10 aylıq körpənin ölümünə görə həkimlər işdən çıxarıldı

10 aylıq körpənin ölümünə görə həkimlər işdən çıxarıldı
Загрузка...
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Ağdaş rayon sakini Cavid Ələkbərovun 10 aylıq uşağının Bakıya gətirilməsi üçün təcili tibbi yardım maşını verilməməsinə görə vəfat etməsi barədə şikayətinə cavab verib. Qurumdan "Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Ağdaş rayon sakini 06.09.2018-ci il təvəllüdlü Ələkbərli Türkel Cavid oğlunun ölümü ilə bağlı hadisəni araşdırıb.
Araşdırma zamanı Ağdaş rayon Mərkəzi Xəstəxanasında və Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında 07.07-08.07.2019-cu il tarixində gecə növbələrində olan şəxslərin hadisənin təfərrüatları və başvermə səbəbləri haqqında izahatları alınıb.
Qeyd edək ki, hazırda cinayət işi açılıb. Hüquq-mühafizə orqanlarının araşdırma apardığı müddətdə hər iki xəstəxanada hadisə baş verən gün gecə növbəsində olan həkimlər işdən uzaqlaşdırılıb.
Загрузка...
Загрузка...

Xəbər lenti