16 yaşlı gənci intim görüntüləri ilə şantaj edənlərə hökm oxundu

16 yaşlı gənci intim görüntüləri ilə şantaj edənlərə hökm oxundu
Загрузка...
 16 yaşlı gəncə kef məclisləri təşkil edən, sonra onu intim görüntüləri ilə şantaj edən şəxslər hakim qarşısına çıxarılıb. Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda və hədə-qorxu ilə tələb etmədə ittiham olunan Famil Qəfərov, Rahid Tarverdiyev və Elmar Əliağazadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Məhkəmə hakim Zeynal Ağayevin sədrliyi ilə baş tutub. Məhkəmə iclasında hökm oxunub.
Hökmə əsasən Famil Qəfərov 9 il, Şahid Tarverdiyeva 8 il, Elmar Əliağazadə isə 6 il müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, dəstə üzvləri Fizuli rayon sakinini silahla hədələyərək onun külli miqdarda pul və qızıl-zinət əşyalarını ələ keçiriblər. Belə ki, rayon sakini, 2000-ci il təvəllüdlü Rasim (ad şərtidir) ötən il Bakı Şəhər Baş Polis İdarəsinə müraciət edib.
O, müraciətində 2016-cı ildən etibarən mütəmadi olaraq bir qrup şəxs tərəfindən pul və qızıllarının əlindən alındığını bildirib. Şikayət əsasında üç nəfər - Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü R.Tarverdiyev, Şirvan şəhər sakini, 1992-ci il təvəllüdlü F.Qəfərov və Astara rayon sakini, 1993-cü il təvəllüdlü E.Əliağazadə məsuliyyətə cəlb olunublar. Məlum olub ki, bu üç nəfər yeniyetmədən üst-üstə 359 min dollarlıq (610 min manatdan çox) qızıl-zinət əşyalarını ələ keçiriblər. Məlumata görə, həmin şəxslər əvvəlcə fırıldaq yolu ilə S.Bünyadovdan 1000 dollar və 139 260 dollar dəyərində qızıl-zinət əşyaları qopara biliblər.
Sonradan F.Qəfərov oyuncaq silahla yeniyetməni hədələyərək onun 219 min 800 dollar dəyərində qızıl məmulatlarını ələ keçirib. Bu ittihamla təqsirləndirilən şəxslər özlərini qismən təqsirli biliblər. Məhkəmədə məlum olub ki, zərərçəkmiş kimi tanınan 16 yaşlı gənc əyləncə məclisləri təşkil etmək üçün hazırda həbsdə olan şəxslərə müraciət edib. Bu məclislərin də Famil Qəfərov təşkil edib. Famil bu məclislərə qız da gətirib və Rasimi onlarla görüşdürüb. Amma sonra bu vəziyyətdən öz xeyrinə istifadə edib, gizli çəkilmiş fotolar əldə edərək onu şantaj edib. O, Rasimə deyib ki, əgər pul verməsə, həmin fotoları atasına göstərəcək. Famil Qəfərovun təkcə Rasimə qarşı yox, münasibətdə olduğu başqa qadınlara qarşı da eyni şantaj üsulu ilə hədə-qorxu gəldiyi üzə çıxıb. Belə ki, Famil görüşdüyü qadınların gizli görüntüsünü çəkib və onları başqa əməllərə də məcbur edib. Hətta cinayət işi materiallarında üzə çıxıb ki, Famil yüngül həyat tərzi sürən qadınlara xeyli miqdarda pul xərcləyib.
Hakim qeyd edib ki, Famil anası ilə telefon danışığında ondan pul istəyib. Anasına yazıb ki, evi satıb ona pul versin. Hətta o, anasından həbsə düşməmək üçün də pul istəyib. Eyni anda isə başqa bir qadına görüş üçün 3 min manat pul təklif edib. Məhkəmə bildirib ki, Famil Qəfərovun bir çox cinayət əməlləri üzə çıxsa da istintaq yalnız 16 yaşlı Rasimə qarşı əməllərə hüquqi qiymət verib. Hakim Famil Qəfərovun digər əməllərinə məhkəmə istintaqının sonunda hüquqi qiymət verilməsi üçün tədbir görüləcəyini qeyd edib.
Загрузка...
Загрузка...

Xəbər lenti