10 dil bilən müəllim yenidən tutuldu 10 dil bilən müəllim yenidən tutuldu

10 dil bilən müəllim yenidən tutuldu
Загрузка...
Məktəb direktorunun təzyiqlərinə məruz qaldığını deyən, 30-dan artıq xarici dil bilən poliqlot-müəllim İbrahim Cəfərov yenidən polis tərəfindən saxlanılıb. Bu barədə Criminal.az saytına İ.Cəfərovun özü məlumat verib. Onun sözlərinə görə, bu dəqiqələrdə Bakıdan gələn polis əməkdaşları onu Bərdə rayonunda yaşadığı evə gələrək saxlayıb və özləri ilə Bakıya gətirirlər.
İ.Cəfərov hansı səbəbdən saxlanılması barədə məlumatsız olduğunu deyir.
Xatırladaq ki, İ.Cəfərov bir neçə ay əvvəl şagird döyməkdə təqsili bilinərək məhkəmə tərəfindən 5 sutka həbs cəzası almışdı. İ.Cəfərov bir neçə ay əvvəl Criminal.az-a müraciət edərək işlədiyi Bakı şəhəri 169 saylı məktəbdə də direktorun qəzəbinə tuş gəldiyini bildirmişdi:
"Oktyabrın 17-də məni polisə çağırdılar. 13-cü polis bölməsinə getdim, orada da bildirdim ki, məndən edilmiş şikayət şər-böhtandır. Bunu öz işgüzar nüfuzuma zərbə kimi qiymətləndirirəm. Daha sonra Sabunçu rayon Polis İdarəsinə çağırıldım. Polisə verilməyim, məktəbə polis çağırılmasında məqsəd məni şagirdlərin gözündə cinayətkar kimi göstərməkdir. Bu məsələnin kökündə mənim məktəbdə dərs saatının fakti daha çox olduğunu müəyyən etməyim, direktor Pərvanə Əzimovanın uşaqlara 3 il ərzində faktiki olaraq dərs keçməməyini aşkara çıxarmağımdır. Şagirdlərin dərs vaxtı kitabxanaya köməklik etməsinə etirazım olub. Şagirdin dərsdə olmasını tələb edirəm. Deyirlər ki, guya mən məktəbə göndərilmiş bombayam. Direktora deyiblər ki, sən uzağı iki ay burda qala biləcəksən. İbrahim müəllim təhsil naziri ilə görüşmüş insandır. Sənə problem yaradacaq. Məktəbdə uşaqlara təmənnasız materiallar gətirirəm. Sabunçu polisində də materiallların təmənnasız şagirdlərə gətiriməyimin nə dərəcədə cinayət olmasını soruşdum. Bu polislərdə də gülüş doğurdu. Bildirdilər ki, sən öz cibindən xərc çəkib şagirdlərə əlavə dərs vəsaitləri gətirirsən, burda heç bir qəbahət yoxdur. Mən bunları uşaqların savadlı olması üçün edirəm".

Xəbər lenti