Vüqar Kərimov: "İşğal olunmuş ərazilərdə ətraf mühitə və biomüxtəlifliyə külli miqdarda zərər dəyib"

Vüqar Kərimov:
"İşğal olunmuş ərazilərdə ətraf mühitə və biomüxtəlifliyə külli miqdarda zərər dəyib".  Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində həyata keçirilən kortəbii istismar nəticəsində bölgənin təbii sərvətlərinə, ətraf mühitinə, biomüxtəlifliyinə külli miqdarda zərər dəyib. O, bu ərazilərdə qiymətli ağac və kol növləri ilə zəngin meşələrin "məqsədli şəkildə məhv edildiyini" deyib.
Vüqar Kərimov söyləyib ki, landşaft müxtəlifliyi baxımından əlverişli olan bu ərazilərdə işğala qədər 2000-dən çox ali bitki növü mövcud olub. Bu isə, Azərbaycan florasının 42 faizini təşkil edir. Onun sözlərinə görə, bölgədəki 50-yə yaxın fauna, 70-dən çox flora növü dünyanın və Azərbaycanın Qırmızı Kitablarına salınsa da, onların hazırki vəziyyəti barədə "heç bir dəqiq məlumat yoxdur".
"Ərazidə rast gəlinən bitki növlərindən 20-si Azərbaycan areallı endem bitkilərdir. Bu endem bitkilərin 7 növünə (Qarabağ tülpanı, Qarabağ güləvəri, Zəngilan gəvəni, Sağsağan gülxətmisi, Şuşa vələsi, Şuşa xaşası və Şuşa gəvəni) yalnız Dağlıq Qarabağ ərazisində rast gəlinir”, - Vüqar Kərimov deyib.
Cənab Kərimov söyləyib ki, Azərbaycanın meşə ilə örtülü sahələrinin 25 faizi işğal altında olan ərazilərdə yerləşir və azad olunmuş ərazilərdə aidiyyəti qurumlarla birgə meşələrə dəyən ziyanın qiymətləndirilməsi üçün genişmiqyaslı monitorinqlər aparılacaq,

Xəbər lenti