Vətən xaini adı ilə öldürülən daha iki zabitin xanımı Müdafiə Nazirliyini məhkəməyə verir

Vətən xaini adı ilə öldürülən daha iki zabitin xanımı Müdafiə Nazirliyini məhkəməyə verir
Загрузка...
 2017-ci ildə dövlətə xəyanət ittihamı ilə günahlandırılaraq istintaq zamanı müəmmalı şəraitdə öldüyü bildirilən hərbi qulluqçu Səxavət Binnətovun həyat yoldaşı Xavər Haqverdiyeva Azərbaycan Müdafiə Nazirliyini məhkəməyə verməsini xəbər vermişdik. Bu barədə Criminal.az-a X.Haqverdiyeva özü bildirib.
Onun sözlərinə görə, iyunun 10-da 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia üzrə hakim Tahirə Əsədovanın sədrliyi ilə hazırlıq iclası keçirilib. «Növbəti məhkəmə prosesinin vaxtı hələ müəyyən olunmayıb», - mərhum zabitin həyat yoldaşı bildirib.
X.Haqverdiyeva iddia edib ki, Müdafiə Nazirliyinin səhvi ucbatından həyat yoldaşını itirib və nazirlikdən 200 min manat təzminat tələb edir. Onun sözlərinə görə, məhkəmə hökmü ilə də təsdiqlənib ki, S.Binnətov səhvən ittiham edilib. X.Haqverdiyeva vurğulayıb ki, S.Binnətovu 2017-ci ilin mayında günahsız yerə tutub işgəncə ilə öldürüblər. «İki qızım və mən ailə başçısını itirmişik, köməksiz duruma düşmüşük. Uşaqlar hələ də stressdən çıxa bilmir», - X.Haqverdiyeva belə deyib. X. Haqverdiyeva S.Binnətovun öldürülməsi barədə məhkəmə qərarı olduğunu da bildirib.
Mərhum zabit Elşən Mirzəliyevin xanımı Günay Mirzəliyeva da həyat yoldaşının ölümünə görə Müdafiə Nazirliyinin məsuliyyət daşıdığını iddia edir. «Bir ailənin başçısı dövlətə xəyanət kimi ən ağır cinayətdə ittiham edilib, amma təsdiqin tapmayıb, bununla belə bizə ölüsünü verirlər. İndi düşdüyümüz maddi vəziyyətimiz imkan vermir ki, məhkəmə məsələsinə əl qoyaq. Evimiz yox, bir anamdır, bir də körpə azyaşlı uşaq. Bu təzyiq, hədə-qorxu müddətində övladım ürək xəstəliyini tapdı. Hər 28 gündən bir Türkiyədən preparatlar alınıb vurulur, əks halda yaşaması özü təhlükə altındadır», - G.Mirzəliyeva bildirib.
G.Ibrahimova vurğulayıb ki, mərhum həyat yoldaşının təqsiri olmaması barədə əllərində məhkəmə qərarı var. «...Günahı olmaması barədə bizə məhkəmə qərarı verilib»
Vəfat edən hərbçi Saleh Qafarovun həyat yoldaşı Natavan Qafarova da şikayətçidir. O da narazılığını belə ifadə edir: «2018-ci ilin elə bu vaxtlarında S.Qafarovun günahı olmaması barədə bizə məhkəmə qərarı verilib. Amma biz təzminat, həyat yoldaşıma şəhid statusu verilməsi, xidməti mənzilinin təqdim olunmasını tələb edəcəyik. Amma ailənin maddi durumunun ağır olması ilə bağlı məhkəmə çəkişməsini ertələmişik»,-N.Qafarova bildirib.
Bütün bu açıqlamaya, hələlik, Müdafiə Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Xatırlatma
Baş Prokurorluq, müdafiə, daxili işlər nazirlikləri və Dövlət Təhlükəsizliyi Xidməti 2017-ci ilin mayında birgə bəyanat yaymışdı. Bəyanatda yazılırdı ki, xarici xidmət orqanları ilə məxfi əməkdaşlığa cəlb edilmiş bir qrup hərbi qulluqçu, mülki şəxs həbs olunub. Rəsmi bəyanata görə, adları açıqlanmayan həmin şəxslər maddi maraqları naminə hərbi sirr təşkil edən məlumatları əldə edərək, Ermənistan tərəfinə ötürüblər. Açıqlamada Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi başlandığı vurğulanırdı. Amma həbs edilənlərin sayı açıqlanmırdı.
Elə bundan az sonra bəzi media orqanlarında dövlətə xəyanətdə ittiham edilən bir neçə hərbçinin istintaq zamanı işgəncələr nəticəsində öldüyü ilə bağlı iddiaların əks olunduğu məlumatlar yayılmışdı. Az sonra həmin məlumatları yayan bəzi sayt rəhbərlərinin Baş Prokurorluğa çağırılaraq xəbərdarlıq aldıqları bildirildi. Rəsmi qurumlar bu işdə hakim önünə çıxarılanlar və məhkəmə qərarları ilə bağlı məlumatlar yaymayıblar. Valideynlərin bildirməsinə görə, istintaq zamanı həlak olan keçmiş hərbçilərdən 4-nün sonradan günahsızlığı üzə çıxıb. Onların iddialarına görə, işgəncədə iştirak edənlərdən də məhkəmə qaydasında cəzalandırılanlar var. Üstəlik, məhkəmə zamanı ittiham üzrə günahlandırılan bir çox hərbi qulluqçunun da 5 ildən 15 ilə qədər həbs cəzaları aldığı bildirilir.
Həbs edilən və istintaq zamanı öldüyü bildirilən hərbi qulluqçuların yaxınları dəfələrlə aksiyalar keçiriblər. Onlar bu məsələlərin təkrar araşdırılmasını tələb edirlər. Azərbaycanın rəsmi qurumları isə, hələlik, bu tələblərə reaksiya verməyiblər. Rəsmilər, bir qayda olaraq, ictimaiyyətə açıqlamalarında ölkədə istintaq altında olan şəxslərə işgəncə verilməsi ilə bağlı iddiaları yalanlayırlar.
Загрузка...
Загрузка...

Xəbər lenti