Xəzərdə ekoloji fəlakət baş verir? - TANINMIŞ NAŞİR HƏYƏCAN TƏBİLİ ÇALDI Xəzərdə ekoloji fəlakət baş verir? - TANINMIŞ NAŞİR HƏYƏCAN TƏBİLİ ÇALDI Xəzərdə ekoloji fəlakət baş verir? - TANINMIŞ NAŞİR HƏYƏCAN TƏBİLİ ÇALDI

Xəzərdə ekoloji fəlakət baş verir? - TANINMIŞ NAŞİR HƏYƏCAN TƏBİLİ ÇALDI
Tanınmış naşir Şahbaz Xuduoğlu Xəzər dənizində ekoloji fəlakət ehtimalının baş verməsi ilə bağlı həyəcan təbili çalıb. Ş.Xuduoğlu Xəzər sahilində bir neçə suitinin ölməsi ilə bağlı video paylaşıb. 
Naşirin sözlərinə görə, suiti cəsədləri Xəzərin Fatmayi-Mərdəkan ərqazisindəki sahildə təsadüfən aşkarlayıb. Biuldirib ki, bu fakt Xəzər üçün ekoloji fəlakətdən qaynaqlanır.  
 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəliflyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova bir neçə gün əvvəl Trend-ə bildirib ki, cəsədlərin əksəriyyəti köhnədir. Bəzilərinin üzərində kəsici alət izləri aşkarlanıb.
"Məlumdur ki, balıqçı torlarına düşüblər. Suitilər əslində bu mövsümdə Xəzərin şimal hissəsində, Rusiya və Qazaxıstan sahillərində olurlar. Bizim sahillərdə isə az bir qismi qalır. Bəzən yaşlı suitilər özlərini qayalara çırparaq, tələf olurlar və dalğa onları sahilə gətirir. Buna görə suitilərin hamısının brokonyerlərin qurbanı olduğunu demək olmaz".
 



Xəbər lenti