2 yaşlı körpənin başına kürəklə vurulub

2 yaşlı körpənin başına kürəklə vurulub
Загрузка...
Hadisə Tərtərdə baş verib
Tərtərdə 2 yaşlı körpə başından aldığı zərbə nəticəsində ölüb. 2018-ci il doğumlu Ömər Ağzadənin başına kürəklə zərbə vurulduğu məlum olub. Hadisə iyulun 2-də baş verib. Məlumatı Baş Prokurorluq yayıb.
Məlumatda bildirilir ki, Ömər Ağazadə Tərtərin Hacıqərvənd kəndinin sakini olub. Onun başına kürəklə zərbə endirilib. İyulun 3-də aldığı xəsarətlərdən yerləşdirildiyi xəstəxanada ölüb: "Dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib. O cümlədən digər zəruri prosessual hərəkətlər yerinə yetirilib”.
Faktla bağlı Tərtər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin olunub.
Məlumatda bildirilir ki, ilkin istintaqla cinayətin Tərtər rayon sakini, 1988-ci il təvəllüdlü Elmir Hüseynov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib. Elmir Hüseynov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xəbər lenti