12 ildir həbsdə olan azərbaycanlı sahibkar yuxuda öldü

12 ildir həbsdə olan azərbaycanlı sahibkar yuxuda öldü
Загрузка...
Rusiya vətəndaşı olan azərbaycanlı sahibkar Barnaul şəhərindəki həbsxanalardan birində dünyasını dəyişib. "Qafqazinfo”nun Virtualaz.org-a istinadən məlumatına görə, əslən Salyan rayonundan olan 59 yaşlı Şahin Nəriman oğlu Səfərov 1990-cı illərdən Rusiyanın Tümen vilayətinin Xantı-Mansiysk vilayətinə köçüb.
O, tikinti materiallarının biznesi ilə məşğul olub, eləcə də istehsal müəssisələri üçün iş geyimləri tikən fabrikin sahibi olub. Son zamanlar biznesi iflas edən Ş. Səfərov 2007-ci ildə həbs olunaraq qaçaqmalçılıq ittihamı ilə 12 il müddətinə azadlıqdan məhrum edilib. Qohumlarının dediyinə görə, Şahin Səfərov azadlığa çıxmasına cəmi 10 gün qalmış həbsxanada vəfat edib-gecə yatıb, səhər yuxudan ayılmayıb. Mərhumun cənazəsi Azərbaycana gətirilərək Salyan rayonunda torpağa tapşırılıb.
Загрузка...
Загрузка...

Xəbər lenti