19 yaşlı əsgər intihar edib 19 yaşlı əsgər intihar edib

19 yaşlı əsgər intihar edib
Загрузка...
Dövlət Sərhəd Xidmətinin Qazax rayonunun Xanlıqlar kəndindəki N saylı hərbi hissəsində xidmət edən əsgər Əmrah Vaqif oğlu Əliyev vəfat edib. 19 yaşlı əsgərin intihar etdiyi bildirilir. Bu barədə Meydan TV-yə əsgərin yaxınları məlumat verib.
Onların sözlərinə görə, əslən Xocavənd rayonundan olan Əmrah Əliyev Beyləqan rayonunun Əhmədli kəndində yaşayıb. Sərhədçi dünən Beyləqanın Şəfəq kəndində torpağa tapşırılıb.
Əhmədli kəndinin icra nümayəndəsi Rafiq Eyvazov əsgərin ölümünü təsdiqləsə də, intihar məsələsinə inanmadığını deyib: "Beş ayın əsgəridir. Niyə intihar eləsin? Bizə də qohumluğu çatır. Mənə görə o, şəhid olub”.
Dövlət Sərhəd Xidməti faktla bağlı hər hansı açıqlama yaymayıb.
Əliyev Əmrah Namiq oğlu Beyləqan rayonunda dəfn edilir

Xəbər lenti