Tənha ana: Bu haqsızlıq davam etsə, özümü öldürəcəm

17 Fevral 2021, 23:16
17 Fevral
2021
23:16
300
Bakı sakini Elnarə İsmayılova tənha anadır. O deyir ki, övladına təyin edilən alimenti ala bilmir. Bu barədə Abşeron Rayon Məhkəməsinə müraciət etsə də, bir müddət sonra məhkəmə işə xitam verib.
"İcraçı işlə bağlı məhkəməyə sənəd verdi, protokol hazırladı. Qarşı tərəfin borcu çox idi. Sadəcə olaraq icraçı ödətdirdi onu. Yerdə qaldı 2000-dən çox borc. Aliment isə 154 manatdır. O da ki 154, 140, bəzən guya köhnə borcdan 30, 35, 20, 25 belə pul ödəyir. Amma bu qədər də olmaz axı. Noyabrın 17-si məhkəmə işi bağlayıb. Abşeron Rayon Məhkəməsinin hakimi Sevinc Quliyeva növbəti proseslərə çağırıb məni. Bu, nə qədər düzgündür?", - ana deyir
Elnarə İsmayılova 3 il əvvəl həyat yoldaşından ayrılıb. Keçmiş əri bir dəfə aliment borcuna görə 10 sutka həbs olunub. Bu, onun ikinci məhkəməsidir.
Şikayətçinin sözlərinə görə, keçmiş həyat yoldaşı onu hədələyir ki, rüşvət verib uşağı himayəsinə götürəcək. Tənha ana bu səbəbdən iki dəfə intihara cəhd edib:
"Məni o qədər alçaltdılar, o qədər yordular ki, özümü Xrdalanda yeni tikilmiş binanın 9-cu mərtəbəsindən atırdım. Orada olan üç usta tutdu, düşməyə qoymadı. Bu qədər zülm olmaz.
Deyirlər ki, ölürsən öl də, 60 qəpiklik aktdır, yazacayıq, sonra da öz işimizdə işləyəcəyik. Bu qədər də olarmı?”
Elnarə İsmayılova Ədliyyə Nazirliyinə müraciət etsə də, qurumdan onu yenidən Abşeron Rayon Məhkəməsinə yönləndiriblər.
"Bu ölkədə qadın olmaq ağırdır, bəzən adama ən aşağı insan kimi baxırlar. Mən belə anladım. İndi mən nə edəcəm? Oğlum böyüyüb bu Vətəni qoruyacaq ki, onun hakimləri belə ədalətsiz olsun? Qanunsuz iş görsün? Deyəndə qanun qoyurlar ortaya. Filan şeydi, filan şeydi. Bəs özlərində necə olur? O hakimlər də övladlarına ayda bir dəfə yemək yedizdirir?
Elnarə İsmayılova Abşeron Rayon Məhkəməsinin hakimi Sevinc Quliyevanın qərarını əsassız hesab edir.
Prezidentdən və birinci vitse-prezidentdən bu məsələyə diqqət ayırmalarını xahiş edir:
"Çox xahiş edirəm, cənab prezident. Xahiş etmirəm, hətta yalvarıram, bu özbaşınalıq yığışılsın. Sizin qoyduğunuz qanunlar pozulur, öz qanunları yazılır. Hakim Sevinc Quliyeva haqqında tədbir görülsün. Çox xahiş edirəm. Mən yenə deyirəm, əgər mənim işimə baxılmasa, bu qanunsuzluq baş alıb getsə, həqiqətən özümü öldürəcəm. Çünki bezmişəm. Azərbaycanda, öz ölkəmdə qadın kimi yaşamaq çətindir”.
Xəbər lenti
-
21:50İcra başçısına 20 min rüşvət verən icra nümayəndəsi jurnalistin məhkəməsinə gəldi - hakim danışmağa imkan vermədi
-
11:29Vəkil: Hüseyn Abdullayevin səhhəti pisləşdiyindən aclığı dayandırıb
-
11:26Konsulun saxlanılmasının görüntüləri yayıldı - Ukrayna-Rusiya arasında qalmaqal
-
11:236 aylıq komadan sonra şəhid oldu...
-
11:20Gədəbəydə jurnalistin həbsi üçün 40 min manat rüşvət verilib - İDDİA
-
07:16Nazim İbrahimovun qardaşı yenidən həbs edildi
-
07:12Kəmaləddin Heydərovun İngiltərədəki daha bir şirkəti ləğv edilir
-
07:08Hərbi prokuror "Tərtər İşi” işgəncələrindən danışdı: "Danışılanlar nağıldır..."
-
06:58Vəkil: "Hüseyn Abdullayevin bağırsağından qan açılıb"
-
13:06Aclıq aksiyası keçirən ahılların səhhəti pisləşib
-
12:38Əli Heydərovu öldürməkdə şübhəli bilinən şəxs saxlanıldı
-
20:47Azərbaycana kartofun içərisində 213 kq-dan çox heroin keçirmək istədilər
-
16:57Xalid Bağırovu vəkillikdən uzaqlaşdıran, İlqar Məmmədova ağır cəza kəsən hakim vəfat etdi, oğlu həbs olundu
-
16:55“Yoldan torba tapdı”, içindən zəhər çıxdı
-
16:50“Zəngəzur dəhlizinə qayıdırıqsa, niyə də İrəvana qayıtmayaq?”
-
16:46Sumqayıtlı Mübarizin “Kursovka”sı yayıldı – Nazir olan korpusun pradolundakı balandyor da bahalı siqaret çəkməlidir
-
03:47Hüseyn Abdullayev: Ölüm aclığına başlayıram
-
03:44Partiyanın sədr əvəzi İlham Əliyevə 18 il həbs tələbi
-
03:41“Mənə qarşı hərbi çevriliş etmək istəmişdilər”
-
23:38Sensasion iddia: "Polis qız zorlanan evə kamera qoyub"
-
21:56İlham Əliyev Hərbi Qənimətlər Parkının açılışını etdi
-
21:51“Qanuni oğru” Əli Heydərovu (“Albert Rıjiy”) güllələyən Taleh Orucovdur
-
21:47Azərbaycanlı “qanuni oğru” qətlə yetirildi
-
21:395 ahıl qadın ölüm aclığına başladı – baş prokurordan ədalət tələb edirlər
-
11:38"Mən ona kömək edəndə bilməzdim ki, polisdən uzaqlaşdırılaram..." - VİLAYƏT EYVAZOVA MƏKTUB
-
11:27Koronavirusdan həm bacısını, həm də qardaşını itirdi
-
11:22“İdeal”ın keçmiş sahibinin anası: Acgöz, “mənəm qanun” deyən məmurlar oğlumu əlimdən alır
-
11:15Türkiyə koronavirusa yoluxan biznesmen üçün Bakıya təyyarə göndərdi - BURADA MÜALİCƏ ALMAQ İSTƏMƏYİB
-
11:10Ermənistanda rus generalın qızının meyiti tapıldı
-
11:09Yasamalda binaya atəş açan şəxs qaçarkən qəza törətdi
-
11:08Hadı Rəcəblinin restoranında toy edənlər cərimələndi
-
06:18“Abu İbrahim Dağıstani” ilə birlikdə həbs edilən Elçin Qasımova cəza kəsildi
-
20:41Baş prokuror itkin düşənlərlə bağlı işi xüsusi nəzarətə götürdü
-
17:14Müdafiə Nazirliyi: İtkin düşən hərbçiləri axtaranlar minaya düşüb
-
17:10Müdafiə Nazirliyinin polkovniki koronavirusdan vəfat etdi
-
22:23“İdeal”ın keçmiş sahibinin həbsinin detalları bilindi
-
19:17"İdeal"ın keçmiş sahibi HƏBS OLUNDU
-
14:54İtkin düşən daha bir hərbi qulluqçunun nəşi tapılıb
-
14:21Hakimiyyətlə müxalifəti bir-birinə vurduran "porno ulduz" niyə istintaqa cəlb edilmir?
-
12:44Nazirlik Rəmişin koronavirusdan öldüyünü açıqladı
19 Aprel 2021
18 Aprel 2021
14 Aprel 2021
13 Aprel 2021
12 Aprel 2021
08 Aprel 2021
07 Aprel 2021
06 Aprel 2021
Digər xəbərlər
-
Manşet, Video, Cəmiyyət
“Mənə qarşı hərbi çevriliş etmək istəmişdilər”
-
Manşet, Foto, Video, Cəmiyyət
İlham Əliyev Hərbi Qənimətlər Parkının açılışını etdi
-
Manşet, Foto, Video, Cəmiyyət
5 ahıl qadın ölüm aclığına başladı – baş prokurordan ədalət tələb edirlər
-
Manşet, Foto, Video, Cəmiyyət
Hakimiyyətlə müxalifəti bir-birinə vurduran "porno ulduz" niyə istintaqa cəlb edilmir?
-
Video, Cəmiyyət
44 günlük Vətən müharibəsində HHQ-nin məhv etdiyi düşmən hədəfləri
-
Manşet, Foto, Video, Cəmiyyət
Məşhur videodakı şəxs Bəylər Əyyubovun yaxın çevrəsindən imiş...
-
Video, Cəmiyyət
Kərbəla ziyarətinə gələnlər dezinfeksiya edilir
-
Video, Cəmiyyət
Şəhid Xudayarın anası: "Oğlumun əvəzinə canımı verərdim, amma Vətəni vermək olmaz"
-
Foto, Video, Cəmiyyət
Prezidentlə ailəsi Cıdır düzündə tonqal yandırıb - Mehriban Əliyevadan təbrik