19 yaşlı Azərbaycan əsgəri öldü

19 yaşlı Azərbaycan əsgəri öldü
Загрузка...
 Eldəniz Əliyevin cənazəsi ailəsinə təhvil verilib
Ağcabədidə N saylı hərbi hissədə xidmət edən əsgər Eldəniz Fikrət oğlu Əliyev naməlum şəkildə həlak olub. Onun cənazəsi böyüdüyü Cəlilabad rayonunun Burovar kəndinə gətirilib. Yaxınlarının Meydan TV-yə verdiyi məlumata görə, 19 yaşlı Eldəniz Əliyevin ölüm səbəbi barədə dəqiq məlumat yoxdur: "Ancaq meyitini kəndə gətiriblər. Özü də o, oktyabrda təxris olacaqdı. İki ayı qalmışdı. Cəlilabad Tibb Kollecinin tələbəsi idi. Təhsilini yarıda qoyub əsgərliyə getmişdi, qayıdandan sonra davam etdirəcəkdi. Ancaq meyitini gətirdilər. Ölüm səbəbi barədə isə kimsədə məlumat yoxdur".
Hadisə barədə Müdafiə Nazirliyi hər hansı məlumat yaymayıb.
Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Mansur Məmmədov Criminal.az-a bildirdi ki, əsgərin cənazəsi şənbə günü ailəsinə təhvil verilib. Müavinin sözlərinə görə, əsgər artıq dəfn edilsə də, onun hansə səbəbdən ölməsi məlum deyil. Dəqiq bilinən odur ki, E.Əliyev şəhid olmayıb, bədbəxt hadisənin qurbanıdır.
Загрузка...
Загрузка...

Xəbər lenti