Vaqif Dərgahlı: “Azərbaycanın istənilən yerində hərbi bazası ola bilər, bunun Ermənistana nə aidiyyatı var?"

Vaqif Dərgahlı: “Azərbaycanın istənilən yerində hərbi bazası ola bilər, bunun Ermənistana nə aidiyyatı var?
Tanınmamış "DQR müdafiə ordusu” Gəncə şəhərindəki "legitim hərbi hədəflərin siyahısı”nı açıqlayaraq iddia edib ki, onlar şəhərdə yerləşən hərbi hissələrə zərbə vurublar. Şənbə gecəsi erməni silahlı qüvvələrinin atdığı raket insanların sıx yaşadığı əraziyə düşüb və nəticədə aralarında uşaq da olan azı 13 adam həyatını itirib, 40-dan çox adam yaralanıb, iki uşaq itkin düşüb, Azərbaycan Baş Prokurorluğu açıqlayıb.
335 mindən çox əhalisi olan Gəncə şəhəri aktiv döyüş bölgəsindən təxminən 60-70 kilometr uzaqda yerləşir.
Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı BBC News Azərbaycancaya deyib ki, "Ermənistanın Gəncədə vurduğu ancaq mülki əhali və mülki infrastrukturdur".
"Orada ancaq mülki əhali yaşayır və heç bir hərbi obyekt yoxdur. Bu, Ermənistanın hərbi-siyasi rəhbərliyinin hərbi cinayətidir. Azərbaycanın istənilən yerində hərbi bazası ola bilər. Bunun Ermənistana nə aidiyyatı var? Azərbaycanın Ermənistan ərazisində heç bir hərbi hədəfi və məqsədi yoxdur. Döyüş əməliyyatları Dağlıq Qarabağ və onun ətrafındakı işğal olunmuş ərazilərdə aparılır. Azərbaycan Ordusu işğalçıları öz torpağından çıxarmaq hüququna malikdir".

Xəbər lenti