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Xəqani Səmədovun sədrli ilə keçirilən prosesdə Eşqin Quliyevi 20 il azadlıqdan məhrum edilib. Eşqin Quliyev "Hepatit C” xəstəliyindən əziyyət çəkirdi. 
E.Quliyevin nəşi ailəsinə təhvil verilib və artıq dəfn olunub. 
Gəncə hadisələrinə görə 80-ə qədər şəxs həbs olunub. Onların işi bir neçə qrupa bölünərək məhkəməyə göndərilib. Onların arasında Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsddə təqsirləndirilən Yunis Səfərov da var. 

Aydın Qurbanov 
Xatırladaq ki, bir müddət əvvəl, iyulun 10-da  "Gəncə məhbusu" Aydın Qurbanov Pentensiar Xidmətin Müalicə Müəssisəsində dünyasını dəyişib. O, mədə xərçəngindən əziyyət çəkirdi.
Загрузка...
Загрузка...

Xəbər lenti