17 yaşlı oğlan tanışına 11 bıçaq zərbəsi vurdu

17 yaşlı oğlan tanışına 11 bıçaq zərbəsi vurdu
Загрузка...
Şirvan şəhərində 17 yaşlı oğlan tanışına 11 bıçaq zərbəsi vurub. "Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə dekabrın 3-ü, saat 17 radələrində baş verib. 1976-cı il təvəllüdlü Namiq Hüseynov sinə və qarın nahiyəsindən 11 bıçaq zərbəsi alaraq xəstəxanaya yerləşdirilib. O, əməliyyat olunub və hazırda müalicəsi davam etdirilir.
 Araşdırma zamanı məlum olub ki, N.Hüseynovu şəhər sakini, 2002-ci il təvəllüdlü Məzahim Əsədov bıçaqlayıb. Faktla bağlı qəsdən adam öldürməyə cəhd maddəsi ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.

Xəbər lenti