Zeynəb Xanlarovanın bacısı oğlu axtarılır

23 Dekabr 2020, 21:13
23 Dekabr
2020
21:13
2505
Türkan icra nümayəndəsi və makler isə həbs olunub - dələduzluğa görə...
Türkan qəsəbəsinin icra nümayəndəsi Rahil Babayev və qəsəbədə makler kimi tanınan Çingiz Xeyrəli oğlu Səfərov həbs olunub. Bu haqda "Yeni Müsavat”a Türkan qəsəbə sakini Əzizəxanım Atayeva məlumat verib.
Onu dediyinə görə, hər iki şəxs onu və yaxın qohumu Xumara Şabanovanın torpaq sahələrini saxta sənədlər düzəltməklə ələ keçirməkdə ittiham olunur:
"Hazırda bu işlərin başında dayanan Zeynəb Xanlarovanın bacısı oğlu Daşqın Nəsirovu da polislər axtarır. Qulağımıza gəlib çatır ki, Daşqının yerini kənddə bilənlər var. Sadəcə, onu tutmurlar. Hərə bir söz deyir, Daşqın da ortalıqda yoxdur. Əvvəl dedilər ki, guya koronaya tutulub. Sonra da dedilər ki, xəstə olması haqda arayışı da saxtadır. Bu işlərin başında dayanan Daşqındır. Onun bizim torpaqların ələ keçirilməsində rolu böyükdür. Bunu hamı bilir. Gəlsin cavab versin. Qaçıb gizlənməsin”.
Bakının Türkan qəsəbəsində vətəndaşların torpaq sahələrini saxta sənədlər düzəltməklə, torpaq sahiblərini sənəd üzərində "öldürməklə” cinayət törədən torpaq mafiyasının varlığı haqda yazmışdıq.
İlkin olaraq Xəzər Rayon Prokurorluğunda faktla bağlı cinayət işi başlansa da, sonradan zərərçəkənlər 91 yaşlı Xumara Şabanova və 81 yaşlı Əzizəxanım Atayevanın əsaslı etirazlarına görə cinayət işi Baş Prokurorluğa götürüldü. Oradan isə işin araşdırılması Baş Prokurorluğun Ağır Cinayətlərin İstintaqı Baş İdarəsinə həvalə olunub. Hazırda istintaq davam edir. Üzə çıxan faktlar onu deməyə əsas verir ki, ortada çoxsaylı belə cinayət əməlləri var.
Türkanda torpaq mafiyasının daha 3 qurbanı üzə çıxdı – yeni adlar
"Yeni Müsavat”a daxil olan məlumata görə, istintaqçılar eks-deputat Zeynəb Xanlarovanın bacısı oğlu Daşqın Nəsirov və Çingiz Xeyrəli oğlu Səfərovun adlarına bağlı daha 3 cinayətin izinə düşə biliblər. Məlum olub ki, Əzizəxanım Atayevanın, Xumarə Şabanovanın mülkiyyətlərində olan torpaq sahələri kimi Fazil Məhərrəm oğlu Dadaşovun, Xumarə Məmmədovanın, Faiq Böyükağa oğlu Hüseynovun torpaq sahələri də böyük saxtakarlıqlar edilməklə ələ keçirilib. Hər 3 şəxsin torpaq sahəsi Daşqın Nəsirov tərəfindən satılıb.
Daşqın Nəsirov adıçəkilən şəxslərin torpaqlarını Qərib İmamverdi oğlu Nadirovun, Zülalə Baba qızı Cəfərovanın, Aysel Riza qızı Cəfərovanın, Niftulla Həsən oğlu Əliyevin adlarına keçirməklə saxta yolla ələ keçirib və satıb.
İstintaqa daha bir neçə Türkan sakinin müraciət etdiyi xəbəri də var. Türkanda baş verən cinayətin mahiyyəti budur ki, 91 yaşlı Xumara Şabanovanın və 81 yaşlı Əzizəxanım Atayevanın ailə tərkibləri haqda saxta arayış hazırlanıb. Həmin arayışlarda hər 2 qadının ailə tərkibləri haqda məlumatlar saxtalaşdırılıb. İlk baxışdan mənasız görünən bu saxtalaşdırma çox böyük cinayətlərə, qrup şəklində dələduzluqlara yol açıb.

Daşqın Nəsirov
Belə ki, qadınlara saxta "ölüm kağızı” verildikdən sonra onlara məxsus olan və Türkan qəsəbəsinin perspektivli dənizkənarı hissəsində yerləşən bağ torpaq sahələri ələ keçirilib və fantastik qiymətə satılıb, özgəninkiləşdirilib. Cinayətin baş tutması üçün hər iki qadın ölmüş elan olunub!
Hazırda həyatda olan Xumara Şabanovanın və Əzizəxanım Atayevanın əllərində özlərinə aid olan ölüm haqqında şəhadətnamələr var! Bəli, məhz belədir, adamlar həyatdadır, amma rəsmi olaraq "dünyadan köçüblər”.
Daşqın Nəsirovun, Çingiz Səfərovun və torpaqları ələ keçirən dəstənin digər üzvlərinin əməlləri nəticəsində çoxuşaqlı ailənin başçısı olan Əzizəxanım Atayevanın xəbəri olmadan onlara məxsus bağ-torpaq sahəsi özgəninkiləşdirilib. Eyni sxem üzrə 90 yaşlı Xumara Şabanovanın da həyat yoldaşının adına olan bağ-torpaq sahəsi ələ keçirilərək satılıb. Yaxşı düşünülmüş bu cinayət sxemi üzrə Türkan qəsəbəsində 10-a yaxın bağ-torpaq sahəsinin ələ keçirilməsi haqda iddialar var. İstintaqın gedişatında bu sayaq bütün cinayətlərin üzə çıxacağı istisna olunmur. Bağ-torpaq sahələrinin bu şəkildə ələ keçirilib satılmasında Daşqın Nəsirovun xüsusi rolunun olması iddiası var. Baş Prokurorluqda Vətən müharibəsindən əvvəl ahıl qadınlara bildirmişdilər ki, tezliklə cinayətkarlara cəza veriləcək.
Xəbər lenti
-
20:04Qardaş bacısının 40 mərasimi günü özünü öldürdü
-
21:59MTN-də Rüstəm Usubovun həbsinə göstəriş verilibmiş... - ŞOK DETALLAR
-
21:13“Allahı söyənlərə cəza!” şüarına görə saxlanılanlardan daha birinə həbs qərarı
-
21:09Aclıq edən inanclı fəallar: “Taleh Bağırzadə tükənib, Abbas Hüseynov yıxılıb…”
-
21:06DTX Gömrük Komitəsində əməliyyat keçirdi - Vəzifəli şəxslər saxlanıldı
-
21:51Sahib Ələkbərov Mövlam Şıxəliyevi ifşa etdi
-
21:28“Polis dedi ki, siz gedin rəis müavinini “görün”, əlindəki biabırçı görüntüləri yaymasın”
-
21:23Aytən Məmmədova yenə Bakı Şəhər Baş Polis İdarəsində dəvət edilib
-
23:12Namik Bakinskiy “proqon” yaydı, 11 nəfəri “samozvanets” elan elədi
-
02:50Vilayət Eyvazov Şeyxin bacısı oğlunu rəis təyin etdi
-
00:16"Bir neçə nəfər də töküldü üstümə, məni yıxdılar, qolumu burdular, sürüdülər..." - VİLAYƏT EYVAZOVA MÜRACİƏT
-
23:58Yavər Camalovun oğlu xaricdə 8 milyon dollara mənzillər alıb
-
23:51Bakıda polkovnik-leytenant iş başında öldü
-
23:49MTN-in ən qeyrətli müstəntiqi danışdı - Zakir Qaralovla Rüstəm Usubovun tapşırığı əsasında həbs etmişik
-
13:58Bakıya yeni prokuror təyin edildi
-
13:56Prezident XTQ-nin hərbi hissəsində
-
13:52MTN pul bölgüsündə Baş Prokurorluğa “atıb”
-
00:35Hərbçilərə işgəncə verdiyi üçün axtarılan Polad Əzizov kimdir?
-
00:30“Əməliyyat müvəkkili məni axşama kimi fasilələrlə döydü”
-
00:27“Qazprombank”ın sabiq vitse-prezidenti və ailəsi ölü tapılıb
-
00:25Tərtər hadisələri zamanı öldürülən Elçin Quliyev bəraət aldı
-
00:22“Tərtər işi”: 7 nəfər həbs olunub, 280 şəxs zərərçəkmiş kimi tanınıb
-
00:19Arvadını öldürüb özünü asdı - Daha bir dəhşətli qətl
-
00:18''Biz Mövlam Şıxəliyevin ailə üzvlərinin də həbsini tələb etmişik...''
-
01:58Bayden Putini “qanlı diktator” və “quldur” adlandırdı
-
01:56FHN Hospitalının baş həkiminə hökm oxundu
-
12:42DTX düşmənlə məxfi əməkdaşlıq edən şəxsi ifşa etdi
-
17:34“Qanuni oğru” Namiq Səlifov Rufo Gənciniskinin adamını cəzalandırdı
-
13:45MTN-də 8 milyon dolları alınan iş adamı Neftçalada vaqonda yaşayır - gerçək hekayət
-
13:37Ukraynada daha bir Rusiya generalı məhv edildi
-
13:34Dünən Bakıda öldürülən dünya çempionunun son SƏS YAZISI - Yeni detallar
-
13:29Rusiya 10 gün sonra dayana bilər - Amerikalı generaldan proqnoz
-
13:24Dünya çempionu Zaur Yusifov marketdə güllələnibmiş...
-
13:21Zaur Yusifovun qətlinə görə “Emin 444”ün xalası oğlu tutuldu
-
01:26Məşhur prokuror Tariyel Qurbanov işdən çıxarıldı
-
01:23Canlı efirə “Müharibəyə yox!” plakatı ilə çıxan kanal əməkdaşı saxlanıldı
-
01:14İcra başçısının köməkçisi saxlanılıb
-
01:10Rusiyada: Canlı yayımda redaktor studiyaya girib müharibəyə qarşı çıxdı
-
01:07“Dedilər qızılları götürüb qaçıb. Hamı yığışmışdı lombardın qabağına...” - MAQSUD MAHMUDOVDAN QƏDİMİ QIZIL SAATI DA SORUŞDULAR
-
01:04“Emin 444”ü Zakir Həsənovun evinin qarşısında öldürən dünya çempionu qətlə yetirildi
29 İyul 2022
20 İyun 2022
15 İyun 2022
12 İyun 2022
27 May 2022
16 May 2022
15 May 2022
30 Aprel 2022
20 Aprel 2022
18 Mart 2022
16 Mart 2022
15 Mart 2022
Digər xəbərlər
-
Manşet, Foto, Cinayət
Dünya çempionu Zaur Yusifov marketdə güllələnibmiş...
-
Manşet, Foto, Cinayət
Zaur Yusifovun qətlinə görə “Emin 444”ün xalası oğlu tutuldu
-
Manşet, Foto, Cinayət
“Maşında oturmuşdu, üst-başı qan içində idi...” - BAKIDA HAKİMİN ATASINI DÖYÜB ÖLDÜRƏN TAKSİ SÜRÜCÜSÜNƏ LAYİQLİ CƏZA VERİLƏCƏKMİ?
-
Manşet, Foto, Cinayət
Yalanı ilə gündəm olan “polkovnik” Rasim əslində kimdir?
-
Manşet, Foto, Cinayət
Bahalı maşınları ilə gündəmə gələn keçmiş məmur yenidən həbs edilib
-
Manşet, Foto, Cinayət
“Bakcell” əməkdaşının yaralanması ilə bağlı cinayət işi açılıb
-
Manşet, Foto, Cinayət
"İnsanları narkotika üçün yalvarmağa məcbur edirdik..." - Polis qarşısında ETİRAF
-
Manşet, Foto, Cinayət, Dosye
Kiprə göndərilən azərbaycanlı killerin işi: daha bir silah tapıldı - “BU CİDDİ HADİSƏDİR, SÜBUTLAR TOPLANIB, BİZ SONA YAXINLAŞIRIQ...”
-
Manşet, Foto, Cinayət
Sənaya təcavüzdə ittiham olunan xalası oğlu saxlanıldı