“Silahı yerə qoymayanlar məhv ediləcək” - Qazaxıstan DİN-dən xəbərdarlıq

“Silahı yerə qoymayanlar məhv ediləcək” - Qazaxıstan DİN-dən xəbərdarlıq
Qazaxıstan Daxili İşlər Nazirliyi onların silahı yerə qoymaq tələblərinə müqavimət göstərənlərin məhv ediləcəyini açıqlayıb. Bu barədə "Sputnik Qazaxıstan”a DİN-dəki mənbə bildirib.
"Silahların yerə qoyulması ilə bağlı qanuni tələblərə silahlı müqavimət göstərildiyi halda, onlar (iğtişaşların iştirakçıları – red.) məhv edilir”, - agentliyin məlumatında ​​deyilir. Qeyd olunur ki, Qazaxıstanın vilayətlərində polis və Milli Qvardiya dəstələrinin patrul xidməti gücləndirilib, nəzarət-buraxılış məntəqələri yaradılıb, hüquq-mühafizə orqanlarını pozan şəxslər və cinayətkarlar müəyyən edilərək saxlanılır.

Xəbər lenti