10 gün əvvəl həbsdən çıxan dərzi özünü öldürdü: "Günahsızam, mənə kömək et Qiyasdan heyfimi alım"

10 gün əvvəl həbsdən çıxan dərzi özünü öldürdü:
Загрузка...
 Göyçay şəhərinin mərkəzindəki evlərdən birində 2 gün əvvəl intihar etdiyi ethimal olunan orta yaşlı kişi meyiti aşkarlanıb. Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, təxminən 40 yaşı olan Göyçay rayon sakini Atəş Səlimov kirayədə tənha yaşadığı mənzildə boğazının arteriya damarını bıçaqla kəsərək özünü öldürüb. Hadisə 2 gün əvvəl baş versə də, bu barədə qonşular bu gün iy hiss edərək polisə xəbər verdikdən sonra məlum olub. Atəş Səlimov dərzi işləyirmiş. Hələlik intiharın hansı səbəbdən baş verdiyi məlum deyil. Faktla bağlı araşdırma aparılır.
Hüquq müdafiəçisi Taleh Xasmməmmədov isə "facebook" profilində intihar etmiş A.Səlimovla bağlı maraqlı iddialar irəli sürüb: "Göyçay şəhərində Atəş adlı bir nəfərin evindən meyidi tapıldı. İlkin ehtimallara görə həmin şəxs intihar edib. Səbəb...? Həmin Atəş adlı şəxs 10 gün əvvəl mənim mobil nömrəmə zəng edərək bildirdi ki, mən 30 gün idi ki, həbs olunmuşdum, Göyçay rayon Polis Şöbəsinin Müvəqqəti Saxlanma Yerində idim. Ondan həbsinin səbəbini soruşduqda dedi ki, "polis şöbəsində işləyən Qiyas Beybutov (İctimai Təhlükəsizlik Bölməsinin rəisi) mənə sillə vurdu, onunla mübahisə etdim deyə məni "polisin qanuni əmrinə tabe olmama" ittihamı ilə aparıb həbs etdirdi. Hər kəs bilir ki, günahsızam, mənə kömək et Qiyasdan heyfimi alım".
Atəşə cavabım bu oldu ki, "mən sifarişlə işləmirəm, bir də ki, sənin başına gələn hadisəni ictimailəşdirmək istəsəm DİN bu qənaətə gələcək ki, mənim polis əməkdaşlarına qarşı qərəzim var və ya Qiyas Beybutovdan heyf çıxmaq niyyəti güdürəm. Çünki Qiyas Beybutov barəmdə olan qondarma cinayət işinin təşkilatçılarındandır və həbs olunduğum anda bədənimə xəsarət yetirən şəxslərdən biridir". 379 90 54 050 
Bir sözlə Atəş cavabımdan razı qalmadı və məni qorxaqlığıma görə təhqir etməyə başladı. Ona səbirli olmağı, əxlaqlı davranmağı desəm də xeyri olmadı. Son sözü bu oldu ki, Qiyasdan özüm qisasımı alacağam. Hətta o bir neçə dəfə məhkəmənin qarşısına gedərək polislərin qanunsuzluğuna görə işinə ədalətli cavab olmayacağı təqdirdə özünü öldürəcəyini bəyan edib. Hal-hazırda yaşadığı mənzildən onun meyidi çıxarılır, demək olar ki, polis şöbəsinin bir çox əməkdaşları hadisə yerindədir. Ehtimal edilir ki, o özünü 2 gün əvvəl öldürüb və bu səbəbdən qonşular pis qoxu hiss edərək aidiyyatı orqanlara məlumat veriblər.
Sözüm hüquq-mühafizə orqanlarınadır, Atəşin qanını batırmağa cəhd etməyin, onu ölüm həddinə çatdıran Qiyas Beybutov layiqli cəzasını almalıdır. Əks halda itirilmiş etibarınız daha da heçə enəcək. Keçən il Qiyasın şər-böhtanı səbəbindən bacanağım da eyni vəziyyətlə qarşılaşıb intihara cəhd etmişdi, ölümdən son anda döndü. Onun şəkillərini görənlər dəhşətə gəlirdi. Göyçay rayon Polis Şöbəsinin bəzi əməkdaşlarının xahiş-minnnəti ilə cinayət hadisəsini gizlətməli oldum. Hətta burada yazmadığım çox məqamlar qaldı...".
Qiyas Beybutov Criminal.az saytına açıqlamasında T.Xasməmmədovun iddiaların böhtan adlandırdı. Bölmə rəisi bildirdi ki, T.Xasməmmədov iddialarını məhkəmədə sübut etməli olacaq: "Atəş Səlimov bacısının şikayəti əsasında məhkəmənin qərarı ilə 30 gün müddətinə inzibati qaydada həbs edilmişdi. Atəş sərxoş vəziyyətdə avtompbil idarə edərək inək vurmuşdu. Bundan başqa bacısı ondan sahə müvəkkilinə şikayət etmişdi. Ona görə də materiallar toplanıb məhkəmyə göndərildi, barəsində həbs qərarı çıxarıldı. Əgər Atəş mənə görə özünü öldürsəydi elə içəridə intihar edərdi. Taleh gəlib sübut esin ki, mən Atəşi harda vurmuşam. Siz Talehin nə qədər məhkumluğu olmasından xəbəriniz var? Onu heş kim Göyçayda tanımır. Bununla üçüncü dəfədir mənim haqqımda belə şaiyələr yayır. Guya siyasi baxışlarına görə həbs edildiyini deyir, amma belə deyil. İnsanları aldadaraq pullarını mənimsəyib".
Загрузка...
Загрузка...

Xəbər lenti