Çovdarovun pomidorlarına görə iki rəis işdən çıxarıldı

Çovdarovun pomidorlarına görə iki rəis işdən çıxarıldı
Загрузка...

Çovdarovun pomidorlarına görə iki rəis işdən çıxarıldı. Virtualaz.org saytının “Zaqatalanın talanan meşələri ilə Çovdarovun pomidorları arasında nə əlaqə...” adlı araşdırma yazısından sonra Zaqatala rayonunda iki vəzifəli şəxs cəzalandırılıb. 

 Saytımıza məlum olub ki, bu yazının dərcindən sonra artıq fəaliyyətinə xitam verilmiş MTN-in Zaqatala rayon şöbəsinin rəisi Əliyənnaqi İsaqov sərəncama göndərilib. Zaqatala rayon Meşə Təsərrüfatı İdarəsinin direktoru İqbal Əliyev isə işdən çıxmaq barədə ərizəsini Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edib.

 Xatırladaq ki, həmin yazıda Akif Çovdarovun Bakının Masazır qəsəbəsində yerləşən nəhəng istixana kompleksinə pomidor yeşikləri hazırlamaq üçün taxtaların Göyçay rayonunda fəaliyyət göstərən sexdən göndərildiyi göstərilmişdi. Həmin sexin sahibi Şamil Abdullayevin oğlu Vasif Abdullayev MTN-in Zaqatala rayon şöbəsinin əməkdaşı idi. 

Məlum olub ki, yazının dərcindən sonra həmin əməkdaş da işdən çıxarılıb. Habelə yazıda deyilirdi ki, Zaqatala Meşə Təsərrüfatı İdarəsinin direktoru MTN-in rayon şöbəsinin qohumudur. MTN-in rayon şöbəsinin rəisi isə Akif Çovdarovun adamıdır, həmin vəzifəyə təyinatı onun köməyi ilə baş tutub. 

 Göyçaydakı taxta sexinin sahibi isə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamentinin direktoru Şakir İsmayılovla yaxın münasibətlərə malikdir.  Bu əlaqələr zəncirinin nəticəsi olaraq Zaqatala meşələrindən qanunsuz qırılan qiymətli ağaclar taxta olaraq Çovdarovun sexini təchiz edir. 

 Yazının dərc ediləndən sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi də rayona xüsusi komissiya göndərib.

CRİMİNAL.AZ

ÇovdarovunÇovdarovun

Xəbər lenti