Xəzəri zəbt edən milyonçuların hasarlarını SÖKÜRLƏR

08 Yanvar 2021, 16:12
08 Yanvar
2021
16:12
214
Bakının Türkan qəsəbəsində 81 yaşlı Əzizəxanım Atayevanın və 91 yaşlı Xumara Şabanovanın bağ torpaq sahələrinin saxtakarlıqla ələ keçirilməsinin araşdırılması davam edir.
"Yeni Müsavat”a daxil olan məlumata görə, artıq Türkan qəsəbəsinin dənizkənarı hissəsində saxta sənədlərlə zəbt olunmuş torpaq sahələrinin daş hasarlarının bir hissəsi sökülüb.
Yeri sakinlərin "Türkan bulvarı” adlandırdıqları ərazinin əhatələndiyi daş hasarları yeni icra nümayəndəliyinin göstərişi əsasında sökülməsi haqda xəbərlər var.
2020-ci ilin əvvəlində Əzizəxanım Atayevaya və Xumara Şabanovaya bağ torpaq sahələrinin saxtakarlıqla ələ keçirilməsi məlum olub. Bundan sonrakı araşdırmalarla üzə çıxıb ki, ahıl qadınların torpaq sahələri sabiq deputat Zeynəb Xanlarovanın bacısı oğlu Daşqın Nəsirov tərəfindən satılıb.
İcra nümayəndəsi 2 ahıl qadını "öldürüb” bağlarını ələ keçirib - Türkanda inanılmaz cinayət
Xumara Şabanova deyib ki, torpaq sahələrinin daş hasarlarının sökülməsindən xəbərsizdir. O, istintaqın davam etdiyini bildirib. Deyib ki, onlara məxsus bağ torpaq sahəsinin ələ keçirilməsi və satılması üçün böyük bir cinayət sxemi işə salınıb. Xumara Şabanova sağ ikən onun adına ölüm kağızı alınıb. Rəsmi sənədlərdə övladlarının sayı gizlədilməklə cəmi 1 övladı olması göstərilib. Ardından isə həmin övladından işə düzəltmək adı ilə baş etibarnamə alınıb. Övladını əmin ediblər ki, Çingiz Səfərovun adına baş etibarnamə verdikdən sonra onu tez bir zamanda işə düzəldəcəklər. Əslində isə Şabanovanın ölüm kağızı əlavə edilməklə, övladının onun yeganə varisi olması göstərilməklə və Çingiz Səfərovun adına verilmiş baş etibarnamədən istifadə etməklə Şabanovanın sərəncamında olan bağ torpaq sahəsi ələ keçirilərək satılıb.

Məsələnin üstü açılandan sonra əvvəlcə Xəzər Rayon Prokurorluğunda cinayət işi başlanıb, ardından iş materialları Bakı Şəhər Prokurorluğuna göndərilib. İstintaq zamanı cinayətin qrup şəklində törədilməsi və Əzizəxanım Atayeva və Xumara Şabanovadan savayı ona yaxın Türkan sakininə qarşı analoji cinayət törədilməsinə dəlalət edən faktlar ortaya çıxıb. Bundan sonra iş materialları Baş Prokurorluğun Ağır Cinayətlərin İstintaqı İdarəsinə göndərilib.
Xəzər dənizini mühasirəyə alıblar
Redaksiyaya daxil olan məlumata görə, hazırda Türkandakı torpaq mafiyası ilə əlaqədar aparılan istintaqa Xəzər rayonunun sabiq başçısı, hazırda Ağdam icra hakimiyyətinin başçısı olan Vaqif Həsənovun da adı qarışıb. Bildirilir ki, o, Türkan qəsəbə sakini Ağasadıq Vəlibəyovun bağ torpaq sahəsini saxta sənədlərlə ölkədə tanınan iş adamları olan qardaşlara satıb. Həmin qardaşların kimliyini də öyrənmişik. Məlum olub ki, Ağasadıq Vəlibəyova məxsus torpaq saxtakarlıqla ələ keçirilərək Bibiqulu və Bahadır Qasımov qardaşlarına satılıb. Qasımovlar da saxtakarlıqla ələ keçirilmiş torpaq sahələrinin digər alıcıları kimi Azərbaycanda və ölkədən çox uzaqlarda tanınan şəxslərdir. Onların dünyanın 50-dən çox ölkəsində kontoralarının olması və həmin kontoralar üzərindən böyük maliyyə vəsaitlərinin axması haqda məlumatlar var.

Yaqub Hüseynov
Qeyd edək ki, Atayeva və Şabanovanın torpaq sahələrini satın alan Yaqub Hüseynov da Azərbaycanda tanınan iş adamıdır. Türkan qəsəbəsinin qeyd olunan hissəsində torpaq sahələrinin imkanlı iş adamlarını maqnit kimi çəkməsinin səbəbi ərazinin Xəzər sahilində olması və bilavasitə ləpədöyənə dirənməsindən qaynaqlanır. Ərazidə restoran və istirahət mərkəzinin, hotellərin tikilməsi üçün ideal şərait var.
Odur ki, həmin torpaqların alınması üçün iş adamları böyük pullar ödəməkdən çəkinmirlər. Bu zaman torpaq sahələrinin əsl sahiblərini axtarmağı isə unudurlar. Qasımov qardaşlarının da, "Bridge Plaza” sahibi Yaqub Hüseynovun da diqqətdən qaçırdığı, eyni zamanda ən əsas məqam da budur.
Bu gün Türkan bulvarı adlanan ərazidə daha 6-7 oxşar cinayətin olması haqda məlumatlar var.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Türkan qəsəbəsi sakinləri Xumara Şabanova və Əzizəxanım Atayevaya məxsus torpaq sahələrinin saxta sənədlər hazırlanmaqla ələ keçirilməsi faktına görə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq yolu ilə özgə əmlakını külli miqdarda ələ keçirmə), 320.2 (rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya istifadə etmə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə təqsirləndirilən şəxslərin dairəsinin tam müəyyənləşdirilməsi istiqamətində kompleks istintaq-əməliyyat tədbirləri davam etdirilir.
İstintaq getdiyi zaman hasarların sökülməsi prosesin dönməz xarakter almasından xəbər verir.
Belə məlumatlar var ki, "Türkan bulvarı” ərazisində yerləşən digər torpaq sahələri də zəbt olunaraq saxta sənədlərlə satılıb. /"Yeni Müsavat"/
Xəbər lenti
-
19:36Bakıda İcra Hakimiyyətində korrupsiya həbsləri – şöbə müdiri qandallandı
-
17:34Həbs edilən qazi azadlığa buraxıldı
-
17:33Prezidentə istefa tələb edən ictimai fəal haqqında hökm çıxarıldı
-
16:39Şəhla Hümbətova Vəkillər Kollegiyasından çıxarıldı
-
16:34Ramiz Mehdiyev qurultaydan danışdı
-
16:29Ramiz Mehdiyevlə Əli Həsənov YAP rəhbərliyindən uzaqlaşdırıldı
-
14:32Mübariz Mənsimov azadlıqda!
-
12:53Cahangir Əsgərovun həyat yoldaşının SƏRVƏTİ
-
12:15Elmar Hüseynovun qətlinin araşdırılmasındakı səriştəsizlik
-
11:55Oğlu şəhid olan xalq artisti: “Nazir balaları Londonda, Avropada, amma torpağı xilas eləmək...”
-
11:51Mübariz Mənsimovun məhkəməsi başladı
-
12:52Azərbaycanın nəzarət etdiyi ərazilərdə erməni döyüşçülərin cəsədlərinin axtarışına icazə verdiyi iddia olunur
-
12:48Fəxrəddin Manafovun xanımı vəfat etdi
-
12:46“Vəhşi Arman” “Qızıl Rövşən”i oteldə döydüklərini təsdiqləyir və onu “qorxaq” adlandırır - DUBAYDAKI NÜFUZLU DAYININ ƏMRİ
-
12:39Bloger və aktyor məhkəmə zalında həbs olundu
-
12:36“Qan içində, şüşəsi güllələnən maşınla karantin postuna gedərdilərmi?” - Polisin güllələdiyi şəxslərin məhkəməsindən
-
22:49Səfir oğlunun Rasim Məmmədovla əlaqələrini gizlətməsinin sirri - Faktlar
-
22:43Elton Məmmədovun oğlunun şikayəti ilə üzə çıxan cinayətlər - “Zaminbank”ın Müşahidə Şurasının sədrinin işi
-
22:39“Laçın təndiri”nin qarşısında heç nəyə görə tökülən qan - “ZARAFATCIL OĞLANLARIN” DAVASINA GÖRƏ 25 YAŞLI RAMİD İNDİ HƏYATDA YOXDUR...
-
22:36İtkin düşən polkovnik-leytenantın da şəhid xəbəri gəldi
-
17:22AİHM Azərbaycan hökuməti baş redakora 6 min avro ödəməlidir
-
23:38“Qara Qafur” bacısı oğlu “Qızıl Rövşən”i niyə xüsusi qəddarlıqla döydürdü... - 45 MİLYON DOLLAR, “MAYBACH” , “YUMURTA OYBEK” VƏ DAHA NƏLƏR
-
23:29“Qazanan Cahangir Əsgərov və ətrafıdır”
-
21:31Şəhid anası itkin düşüb
-
21:30Bakıda evdən 5 nəfərin meyiti tapıldı
-
21:29Bakıda məhkəmə zalında 4 dustaq qollarını ülgüclə doğradı
-
21:28Ramiz Mehdiyev 500-dən çox işçinin bağ sahəsini əlindən aldı
-
21:22Naxçıvandakı Ağbulaq Xizək Mərkəzi Vasif Talıbovun şəxsi obyektidir
-
18:45“Həmid” avtosalonu qadını özünü öldürmək həddinə çatdırıb
-
18:39Roza İlhaməyə məhkəmədə uduzdu – ÜZR İSTƏYƏCƏK
-
10:24Ramiz Mehdiyev Elmira Axundovaya Ali Məhkəmədə dəstək verəcək?
-
22:35Əli Həsənova 2 milyardlıq korrupsiya ittihamı – onun istintaqda dindirildiyi deyilir
-
22:28Azərbaycan Türkiyədən SOM qanadlı raketləri alır - 250 KİLOMETRDƏN UZAQ MƏNZİLLİ, YÜKSƏK DƏQİQLİKLİ...
-
22:25Masallıda AXCP fəalı həbs olundu
-
17:00Şuşada məktəbin təməlini Əliyev, Ərdoğan və Baxçalı birlikdə qoyacaq - “DEDİ MƏN QARDAŞIMSIZ GETMƏRƏM...”
-
16:39Prokurorluq əməkdaşının ölümündə adı hallandırılan xanım şirkət rəhbəri qandallandı
-
16:21Piyadanı küçənin ortasında bir neçə yumruq zərbəsi ilə öldürdü... - AZƏRBAYCAN VƏTƏNDAŞI HADİSƏ YERİNDƏN QAÇMAQ İSTƏDİ
-
13:47Bələdiyyə sədri və müavini məhkəmə qarşısında
-
13:44“Yayılan məlumatlar həqiqətə uyğun deyil” - DTX
-
13:43XTQ gizirinin də şəhid xəbəri gəldi
05 Mart 2021
03 Mart 2021
27 Fevral 2021
25 Fevral 2021
23 Fevral 2021
20 Fevral 2021
Digər xəbərlər
-
Manşet, Foto, Korrupsiya
Bakıda İcra Hakimiyyətində korrupsiya həbsləri – şöbə müdiri qandallandı
-
Manşet, Foto, Korrupsiya
Naxçıvandakı Ağbulaq Xizək Mərkəzi Vasif Talıbovun şəxsi obyektidir
-
Sənəd, Manşet, Foto, Korrupsiya
Nazir müavini xanım məmurla Çexiyada şirkət işlədir
-
Sənəd, Manşet, Foto, Korrupsiya
23 il baş nazirin müavini olan Abid Şərifov nəvəsinə Şəkidə istirahət kompleksi tikdirib
-
Manşet, Foto, Korrupsiya
İqtisadçı: "Gömrük Komitəsi hansı gününə 17 mərtəbəli binada oturmaq istəyir?"
-
Manşet, Foto, Korrupsiya
Səfirin Rasim Məmmədovla xəyanətə bərabər sponsor oyunu – Axundova “baş metallisti” xilas etmək istəyib?
-
Sənəd, Manşet, Foto, Korrupsiya
PALMA ADALARI VƏ 300 HEKTARLIQ ŞUŞA (Sənədlərin izi ilə)
-
Sənəd, Manşet, Foto, Korrupsiya
Sabiq nazirin gömrükçü oğlunun İsveçrədə də şirkəti varmış
-
Manşet, Foto, Korrupsiya
Xəzəri zəbt edən milyonçuların hasarlarını SÖKÜRLƏR