Tofiq Zülfüqarov: “Azərbaycanla sərhədləri tanıyandan sonra Ermənistan kənara çəkiləcək, onun yerini Minsk Qrupu tutacaq”

19 Noyabr 2021, 23:17
19 Noyabr
2021
23:17
1224
"Paşinyanın Azərbaycanla sərhədin delimitasiyasının "qəbuledilən" olduğunu etiraf etməsi heç də bu məsələnin həlli demək deyil. Ermənistanın baş naziri sadəcə qeyri-müəyyən müddətə uzana biləcək prosesdə iştirak etməyə razılıq verib”. Bunu Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov virtualaz.org-a müsahibəsində bildirib.
"İrəvan Azərbaycan və Ermənistan arasındakı sərhədi böhranlı vəziyyətin başlaya biləcəyi təmas xəttinə çevirmək istəyir”, - deyə keçmiş nazir bildirib. "Bundan sonra Ermənistan münaqişə zonasına uzunmüddətli əsaslarla xarici sülhməramlı qüvvələrin cəlb edilməsini təmin etməyə çalışacaq”.
Zülfüqarovun sözlərinə görə, Paşinyanın sərhədlərin delimitasiyasına razılığı məsələnin yalnız texniki tərəfinə aiddir. Halbuki, fundamental əsas kimi iki qonşu dövlətin ərazi bütövlüyünü və onların suverenliyinə qarşılıqlı hörməti tanıyan daha ciddi sənədə ehtiyac var.
"Fakt budur ki, Ermənistan tərəfi həmişə olduğu kimi, prosesi özü üçün məqbul formatda təqdim etməyə cəhd edə bilər”, - azərbaycanlı diplomat deyir.
"Məsələn, İrəvan deyə bilər: "Bəli, biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq, lakin bu, Ermənistanın Qarabağ ermənilərinin öz müqəddəratını təyin etmək hüququndan imtina etməsi demək deyil. Biz Azərbaycanın ərazi bütövlüyünə qarşı deyilik, lakin Bakı Qarabağda ermənilərin öz müqəddəratını təyin etmə məsələsini həll etməli olacaq. Dünyada isə inanın ki, İrəvanın bu mövqeyini dəstəkləyəcək nüfuzlu qüvvələr tapılacaq. Həmçinin "ərazi bütövlüyü” və "ölkənin suverenliyinə hörmət” anlayışları arasındakı əsas fərqi başa düşmək vacibdir. Məsələn, Ermənistanın müdafiə nazirinin Azərbaycan ərazisinə səfəri Azərbaycanın həm ərazi bütövlüyünə, həm də suverenliyinə hörmətsizlik nümunəsidir”.
Azərbaycanla sərhədlərin tanınması haqqında saziş imzalayan Ermənistan kənara çəkiləcək və onun yerini ATƏT-in Minsk Qrupu tutacaq. Bu da Qarabağın statusu məsələsini dərhal danışıqlar masasına qaytaracaq, deyə Zülfüqarov bildirib.

O qeyd edib ki, bu variant Azərbaycana qane edə bilməz, çünki Ermənistanın ATƏT-in Minsk qrupunun istənilən qərarına veto qoymaq hüququ var və bu da vasitəçilik missiyasına təsir edəcək.
Sabiq xarici işlər naziri hesab edir ki, Azərbaycanın Ermənistana çoxlu təsir imkanları var.
Bunlar, xüsusilə açıq qalan Ermənistan-Azərbaycan sərhədinin məsələsi, eləcə də ötən əsrin 90-cı illərinin əvvəllərində sürgün edilən azərbaycanlı əhalinin Ermənistan ərazisinə qayıtması mümkünlüyüdür. Yəni burada söhbət simmetrik yanaşmadan gedir - İrəvanın Azərbaycanda yaşayan ermənilərə xüsusi hüquqlar verilməsi çağırışı Bakının azərbaycanlı qaçqınların Ermənistandakı öz doğma şəhər və kəndlərinə qayıtmaq hüququnu təmin etmək çağırışı ilə balanslaşdırılır.
Simmetriya prinsipi iki dəhliz arasındakı əlaqəyə də şamil edilməlidir. Əgər Ermənistan Zəngəzur dəhlizinin ekstraterritoriallığını inkar edərək bunun adi yol olduğunu iddia edərsə, o zaman Bakının Laçın dəhlizinə münasibəti dəyişə bilər - onun təhlükəsizliyi Rusiya sülhməramlıları tərəfindən təmin ediləcək, sərhəd və gömrük orqanlarının funksiyaları isə Azərbaycan müvafiq qurumlarına veriləcək.
Ekspertin sözlərinə görə, delimitasiya və demarkasiyanın hansı sovet xəritələri üzrə aparılacağı hələ də aydın deyil. Ola bilsin ki, 1929-cu ilə qədər SSRİ-nin xəritələrindən istifadə ediləcək (o vaxt Zəngəzur Azərbaycan SSR-in tərkibində olub).
"Kəlbəcərin atəşə tutulması ilə bağlı hadisələr göstərib ki, Ermənistan ərazilərimizə iddialarından əl çəkmir”, - Tofiq Zülfüqarov bildirib.
- Kəlbəcərlə sərhəddə gedən son döyüşlərdə əsgərlərimiz ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olublar. Beləliklə, təkcə Azərbaycanın sülhə can atması kifayət etmir. Ermənistanın da bunu istəməsi lazımdır. Bunu da, təəssüf ki, hələ ki, görmürük”.
Xəbər lenti
-
00:16"Bir neçə nəfər də töküldü üstümə, məni yıxdılar, qolumu burdular, sürüdülər..." - VİLAYƏT EYVAZOVA MÜRACİƏT
-
23:58Yavər Camalovun oğlu xaricdə 8 milyon dollara mənzillər alıb
-
23:51Bakıda polkovnik-leytenant iş başında öldü
-
23:49MTN-in ən qeyrətli müstəntiqi danışdı - Zakir Qaralovla Rüstəm Usubovun tapşırığı əsasında həbs etmişik
-
13:58Bakıya yeni prokuror təyin edildi
-
13:56Prezident XTQ-nin hərbi hissəsində
-
13:52MTN pul bölgüsündə Baş Prokurorluğa “atıb”
-
00:35Hərbçilərə işgəncə verdiyi üçün axtarılan Polad Əzizov kimdir?
-
00:30“Əməliyyat müvəkkili məni axşama kimi fasilələrlə döydü”
-
00:27“Qazprombank”ın sabiq vitse-prezidenti və ailəsi ölü tapılıb
-
00:25Tərtər hadisələri zamanı öldürülən Elçin Quliyev bəraət aldı
-
00:22“Tərtər işi”: 7 nəfər həbs olunub, 280 şəxs zərərçəkmiş kimi tanınıb
-
00:19Arvadını öldürüb özünü asdı - Daha bir dəhşətli qətl
-
00:18''Biz Mövlam Şıxəliyevin ailə üzvlərinin də həbsini tələb etmişik...''
-
01:58Bayden Putini “qanlı diktator” və “quldur” adlandırdı
-
01:56FHN Hospitalının baş həkiminə hökm oxundu
-
12:42DTX düşmənlə məxfi əməkdaşlıq edən şəxsi ifşa etdi
-
17:34“Qanuni oğru” Namiq Səlifov Rufo Gənciniskinin adamını cəzalandırdı
-
13:45MTN-də 8 milyon dolları alınan iş adamı Neftçalada vaqonda yaşayır - gerçək hekayət
-
13:37Ukraynada daha bir Rusiya generalı məhv edildi
-
13:34Dünən Bakıda öldürülən dünya çempionunun son SƏS YAZISI - Yeni detallar
-
13:29Rusiya 10 gün sonra dayana bilər - Amerikalı generaldan proqnoz
-
13:24Dünya çempionu Zaur Yusifov marketdə güllələnibmiş...
-
13:21Zaur Yusifovun qətlinə görə “Emin 444”ün xalası oğlu tutuldu
-
01:26Məşhur prokuror Tariyel Qurbanov işdən çıxarıldı
-
01:23Canlı efirə “Müharibəyə yox!” plakatı ilə çıxan kanal əməkdaşı saxlanıldı
-
01:14İcra başçısının köməkçisi saxlanılıb
-
01:10Rusiyada: Canlı yayımda redaktor studiyaya girib müharibəyə qarşı çıxdı
-
01:07“Dedilər qızılları götürüb qaçıb. Hamı yığışmışdı lombardın qabağına...” - MAQSUD MAHMUDOVDAN QƏDİMİ QIZIL SAATI DA SORUŞDULAR
-
01:04“Emin 444”ü Zakir Həsənovun evinin qarşısında öldürən dünya çempionu qətlə yetirildi
-
23:49Bəxtiyar Hacıyev: “Polis idarəsində məni saatlarla dizlərimin üstündə saxladılar, təhqir etdilər”
-
23:45“Cahangir Əsgərov və xanımından 16 milyonumu tələb etdiyimə görə həbsdəyəm”
-
23:41Maqsud Mahmudov: “Uşaqlarımın şəklini yayıb, “vətən xaininin övladları” yazmışdı”
-
23:35Mariupol doğum evinə hava zərbəsi: 17 yaralı
-
23:32Tələt Əliyev axtarışa verildi
-
23:29Çernobıl AES-də işıq tamamilə kəsildi - “48 saat sonra sızma qaçılmaz olacaq”
-
23:28Rusiya Ukraynadakı əməliyyatlarda çağırışçıların olmasını etiraf etdi
-
15:54Rusiyanın 15 milyon dollarlıq “Pantsir” kompleksi və daha bir neçə texnikası qənimət götürüldü
-
15:51Ukrayna MN: "Rusiya qoşunları əsas səyləri Kiyevin mühasirəyə alınmasına yönəldib"
-
15:47“İcra Hakimiyyətinə bina tikməyə 3 milyon manat ayrılmışdı, 3 aya yoxa çıxdı...”
16 May 2022
15 May 2022
30 Aprel 2022
20 Aprel 2022
18 Mart 2022
16 Mart 2022
15 Mart 2022
09 Mart 2022
04 Mart 2022
Digər xəbərlər
-
Manşet, Cəmiyyət
"Bir neçə nəfər də töküldü üstümə, məni yıxdılar, qolumu burdular, sürüdülər..." - VİLAYƏT EYVAZOVA MÜRACİƏT
-
Manşet, Cəmiyyət
Bakıya yeni prokuror təyin edildi
-
Manşet, Cəmiyyət
Tərtər hadisələri zamanı öldürülən Elçin Quliyev bəraət aldı
-
Manşet, Cəmiyyət
Məşhur prokuror Tariyel Qurbanov işdən çıxarıldı
-
Manşet, Cəmiyyət
Elmira Axundova haradadır?
-
Manşet, Cəmiyyət
Qubad İbadoğlu: “Putin üçün gözlənilməz nəticələr…”
-
Manşet, Cəmiyyət
Eldar Həsənovun övladları prezidentə müraciət etdi
-
Manşet, Cəmiyyət
"Bəyannamənin həyata keçirilməsi, müşküldür, çünki..."
-
Manşet, Cəmiyyət
Kürdəmirə də yeni başçı təyin olundu