14 yaşlı Əmrahın meyiti transformatorda tapıldı

14 yaşlı Əmrahın meyiti transformatorda tapıldı
Загрузка...
 Qusarda iki gün öncə itkin düşən uşağın meyiti tapılıb. Criminal.az-ın verdiyi xəbərə görə, Bədirqala kənd sakini, 2006-cı il təvəllüdlü Əmrahov Əmrah Narulla oğlunun kənd ərazisindəki transformatorun içində meyiti tapılıb. Onu elektrik vuraraq öldürüb.
Onunla birgə yanında it də olub, həmin it də ölmüş vəziyyətdə olub. Hazırda hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerində araşdırma aparırlar. Ə.Əmrahov fevralın 1-də axşam saatlarında yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Xəbər lenti