YAP-ın rəhbər şəxsi arvadını evdən qovub: "Deyir ki, prezidentin köməkçisi Əli Həsənovla dostam, ona Xızıda villa tikdirirəm..."

14 Oktyabr 2019, 16:15
14 Oktyabr
2019
16:15
2376
Siyasətlə çox məşğul olan və ya siyasətin çox məşğul olduğu adamlarda bəzən kiçik Napoleon sindiromu yaranır. İndi bəhs edəcəyimiz qəhrəman da ailədə özünü iqtidar, arvadını isə müxalifət sayıb və onu qovub. Yəqin ki, öz aləmində səsvermə hüququndan məhrum edib. Siyasətin vəhşətə, vəhşətin də xəyanət şübhəsinə qarışdığı dramı təqdim edirik. Dram iki pərdəlidir. Birinci pərdə ərin hikkəsi, ikinci isə hikkəli xəyanətdir…
İkipərdəli dram Yeni Azərbaycan Partiyasının Xızı rayon təşkilatının sədri Fərrux Haqverdiyevin ailəsində baş verib. Ailədə yaranmış qarşılıqlı xəyanət şübhələri sonradan polisə və məhkəməyə qədər uzanıb. Criminal.az saytına üz tutan Gülarə Haqverdiyeva özünün də üzv olduğu YAP-ın rayondakı əsas təmsilçisi olan keçmiş əri Fərrux Haqverdiyevlə aralarından başlamış və uzun müddətdir davam edən ilə münaqişəsini tam çılpaqlığı ilə danışıb:

Gülarə Haqverdiyeva
"Uzun illər davam edən evliliyimiz çox gözəl idi, o vaxta kimi ki, ailədə xəyanətlər yaranmışdı. Fərruxun həyatındakı müxtəlif qadınlar ailəmizi dağılmaq dərəcəsinə gətirdi. 1986-cı ildə ailə qurmuşduq. Hər şey gözəl idi, ərimin pullanması və həyatındakı qadınlar söz-söhbət yaratdı, 2010-cu ildə oğlumun toyundan sonra pik həddə çatdı. Fərrux mənimlə yola getmirdi, evdən qovurdu. Evin qazını, işığını, suyu kəsirdi ki, evdən çıxıb. Evə heç nə almırdı, deyirdi canın çıxsın get, özün ək-biç. 2010-cu ildə oğlum evlənəndən evin hökmranı gəlin oldu. Gəlinə də ixtiyarı Fərruf Haqverdiyev vermişdi. 2016-cı ildə isə ayrıldıq. O vaxta kimi mənə deyirdi çıx evdən, amma çıxmırdım ki öz evimdi. O isə öz kefində idi. Əvvəl Şurabadda işləyirdi. Dayımın hesabına pul qazandı və karyera qurdu, hazırda isə Xızının Suvarma Sistemləri İdarəsinin rəisidir, YAP-ın Xızı rayon təşkilatının sədridir".
Şikayətçi deyir ki, dəfələrlə bankdan pul götürüb, aparıb Xızıda qadına xərcləyib: "2004-2005-ci ildə öz işçisi olan Könül adlı qadınla problemi də yaranmışdı. Onların sevgi münasibəti məhkəməyə, polisə qədər çıxmışdı . Sonradan 50 min həmin qadına verərək özünü qurtarmışdı. Hazırda Şabran rayonundan olan başqa qadınla evləndi. Əlimlə qurub yaratdığım evə həmin qadını gətirib. 30 il bir yerdə yaratdığım haqqımı tələb edirəm. Ona görə də məhkəmədə mülki dava açdım".

Fərrux Haqverdiyev
G.Haqverdiyeva deyir ki, boşanandan sonra məmur əri ona heç bir əmlak verməyib: "Evdən çıxarkən bir dəst paltarla çıxmışam. Şurabaddakı evdə tək yaşarıyam. Məhkəmədə ailəli olan vaxtı birgə qazancımızla topladığımız sərvətin hamısını ələ keçirib. Məhkəmələrdə mülki dava açsam da lağlağı obyektinə çevrilirəm. Bütün işləri öz xeyrinə dəyişir. Deyir ki, prezidentin köməkçisi Əli Həsənovla dostam, ona Xızıda villa tikdirirəm, mənə heç nə edə bilməzsən. Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə ilə yaxındır, guya rayondakı ferması ona məxsusdur. Xəzər Aslanov Xızıya yeni icra başçısı təyin olunanda ona 30 ha torpaq bağışladı. Bax elə bu əlaqələrinə görə bütün məhkəmələri ələ almağı bacarıb. Bütün məhkəməni ələ alıb, hamı onun sözünü deyir, məni məzxərəyə qoyurlar. Boşansaq da mənə heç nə vermir. Onun arxasında Əhməd Əhmədzadə və Xəzər Aslanov durur".
"Mən evdən çıxanda 700 baş heyvanı vardı, deyirdi Əhməd Əhmədzadənindir. Amma mən bilirəm ki, yalan danışır. 80 malı və 80 danası var, ferması var. Həmin ferma mənim adımadır. Torpaqlarımız var, ordan hər il 100 tona yaxın arpa yığır. Mən isə evdən bir dəst paltarımı götürüb çıxmışam. Məni balta-bıçaqla evdən qovub. Bir gün toydan evə gəldi. Dedi ki, evdən kabab iyi gəlir. Zorla boynuma qoymağa çalışırdı ki, evdə kiməsə kakbab çəkmişəm. Əslində isə gecə qonşuda kabab çəkmişdilər. Oğlumu çağırdım, söhbəti açdım. Sonra gəlinim qarderobumu açıb əşyalarımı çölə atdı. Elə o vaxtdan evdən çıxmışam", G.Haqverdiyeva bildirib.
F.Haqverdiyev Criminal.az saytına açıqlamasında keçmiş həyat yoldaşının ittihamlarını böhtan adlandırdı. Bildirdi ki, G.Haqverdiyeva ilə rəsmi qaydada boşanıb və mülk məhkəmə qaydasında yarı bölünüb: "Mən partiya sədrəyəm, siz kimsiniz məni narahat edirsiz. O qadının özünə cinayət işi başlanıb. O mənə böhtan atdığına görə polisə vermişəm. Yüksək vəzifəli adamların adını hallandırmağı da mənə təzyiq etmək üçündür. Məni bir daha narahat etməyin…".





Xəbər lenti
-
19:16Mübariz Mənsimov: "Satqınları və xəyanətkarları Allaha tapşırıram"
-
19:36Bakıda İcra Hakimiyyətində korrupsiya həbsləri – şöbə müdiri qandallandı
-
17:34Həbs edilən qazi azadlığa buraxıldı
-
17:33Prezidentə istefa tələb edən ictimai fəal haqqında hökm çıxarıldı
-
16:39Şəhla Hümbətova Vəkillər Kollegiyasından çıxarıldı
-
16:34Ramiz Mehdiyev qurultaydan danışdı
-
16:29Ramiz Mehdiyevlə Əli Həsənov YAP rəhbərliyindən uzaqlaşdırıldı
-
14:32Mübariz Mənsimov azadlıqda!
-
12:53Cahangir Əsgərovun həyat yoldaşının SƏRVƏTİ
-
12:15Elmar Hüseynovun qətlinin araşdırılmasındakı səriştəsizlik
-
11:55Oğlu şəhid olan xalq artisti: “Nazir balaları Londonda, Avropada, amma torpağı xilas eləmək...”
-
11:51Mübariz Mənsimovun məhkəməsi başladı
-
12:52Azərbaycanın nəzarət etdiyi ərazilərdə erməni döyüşçülərin cəsədlərinin axtarışına icazə verdiyi iddia olunur
-
12:48Fəxrəddin Manafovun xanımı vəfat etdi
-
12:46“Vəhşi Arman” “Qızıl Rövşən”i oteldə döydüklərini təsdiqləyir və onu “qorxaq” adlandırır - DUBAYDAKI NÜFUZLU DAYININ ƏMRİ
-
12:39Bloger və aktyor məhkəmə zalında həbs olundu
-
12:36“Qan içində, şüşəsi güllələnən maşınla karantin postuna gedərdilərmi?” - Polisin güllələdiyi şəxslərin məhkəməsindən
-
22:49Səfir oğlunun Rasim Məmmədovla əlaqələrini gizlətməsinin sirri - Faktlar
-
22:43Elton Məmmədovun oğlunun şikayəti ilə üzə çıxan cinayətlər - “Zaminbank”ın Müşahidə Şurasının sədrinin işi
-
22:39“Laçın təndiri”nin qarşısında heç nəyə görə tökülən qan - “ZARAFATCIL OĞLANLARIN” DAVASINA GÖRƏ 25 YAŞLI RAMİD İNDİ HƏYATDA YOXDUR...
-
22:36İtkin düşən polkovnik-leytenantın da şəhid xəbəri gəldi
-
17:22AİHM Azərbaycan hökuməti baş redakora 6 min avro ödəməlidir
-
23:38“Qara Qafur” bacısı oğlu “Qızıl Rövşən”i niyə xüsusi qəddarlıqla döydürdü... - 45 MİLYON DOLLAR, “MAYBACH” , “YUMURTA OYBEK” VƏ DAHA NƏLƏR
-
23:29“Qazanan Cahangir Əsgərov və ətrafıdır”
-
21:31Şəhid anası itkin düşüb
-
21:30Bakıda evdən 5 nəfərin meyiti tapıldı
-
21:29Bakıda məhkəmə zalında 4 dustaq qollarını ülgüclə doğradı
-
21:28Ramiz Mehdiyev 500-dən çox işçinin bağ sahəsini əlindən aldı
-
21:22Naxçıvandakı Ağbulaq Xizək Mərkəzi Vasif Talıbovun şəxsi obyektidir
-
18:45“Həmid” avtosalonu qadını özünü öldürmək həddinə çatdırıb
-
18:39Roza İlhaməyə məhkəmədə uduzdu – ÜZR İSTƏYƏCƏK
-
10:24Ramiz Mehdiyev Elmira Axundovaya Ali Məhkəmədə dəstək verəcək?
-
22:35Əli Həsənova 2 milyardlıq korrupsiya ittihamı – onun istintaqda dindirildiyi deyilir
-
22:28Azərbaycan Türkiyədən SOM qanadlı raketləri alır - 250 KİLOMETRDƏN UZAQ MƏNZİLLİ, YÜKSƏK DƏQİQLİKLİ...
-
22:25Masallıda AXCP fəalı həbs olundu
-
17:00Şuşada məktəbin təməlini Əliyev, Ərdoğan və Baxçalı birlikdə qoyacaq - “DEDİ MƏN QARDAŞIMSIZ GETMƏRƏM...”
-
16:39Prokurorluq əməkdaşının ölümündə adı hallandırılan xanım şirkət rəhbəri qandallandı
-
16:21Piyadanı küçənin ortasında bir neçə yumruq zərbəsi ilə öldürdü... - AZƏRBAYCAN VƏTƏNDAŞI HADİSƏ YERİNDƏN QAÇMAQ İSTƏDİ
-
13:47Bələdiyyə sədri və müavini məhkəmə qarşısında
-
13:44“Yayılan məlumatlar həqiqətə uyğun deyil” - DTX
06 Mart 2021
05 Mart 2021
03 Mart 2021
27 Fevral 2021
25 Fevral 2021
23 Fevral 2021
20 Fevral 2021
Digər xəbərlər
-
Sənəd, Manşet, Foto, Cəmiyyət
“General-mayor Zaur Məmmədov ev tikmək üçün yolumuzu zəbt edib”
-
Sənəd, Manşet, Foto, Cəmiyyət
"İcra başçısı obyektimi məhv edib..." - Əlil ailəsi Taleh Qaraşovdan şikayət etdi
-
Sənəd, Manşet, Foto, Cəmiyyət
`Nənəmgili zirzəmidən də qovurdular` – Hacı Zeynalabidinin rus nəticəsi: “Həmin kasetdə hər şeyi danışıb”
-
Sənəd, Manşet, Foto, Cəmiyyət
İllər əvvəl seçim edən, indi general olanlar
-
Sənəd, Manşet, Foto, Cəmiyyət
"Zakir Həsənov Azərbaycan xalqına deyil, yalnız öz qohum-əqrabasına xidmət edir" - POLKOVNİKDƏN PREZİDENTƏ SENSASİON MƏKTUB
-
Sənəd, Manşet, Foto, Cəmiyyət
YAP-ın rəhbər şəxsi arvadını evdən qovub: "Deyir ki, prezidentin köməkçisi Əli Həsənovla dostam, ona Xızıda villa tikdirirəm..."
-
Sənəd, Manşet, Foto, Cəmiyyət
İş adamını həbs etdirən şəxs general Elçin Quliyevin əmisi oğlu yox, bibisi nəvəsidir - Vəkil
-
Sənəd, Manşet, Foto, Cəmiyyət
"Bu Allahsız adam hər bir hərəkətə əl atmağa hazırdır..." - "Şərurlu İsfəndiyar"ın bacısı oğlunun əməlləri
-
Sənəd, Manşet, Foto, Cəmiyyət
SOCAR-ın idarə rəisi dövlət torpağını generala satıb - "Bizimlə mübahisə eləmə, səni atacaqlar içəri..."