2 gündür hüquq müdafiəçisindən xəbər yoxdur

2 gündür hüquq müdafiəçisindən xəbər yoxdur
Загрузка...
 "Dekabrın 27-dən hüquq müdafiəçisi Taleh Xasməmmədovdan xəbər yoxdur”. Bunu Azadlıq Radiosuna Siyasi Məhbusları Müdafiə Mərkəzinin (SMMM) əlaqələndiricisi Oqtay Gülalıyev bildirib.
Onun sözlərinə görə, sonuncu dəfə onunla dekabrın 27-də günorta saatlarında əlaqə saxlanıb, ondan sonra əlaqə kəsilib.
O.Gülalıyev ehtimal edir ki, baş verənlər T. Xasməmmədovun hüquq müdafiəçisi kimi fəaliyyəti ilə bağlı ola bilər: "Son zamanlar həm də sosial şəbəkədə hakimiyəti tənqid edən stastusları vardı”.
O.Gülalıyev deyir ki, Göyçay rayonunda yaşayan T. Xasməmmədova 2018-ci ildə polislə münaqişə ilə bağlı yenidən cinayət işi də açılmışdı, o, tez-tez polis və prokurorluğa çağrılırdı: "Xaricə çıxışına qadağa qoyulmuşdu, səhhətilə bağlı müalicə almaq üçün xaricə getməli idi, buna da imkan vermirdilər.”.
Anası: "Bir telefon itir , onu...”
" Talehdən biz də xəbər ala bilmirik”. Bunu isə Taleh Xasməmmədovun Göyçay rayonunda yaşayan anası Gülbuta Xasməmmədova bildirib. G.Xasməmmədova rayonun hüquq mühafizə orqanlarına müraciət etdiyni, hələki, cavab almadığını deyir: "Daxili İşlər Nazirliyinə müraciət etmişəm, hələki, heç bir xəbər yoxdur”-deyə hüquq müdafiəçisinin anası bildirib.
G.Xasməmmədova hüquq mühafizə orqanlarının oğlunu tapa bilməmələrini təəccüblə qarşılayıb: "Bir telefon itir, onu bir neçə saata tapırlar, bu boyda adam titib, ondan, hələ də soraq yoxdur”-deyə anası narazılığını bildirib.
Bütün bu deyilənlərə, həlilik, Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Xatırlatma
T.Xasməmmədov bundan əvvəl iki dəfə həbs olunub. O, ilk dəfə 2011-ci ilin noyabrında həbs edilib. 2012-ci ilin aprelində Göyçay Rayon Məhkəməsi onu xuliqanlıqda və polisə müqavimətdə ittiham edərək 4 il azadlıqdan məhrum edib. Beynəlxalq təşkilatlar onu «vicdan məhbusu» sayıb. Prezident İ.Əliyevin 2012-ci il dekabrın 26-da imzaladığı əfv sərəncamı ilə azadlığa çıxıb. T.Xasməmmədov ikinci dəfə 2015-ci il iyulun 22-də Göyçay Rayon Məhkəməsinin hökmü ilə 3 il azadlıqdan məhrum edilib. O, bu dəfə də xuliqanlıqda ittiham olunub. Hüquq müdafiəçisi ittihamları rədd edib və həbsinin fəaliyyəti ilə bağlı olduğunu deyib. 2016-cı ilin martında yenidən prezidentin əfv fərmanı ilə azadlığa çıxıb. Azərbaycanın rəsmiləri isə insanların hüquq müdafiəçisi kimi fəaliyyətinə və tənqidi mövqeyinə görə, təqiblərə məruz qalması ilə bağlı deyilənləri isə qəbul etmirlər.
Загрузка...
Загрузка...

Xəbər lenti