Xəstə: Ölsəm, qanım bu səhiyyə sisteminin üzərində qalacaq

25 Yanvar 2020, 09:23
25 Yanvar
2020
09:23
1969
Tariyel Əliyevin təcili əməliyyata ehtiyacı var, səhiyyə idarəsi isə ona sığorta məsələlərinin bitməsini gözləməyi məsləhət görüb
"Əzab verən ağrılara artıq dözümüm qalmayıb. Rayonun səhiyyə idarəsi isə deyir, get, birtəhər canını dişinə tut, ölmə, sığorta məsələləri bitəndən sonra hər şey yaxşı olacaq”.
Şəmkirin Təzəkənd kəndinin sakini, 73 yaşlı Tariyel Əliyev prostat adenomasından (prostatın böyüməsi) əziyyət çəkir. Deyir, təcili cərrahiyyə əməliyyatı olunmalıdır, ancaq maddi imkansızlıqdan günbəgün artan ağrılarıyla baş-başa qalıb.
"Lazer əməliyyata maddi imkanım yoxdur”
"Şəmkirdəki həkimlər deyir, yaşın çoxdur, açıq əməliyyatdan sağ çıxmazsan, lazer əməliyyatı təklif edirlər. Mənim də bu əməliyyata maddi imkanım yetmir. Aylardır ki, Səhiyyə Nazirliyinə, rayon səhiyyə idarəsinə müraciət edirəm. Ötən ilin sonundan nazirliyə bir neçə dəfə məktub yazıb, kömək istəmişəm. Heç bir müraciətimə cavab almamışam”, - şikayətçi deyir.
Tariyel Əliyevin sözlərinə görə, rayon səhiyyə idarəsinə etdiyi müraciətinə cavab verilib ki, birtəhər dözsün, icbari tibbi sığorta məsələləri bitəndən sonra sığortayla əməliyyat oluna biləcək.
"Ağrıdan qovrula-qovrula ölməliyəm?”
"Belə çıxır ki, bu məsələlər başa çatınca mən bu ahıl yaşda ağrıdan qovrula-qovrula ölüb getməliyəm. Ona görə də bu başdan deyirəm, bunların icbari sığorta məsələləri başa çatanadək ağrılara dözməyib ölsəm, bu səhiyyə sisteminin əli mənim qanıma batmış olacaq. Mənim qanım bu yarıtmaz səhiyyənin üzərində, şəxsən səhiyyə nazirinin üzərində qalacaq”, - Tariyel Əliyev bildirir.

"Heç bir müraciətimə cavab almamışam”
"Cənab prezident, pulsuz səhiyyə budur?”
O, artıq dövlətin səhiyyəsindən əlini üzüb və xeyirxah insanlara üz tutub:
"Sözüm ölkənin başçısınadır. Cənab prezident, adını pulsuz səhiyyə qoymusuz, ancaq mənim kimi imkansız insanlar səhiyyənin qapısına gedəndə, pulu yoxdur deyə, "əməliyyata alarıq, sağ çıxmazsan” deyib, insanları qorxudurlar. Verdiyiniz təqaüd hər dəfə qanın müayinəsinə, başqa müayinələrə xərclənir və pul çatmadığı üçün müayinələrim yarımçıq qalır. Budurmu dediyiniz pulsuz səhiyyə? Dövlətin sığortasını gözləməyə səhhətim yol vermir. Kəskin ağrılarım olur, bu yaşda o ağrılara dözmək zülmdür. Dövlətin büdcəsindən səhiyyəyə milyonlar ayrılır, nəyə görə vətəndaşın pulu olmadığı üçün onu xəstəxanadan geri çevirməlidilər? Ancaq bilirəm ki, sizdən də cavab gəlməyəcək. Ona görə də üzümü imkanlı və içində hələ də insanlıq, xeyirxahlıq hissləri ölməyən şəxslərə tutub kömək istəyirəm. Əməliyyatıma yardımçı olsunlar, məni ağrılardan qurtarsınlar”.
Meydan TV müxbiri Səhiyyə Nazirliyindən və Şəmkir Rayon Səhiyyə İdarəsindən məsələyə münasibət öyrənməyə çalışıb. Səhiyyə idarəsindən bildirilib ki, suallarımızı yalnız TƏBİB ("Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”) cavablandıra bilər. Bu ilin əvvəlindən Azərbaycan İcbari Tibbi Sığorta sisteminə keçdiyindən artıq xəstəxanalar bu qurumun tabeliyinə verilib. Bu qurumdan isə münasibət öyrənmək mümkün olmayıb.
Xəbər lenti
-
00:16"Bir neçə nəfər də töküldü üstümə, məni yıxdılar, qolumu burdular, sürüdülər..." - VİLAYƏT EYVAZOVA MÜRACİƏT
-
23:58Yavər Camalovun oğlu xaricdə 8 milyon dollara mənzillər alıb
-
23:51Bakıda polkovnik-leytenant iş başında öldü
-
23:49MTN-in ən qeyrətli müstəntiqi danışdı - Zakir Qaralovla Rüstəm Usubovun tapşırığı əsasında həbs etmişik
-
13:58Bakıya yeni prokuror təyin edildi
-
13:56Prezident XTQ-nin hərbi hissəsində
-
13:52MTN pul bölgüsündə Baş Prokurorluğa “atıb”
-
00:35Hərbçilərə işgəncə verdiyi üçün axtarılan Polad Əzizov kimdir?
-
00:30“Əməliyyat müvəkkili məni axşama kimi fasilələrlə döydü”
-
00:27“Qazprombank”ın sabiq vitse-prezidenti və ailəsi ölü tapılıb
-
00:25Tərtər hadisələri zamanı öldürülən Elçin Quliyev bəraət aldı
-
00:22“Tərtər işi”: 7 nəfər həbs olunub, 280 şəxs zərərçəkmiş kimi tanınıb
-
00:19Arvadını öldürüb özünü asdı - Daha bir dəhşətli qətl
-
00:18''Biz Mövlam Şıxəliyevin ailə üzvlərinin də həbsini tələb etmişik...''
-
01:58Bayden Putini “qanlı diktator” və “quldur” adlandırdı
-
01:56FHN Hospitalının baş həkiminə hökm oxundu
-
12:42DTX düşmənlə məxfi əməkdaşlıq edən şəxsi ifşa etdi
-
17:34“Qanuni oğru” Namiq Səlifov Rufo Gənciniskinin adamını cəzalandırdı
-
13:45MTN-də 8 milyon dolları alınan iş adamı Neftçalada vaqonda yaşayır - gerçək hekayət
-
13:37Ukraynada daha bir Rusiya generalı məhv edildi
-
13:34Dünən Bakıda öldürülən dünya çempionunun son SƏS YAZISI - Yeni detallar
-
13:29Rusiya 10 gün sonra dayana bilər - Amerikalı generaldan proqnoz
-
13:24Dünya çempionu Zaur Yusifov marketdə güllələnibmiş...
-
13:21Zaur Yusifovun qətlinə görə “Emin 444”ün xalası oğlu tutuldu
-
01:26Məşhur prokuror Tariyel Qurbanov işdən çıxarıldı
-
01:23Canlı efirə “Müharibəyə yox!” plakatı ilə çıxan kanal əməkdaşı saxlanıldı
-
01:14İcra başçısının köməkçisi saxlanılıb
-
01:10Rusiyada: Canlı yayımda redaktor studiyaya girib müharibəyə qarşı çıxdı
-
01:07“Dedilər qızılları götürüb qaçıb. Hamı yığışmışdı lombardın qabağına...” - MAQSUD MAHMUDOVDAN QƏDİMİ QIZIL SAATI DA SORUŞDULAR
-
01:04“Emin 444”ü Zakir Həsənovun evinin qarşısında öldürən dünya çempionu qətlə yetirildi
-
23:49Bəxtiyar Hacıyev: “Polis idarəsində məni saatlarla dizlərimin üstündə saxladılar, təhqir etdilər”
-
23:45“Cahangir Əsgərov və xanımından 16 milyonumu tələb etdiyimə görə həbsdəyəm”
-
23:41Maqsud Mahmudov: “Uşaqlarımın şəklini yayıb, “vətən xaininin övladları” yazmışdı”
-
23:35Mariupol doğum evinə hava zərbəsi: 17 yaralı
-
23:32Tələt Əliyev axtarışa verildi
-
23:29Çernobıl AES-də işıq tamamilə kəsildi - “48 saat sonra sızma qaçılmaz olacaq”
-
23:28Rusiya Ukraynadakı əməliyyatlarda çağırışçıların olmasını etiraf etdi
-
15:54Rusiyanın 15 milyon dollarlıq “Pantsir” kompleksi və daha bir neçə texnikası qənimət götürüldü
-
15:51Ukrayna MN: "Rusiya qoşunları əsas səyləri Kiyevin mühasirəyə alınmasına yönəldib"
-
15:47“İcra Hakimiyyətinə bina tikməyə 3 milyon manat ayrılmışdı, 3 aya yoxa çıxdı...”
16 May 2022
15 May 2022
30 Aprel 2022
20 Aprel 2022
18 Mart 2022
16 Mart 2022
15 Mart 2022
09 Mart 2022
04 Mart 2022
Digər xəbərlər
-
Sənəd, Manşet, Cəmiyyət
Aksiyada xəsarət alan jurnalistin sümüyü sınıb
-
Sənəd, Manşet, Cəmiyyət
Keçmiş polis: Rəisim məni yataq görüntülərimlə şantaj edirdi - “Skoç Ədalət” barəsində ilginc iddia
-
Sənəd, Manşet, Cəmiyyət
Ramiz Mehdiyev 500-dən çox işçinin bağ sahəsini əlindən aldı
-
Sənəd, Manşet, Cəmiyyət
Baş Prokuroluqdakı süründürməçilik görün vətəndaşı nəyə əl atmağa vadar edib!
-
Sənəd, Manşet, Cəmiyyət
Bakıda model və ginekoloqun ölümü ilə gündəmə gəlmiş Sirus Qoçqaninin saxtakarlığı üzə çıxdı
-
Sənəd, Manşet, Cəmiyyət
Bakıda sakinlər yeni "Şanxay" salınmasına etiraz edir - CAVİD QURBANOVA MÜRACİƏT
-
Sənəd, Manşet, Cəmiyyət
Xəstə: Ölsəm, qanım bu səhiyyə sisteminin üzərində qalacaq
-
Sənəd, Manşet, Cəmiyyət
Plyonka ilə bağlı tapşırığı Vilayət Eyvazov verib
-
Sənəd, Manşet, Cəmiyyət
"Cənab müstəntiq, bizi uşaq yerinə qoymayın!" - VİLAYƏT EYVAZOVA ŞİKAYƏT