15 yaşında qaçırdı, 9 il sonra yandırdı 15 yaşında qaçırdı, 9 il sonra yandırdı

15 yaşında qaçırdı, 9 il sonra yandırdı
Загрузка...
 "Şuranın 15 yaşı olanda Nurlan Hüseynov tərəfindən qaçırılıb". "Qafqazinfo" xəbər verir ki, bunu Kürdəmirdə əri tərəfindən üzərinə benzin tökülərək yandırılan Şura Əmirovanın nənəsi Yaşagül Səlimova deyib.
24 yaşlı Şuranın nənəsinin sözlərinə görə, 2011-ci ildə onlar ailə həyatı qurub. Bu evlilikdən onların iki övladı dünyaya gəlib. 2017-ci ildə isə Şura Əmirova Nurlan Hüseynovdan boşanıb. "Onlar neçə il idi ki, boşanmışdılar. Nurlan evin ətrafında fırlanırdı ki, mənim ailəmi verin. Qız da deyirdi ki, qorxuram, getmirəm".
Keçmiş həyat yoldaşını yandırmaqda şübhəli bilinən Nurlan Hüseynovu isə hadisənin baş verdiyi gün İTV-yə fərqli açıqlama verib. O, qadının hamamda yandığını bildirib: "Şuranı Bakıdan atasıgildən Kürdəmirə gətirdim. Dedim ki, hamamı yandır, yaxalanacam. Köhnədən qalma benzin var idi. Həyətdə idim, birdən qışqırtısını eşitdim. Gəldim gördüm ki, yanır". Xatırladaq ki, qadın iyunun 9-da Kürdəmir rayonunda keçmiş əri tərəfindən yandırılıb. Kişi rayonun Muğanlı kəndində həyat yoldaşının işlədiyi sahəyə gedərək orada qadını münaqişə zəminində yandırıb. Hadisəni törətməkdə şübhəli bilinən keçmiş ər saxlanılıb.

Xəbər lenti