10 yaşlı qızın qətl işi: Həqiqəti üzə çıxarmaq üçün istintaqa ipucları verdik, araşdırmadılar

29 İyul 2020, 23:44
29 İyul
2020
23:44
1145
"İlkinə çox dəhşətli işgəncələr verilib”
Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı öldürməkdə ittiham olunan İlkin Süleymanovun yaxınları istintaqdan narazıdır. Deyirlər ki, əsl cinayətkarları tapmaq üçün istintaqa ipucu veriblər, amma həmin məsələlər araşdırılıb, həqiqət ortaya çıxarılmır. Onlar iyulun 29-da Bakı Apelyasiya Məhkəməsinin qarşısında jurnalistlərə açıqlama verərkən bu haqda danışıblar.
Məhkəmədə İ.Süleymanovun istintaq dövründə həbsdə saxlanma müddətinin daha beş ay artırılması haqda qərardan verilən apelyasiya şikayətinə baxılıb. İ.Süleymanovun vəkili Əlibaba Rzayev bildirib ki, prosesdə müvəkkili də iştirak edib.
Bakı Apelyasiya Məhkəməsi də şikayəti təmin etməyib, həbs müddətinin artırılması haqda qərar qüvvədə qalıb.
Vəkil Ə.Rzayev bildirib ki, İ.Süleymanov haqqında həbs-qətimkan tədbirinin müddətinin daha 5 ay uzadılmasına ehtiyac yox idi. Müdafiəçinin sözlərinə görə, İ.Süleymanovun həbsdə saxlandığı ötən 7 ay ərzində onun bu cinayətdə iştirakını təsdiqləyən heç bir sübut ortaya qoyulmayıb: "Heç bir sübut yoxdursa, əlavə axtarış üçün əsaslar yoxdursa, həbsdə saxlama müddəti niyə uzadılmalıdır? İlkin Süleymanovla bağlı araşdırılmalı olan halların hamısı araşdırılıb. Onun təqsirli olmadığı sübutlarla təsdiqini tapıb”.
Vəkil əlavə edib ki, İ.Süleymanov saxlandıqdan sonra 4 gün (yanvarın 6-dan 10-na qədər) ərzində işgəncəyə məruz qalması, bu müddətdə onun saxlanmasının rəsmiləşdirilməməsilə əlaqədar artıq Avropa İnsan Haqları Məhkəməsinə şikayət göndərilib. Çünki Baş Prokurorluq bu məsələ ilə əlaqədar cinayət işi başlayıb, işgəncə verənləri cinayət məsuliyyətinə cəlb etməkdən imtina edib. Prokurorluğun qərarında bildirilir ki, işgəncə barədə deyilənlər təsdiqini tapmayıb. Yerli məhkəmələr də prokurorluğun bu qərarını qüvvədə saxlayıb.
İ.Süleymanovun qardaşı Adil Süleymanov Meydan TV-yə bildirib ki, qardaşının yanvarın 6-da saxlanmasına bütün kənd şahiddir, onlarla media orqanı bu haqda yazıb. Lakin cinayət işinin materiallarında İ.Süleymanovun yanvarın 10-da saxlandığı, həmin gün də cinayəti etiraf etdiyi yazılıb:
"Bu qədər açıq faktı ört-basdır edirlər. Çox təəssüf edirik ki, belə hallarla rastlaşırıq. Pandemiya ilə əlaqədar dustaqlaa yaxınları ilə görüşməyə icazə verilmir. Amma telefonla danışırıq. İlkin heç bir günahı olmadan 7 aydır həbsdədir. İstintaqın uzanması onu da narahat edir. Günahsız bir insanı 7 ay həbsdə sağlamaq çox ağırdır. O qədər mədəni, ədəbli adamdır, özü həbsdə əzab çəkdiyi halda, bizi də sakitləşdirməyə çalışır. Telefonla danışanda deyir ki, "mənə qarşı haqsızlığa görə birdən Nərmin balanın ailəsinin üstünə gedərsiz, onlara acığınız tutar, eləməyin”. Heç bizim də ağlımızdan belə bir şey keçmir. Biz ümumiyyətlə, elə ailə deyilik. İlkini tanıyanlar onun necə qanacaq sahibi olduğunu yaxşı bilir”.
İ.Süleymanovun başqa bir qohumu Tariyel Süleymanov bildirib ki, yanvarın 6-dan saxlansa da, yanvarın 23-nə qədər ailəsinin tutduğu vəkili onun yanına buraxmayıblar. Vəkil yalnız yanvarın 23-də apelyasiya məhkəməsində onu görüb.
T.Süleymanov istintaqın qərəzli aparılmasından, bütün səylərin ancaq İlkini günahkar çıxarmağa yönəldilməsindən də şikayətlənib: "İlkinə çox dəhşətli işgəncələr verilib. Bu da düşünməyə əsas verir ki, əsl cinayətkarlar ciddi şəkildə qorunur. Onları qorumaq üçün günahsız bir insanı tutublar. 7 ay istintaq gedib, İlkinin əleyhinə bir dənə də mötəbər sübut-dəlil ortaya qoyulmayıb. Yenidən 5 ay da uzadırlar. Məqsəd budur ki, İlkini təqsirli kimi qələmə verib, bu işi bağlasınlar. Niyə belə edirlər? Biz onlara kifayət qədər ipucları vermişik. Onlar cinayətkarların tapılmasına kömək edər. Görürük ki, bu ipuclarını qəbul edib, araşdırmaq istəmirlər. Çünki o ipucları İlkinin günahsızlığını ortaya qoymaqla, həm də əsl cinayətkarların ortaya çıxmasına səbəb olacaq. Bu da bizə deməyə əsas verir ki. istintaqın qərəzli aparıldığını deyək”.
Dondar Quşçu kənd sakini N.Quliyeva ötən il noyabrın 21-də itkin düşüb. Onun yandırılmış halda meyiti yanvarın 6-da elə kənddə tapılıb.
10 yaşlı qızın qətlində ittiham olunan 1973-cü il təvəllüdlü İ.Süleymanova qarşı Cinayət Məcəlləsinin 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz adamı öldürmə) və 145.2.3 (yetkinlik yaşına çatmayan şəxsi qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə ittiham irəli sürülüb.
İ.Süleymanov apelyasiya məhkəməsində bildirib ki, bu cinayətdən xəbərsizdir. Tovuz Rayon Polis Şöbəsində dörd gün işgəncəyə məruz qalandan sonra dözməyərək, etiraf ifadəsinə imza atıb.
Baş Prokurorluq isə İ.Süleymanova işgəncə verilməsi barədə iddiaları təkzib edib.
Xəbər lenti
-
14:38Şəmkirdə qaz idarəsinin rəisi Azərbaycan məhkəməsinə meydan oxuyur
-
14:34"Neft məhsullarının qaçaqmalçılığına görə" həbs olunan Azərbaycan vətəndaşları ölkəyə qayıdıblar
-
14:33DİN: "Özünü polis əməkdaşı kimi təqdim edən şəxslərin sayı artır"
-
14:31Əli Kərimlinin mühafizəçisinə daha iki ittiham irəli sürülüb
-
14:30Gəncənin yol polisi rəisi vəzifəsindən çıxarıldı
-
17:21DTX rəisini 200 min dollar rüşvətdə ittiham edən sabiq bələdiyyə sədri ''Bandotdel''ə çağırılıb
-
10:58Rusiya Müdafiə Nazirliyi 50 min erməni qaçqının Qarabağa qayıtdığını açıqlayıb
-
10:56Daha bir tərxis olunan əsgər faciəvi şəkildə öldü
-
18:39Ağdamın Xıdırlı kəndindən görüntülər
-
18:38"Dağlıq Qarabağın statusu məsələsi gələcəyə saxlanılıb"
-
18:35Bakıda süpürgəçi qadını avtomobil vurub
-
18:33Müdafiə Nazirliyi həlak olan və itkin düşənlərin yeni siyahısını yaydı
-
18:29Oqtay Gülalıyevin xanımı həkimlərlə bağlı Baş prokurora müraciət etdi
-
18:27Navalnıya 30 sutka həbs cəzası verildi
-
17:29"Məni heç bir iş üzrə, heç bir yerdə də sorğulamayıblar" - Əli Həsənov həbs xəbəri haqda
-
15:36''Prezident deyir şəhidlərin qarşısında baş əyirəm. Bəs Xəzər Aslanov kimdir?'' - Plakatı sökülən şəhidin atası
-
15:02Azərbaycan tezliklə JF-17 qırıcılarını alacaq, Hərbi Hava Qüvvələrini xeyli gücləndirəcək - 21 BELƏ QIRICI-BOMBARDMANÇI ALMAQ PLANLAŞDIRILIR...
-
13:48Oqtay Şirəliyev, Ramin Bayramlı və Zaur Əliyev peyvənd olundular
-
11:44Övladı xərçəng olan jurnalist Mehriban Əliyevadan kömək istədi - ''Nuray ölümlə üz-üzədir...''
-
11:20Rusiyaya qayıdan Aleksey Navalnı hava limanında saxlanılıb
-
11:192 gün əvvəl tərxis olunan könüllü əsgər vəfat etdi
-
11:18Cəlilabadda “Niva” aşdı - 2 ölü, 1 yaralı
-
11:17İcra başçısı müavinini vəzifədən azad etdi
-
11:15Sumqayıtda ər arvadını oteldə boğaraq öldürdü
-
01:27Həbsdəki jurnalist nazirin öz anasına qanunsuz pensiya təyin etdirməsini yazdı
-
22:51"Biz ora gedib, onlarla birlikdə yaşaya bilərikmi?
-
22:42İlham Əliyev: Açıq deməliyəm ki, ermənilər büstləri Heydər Əliyevə pulla satdılar
-
22:37“Doğma, sevimli, əvəzolunmaz Şuşa...” - Mehriban Əliyeva
-
22:35Prezident “Şuşi” adını görüb əsəbiləşdi
-
22:20Prezidentlə ailəsinin səfərdən görüntülər
-
12:17Prezident Şuşaya getdi
-
16:16Vüqar Səfərli ilə birgə həbs edilən kimdir?
-
15:32Vüqar Səfərli həbs edildi
-
15:0613 -cü ”zon”da müəammalı məhbus ölümü - İŞGƏNCƏ İDDİALARINI PENİTENSİAR XİDMƏT TƏKZİB EDİR
-
14:59Şuşada yol qəzası - 1 hərbçi öldü, 2-si yaralandı
-
14:57Dünən şəhid olan hərbçimiz dəfn edildi
-
14:56Xocalı yol idarəsinin əməkdaşı minaya düşdü
-
14:53Həbs edilən daha bir icra başçısının oğluna yeni vəzifə verildi
-
14:35Əli Kərimli: Azərbaycan xalqı mənim biznesimin olmadığını bilir
-
14:31Mübariz Mənsimov: Mənə heç kəs FETÖ damğası vura bilməz
21 Yanvar 2021
19 Yanvar 2021
18 Yanvar 2021
16 Yanvar 2021
15 Yanvar 2021
14 Yanvar 2021
Digər xəbərlər
-
Məhkəmə, Dosye
10 yaşlı qızın qətl işi: Həqiqəti üzə çıxarmaq üçün istintaqa ipucları verdik, araşdırmadılar
-
Manşet, Foto, Məhkəmə, Dosye
Praqada biznesmen Rəşad Qafarovu sifarişlə qətlə yetirən Ramil Əliyevə qiyabı hökm - BAKINI TƏRK EDİB VƏ YERİ MƏLUM DEYİL...
-
Məhkəmə, Dosye
“Əsgər ölümü” işi: Hərbi hissədə zorakılıq, təcavüz, şantaj…
-
Məhkəmə, Dosye
Qətl törədib 11 il “yatdı”, çıxıb cəmi 3 ay sonra bacılarını doğradı... - BUZOVNADAKI QANLI DRAMIN TÜKÜRPƏDİCİ TƏFƏRRÜATLARI
-
Manşet, Məhkəmə, Dosye
“Əmin idim ki, mən evdə olmayanda Ofeliya ilə görüşmək üçün bizə gedir”
-
Foto, Məhkəmə, Dosye
Minskdə səs-küylü qətl: Rüstəm Rəhimov qız məsələsinə görə bıçağa əl atır... - “NİYƏ ONLARI AYIRMIRDIN, QAÇIRDIN?”
-
Sənəd, Manşet, Məhkəmə, Dosye
Bakıda müstəntiqlə "iş görən" cindar ana-bala həbsə düşdü - CİNAYƏT DOSYESİ
-
Məhkəmə, Dosye
“Ziya Bünyadovu Aydın adlı alim bilib, öldürdük” - qatilin şok etirafları
-
Məhkəmə, Dosye
Aygün Bəylərin qardaşı məhkəmə qarşısında – FOTO