11 yaşlı qızı zorlayan atalığı həbs edildi

11 yaşlı qızı zorlayan atalığı həbs edildi
 Baş Prokurorluq İmişli rayonunda 11 yaşlı ögey qızını zorlamaqda ittiham edilən şəxsin həbs edildiyini açıqlayıb. Mətbuat xidmətindən Criminal.az-a verilən məlumata görə, İmişli rayon sakini 2010-cu il təvəllüdlü A.N-nın (ad şərtidir) atalığı 1978-ci il təvəllüdlü S.C (ad şərtidir) tərəfindən zorlanması faktı əsasında sonuncuya Cinayət Məcəlləsinin 149.3.3 (zorlama təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) və 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddələri ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə 4 ay müddətində həbs qətimkan tədbiri seçilib.
Hazırda istintaq davam edir.

Xəbər lenti