Yevlaxın keçmiş icra başçısının müsadirə olunmuş əmlakları

07 Dekabr 2021, 12:28
07 Dekabr
2021
12:28
2024
Yevlaxın keçmiş icra başçısı Qoca Səmədov 7 il 3 ay azadlıqdan məhrum edilməsi haqda hökmdən apellyasiya şikayəti verib. Onun şikayətinə hazırda Şəki Apellyasiya Məhkəməsində baxılır. Sabiq icra başçısı sağlıq durumunun ağırlığının nəzərə alınmasını, hökmün dəyişməsini, həbsdən buraxılmasını istəyir.
Külli miqdarda mənimsəmə, rüşvət alma, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və vəzifə saxtakarlığı kimi əməllərdə suçlanan Səmədovun özünə və yaxınlarına məxsus xeyli evlər, torpaq sahələri, obyektlər müsadirə olunub.
Evlər, obyektlər və nağd pul
AzadlıqRadiosunun əldə etdiyi məlumata görə, həmin əmlaklar arasında Bakıda hər birinin 377 min və 220 min manat dəyəri olan iki mənzil; Yevlax şəhərində 63 min 700 manat və 57 min 400 manatlıq iki obyekt; Yevlaxın Qoyunbinəsi kəndində ümumi dəyəri 61 min 800 manatlıq beş müxtəlif torpaq sahəsi; rayonun Havarlı kəndində 18 min manatlıq torpaq sahəsi; Goranboy rayonunun Aşağı Ağcakənd kəndində ümumilikdə 50 min 950 manat qiyməti olan üç ayrı torpaq sahəsi; elə həmin kənddə 0.37 hektar ərazi və orada tikilmiş iki fərdi yaşayış evi - 321 min manat; Yevlax şəhəri, Aran qəsəbəsində 200 min manatlıq "Su səsi" restoranı; Yevlax rayonunun Salahlı kəndində 2 min 159 kvadratmetrlik, 228 min manat dəyərində obyekt; tikintisi yarımçıq qalmış, 251 min manatlıq ikimərtəbəli uşaq bağçası var.
Onun 30 min manat nağd pulu da müsadirə olunub.
Məhkəmədə Yevlax Rayon İcra Hakimiyyəti 1 milyon 546 min, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki "DOST" İş Mərkəzi isə 58 min manatlıq mülki iddia qaldırıb.
Şəki Ağır Cinayətlər Məhkəməsi bu iddiaları təmin edib. Hökmə əsasən, sabiq icra başçısı və yaxınlarının müsadirə olunan mülkiyyətinin bir hissəsi adları çəkilən qurumlara dəymiş ziyanın ödənilməsinə yönəldiləcək. Qalan hissə isə dövlət nəfinə keçiriləcək.
Uşaq bağçası necə tikilib
Uşaq bağçasının da dövlət nəfinə köçürülməsinə qərar verilib.
Səmədov məhkəmədə sözügedən uşaq bağçası haqda danışarkən deyib ki, hər rayonda özəl uşaq bağçası tikilməsi tapşırığı gəlmişdi. Bu tapşırığa uyğun olaraq, bəzi sahibkarlarla görüşüb onlara bağça tikməyi təklif etsə də, razılıq verən olmayıb. Ona görə də məcbur olub özü bu işi görmək qərarına gəlib.
Sabiq icra başçısının sözlərinə görə, əvvəl bağçanı oğlunun adına sənədləşdirmək istəyib, lakin sonradan şirkətin adına rəsmiləşdirib.
Sabiq icra başçısı etiraf edib ki, bir sahibkar Yevlax Rayon İcra Hakimiyyətinin tenderlərində qalib gəlib müxtəlif işlər görürdü. Həmin sahibkar buna görə ona ümumilikdə 100 min manat pul vermişdi. Həmin pulu da bağçanın tikintisinə xərcləyib.
Xatırlatma
61-yaşlı Qoca Səmədov 2011-2019-cu illərdə Yevlax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib. Bundan öncə isə o, 5 il icra başçısının müavini və birinci müavini olub.
2019-cu ilin dekabrında DTX əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində həbs olunan Səmədov vətəndaşların ictimai işlərə cəlb edilməsi məqsədilə əməkhaqqı kimi ayrılan vəsaitləri ələ keçirməkdə suçlanır.
İddia olunur ki, müxtəlif dövlət orqanlarına işçi kimi rəsmiləşdirilmiş 133 nəfər üçün açılan maaş kartlarından çıxarılan 236 min manat vəsaiti sabiq icra başçısı mənimsəyib. Səmədov həmçinin, 2017-2019-cu illərdə Yevlaxda abadlıq işləri üçün büdcədən ayrılan və müxtəlif şirkətlərin hesablarına köçürülmüş vəsaitlər nağdlaşdırılandan sonra onun 616 min manatını geri alıb mənimsəməkdə ittiham edilir.
Səmədov və ondan sonra həbs olunan Ağstafa, Neftçala, Biləsuvar, İmişli, Kürdəmir, Cəlilabad və Şəmkir rayonlarının icra başçılarına qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda rüşvət alma, mənimsəmə kimi ittihamlar irəli sürülüb.
Xəbər lenti
-
21:59MTN-də Rüstəm Usubovun həbsinə göstəriş verilibmiş... - ŞOK DETALLAR
-
21:13“Allahı söyənlərə cəza!” şüarına görə saxlanılanlardan daha birinə həbs qərarı
-
21:09Aclıq edən inanclı fəallar: “Taleh Bağırzadə tükənib, Abbas Hüseynov yıxılıb…”
-
21:06DTX Gömrük Komitəsində əməliyyat keçirdi - Vəzifəli şəxslər saxlanıldı
-
21:51Sahib Ələkbərov Mövlam Şıxəliyevi ifşa etdi
-
21:28“Polis dedi ki, siz gedin rəis müavinini “görün”, əlindəki biabırçı görüntüləri yaymasın”
-
21:23Aytən Məmmədova yenə Bakı Şəhər Baş Polis İdarəsində dəvət edilib
-
23:12Namik Bakinskiy “proqon” yaydı, 11 nəfəri “samozvanets” elan elədi
-
02:50Vilayət Eyvazov Şeyxin bacısı oğlunu rəis təyin etdi
-
00:16"Bir neçə nəfər də töküldü üstümə, məni yıxdılar, qolumu burdular, sürüdülər..." - VİLAYƏT EYVAZOVA MÜRACİƏT
-
23:58Yavər Camalovun oğlu xaricdə 8 milyon dollara mənzillər alıb
-
23:51Bakıda polkovnik-leytenant iş başında öldü
-
23:49MTN-in ən qeyrətli müstəntiqi danışdı - Zakir Qaralovla Rüstəm Usubovun tapşırığı əsasında həbs etmişik
-
13:58Bakıya yeni prokuror təyin edildi
-
13:56Prezident XTQ-nin hərbi hissəsində
-
13:52MTN pul bölgüsündə Baş Prokurorluğa “atıb”
-
00:35Hərbçilərə işgəncə verdiyi üçün axtarılan Polad Əzizov kimdir?
-
00:30“Əməliyyat müvəkkili məni axşama kimi fasilələrlə döydü”
-
00:27“Qazprombank”ın sabiq vitse-prezidenti və ailəsi ölü tapılıb
-
00:25Tərtər hadisələri zamanı öldürülən Elçin Quliyev bəraət aldı
-
00:22“Tərtər işi”: 7 nəfər həbs olunub, 280 şəxs zərərçəkmiş kimi tanınıb
-
00:19Arvadını öldürüb özünü asdı - Daha bir dəhşətli qətl
-
00:18''Biz Mövlam Şıxəliyevin ailə üzvlərinin də həbsini tələb etmişik...''
-
01:58Bayden Putini “qanlı diktator” və “quldur” adlandırdı
-
01:56FHN Hospitalının baş həkiminə hökm oxundu
-
12:42DTX düşmənlə məxfi əməkdaşlıq edən şəxsi ifşa etdi
-
17:34“Qanuni oğru” Namiq Səlifov Rufo Gənciniskinin adamını cəzalandırdı
-
13:45MTN-də 8 milyon dolları alınan iş adamı Neftçalada vaqonda yaşayır - gerçək hekayət
-
13:37Ukraynada daha bir Rusiya generalı məhv edildi
-
13:34Dünən Bakıda öldürülən dünya çempionunun son SƏS YAZISI - Yeni detallar
-
13:29Rusiya 10 gün sonra dayana bilər - Amerikalı generaldan proqnoz
-
13:24Dünya çempionu Zaur Yusifov marketdə güllələnibmiş...
-
13:21Zaur Yusifovun qətlinə görə “Emin 444”ün xalası oğlu tutuldu
-
01:26Məşhur prokuror Tariyel Qurbanov işdən çıxarıldı
-
01:23Canlı efirə “Müharibəyə yox!” plakatı ilə çıxan kanal əməkdaşı saxlanıldı
-
01:14İcra başçısının köməkçisi saxlanılıb
-
01:10Rusiyada: Canlı yayımda redaktor studiyaya girib müharibəyə qarşı çıxdı
-
01:07“Dedilər qızılları götürüb qaçıb. Hamı yığışmışdı lombardın qabağına...” - MAQSUD MAHMUDOVDAN QƏDİMİ QIZIL SAATI DA SORUŞDULAR
-
01:04“Emin 444”ü Zakir Həsənovun evinin qarşısında öldürən dünya çempionu qətlə yetirildi
-
23:49Bəxtiyar Hacıyev: “Polis idarəsində məni saatlarla dizlərimin üstündə saxladılar, təhqir etdilər”
20 İyun 2022
15 İyun 2022
12 İyun 2022
27 May 2022
16 May 2022
15 May 2022
30 Aprel 2022
20 Aprel 2022
18 Mart 2022
16 Mart 2022
15 Mart 2022
09 Mart 2022
Digər xəbərlər
-
Manşet, Korrupsiya, Məhkəmə
Həbsdəki iş adamına aid əmtəə nişanı AZAL prezidentinin xanımına necə verilib?
-
Manşet, Korrupsiya, Məhkəmə
'Tağı Əhmədova 234 min manat faiz vermişəm'
-
Manşet, Korrupsiya, Məhkəmə
Yevlaxın keçmiş icra başçısının müsadirə olunmuş əmlakları
-
Manşet, Korrupsiya, Məhkəmə
Vüqar Səfərlinin üzərinə həbs qoyulan əmlaklarının - Siyahısı
-
Manşet, Korrupsiya, Məhkəmə
Vüqar Səfərlinin məhkəməsi başlayır
-
Manşet, Korrupsiya, Məhkəmə
Vilyam Hacıyev həbs edildi