Şöbədə vəkili döyən polislər işdən çıxarıldı

Şöbədə vəkili döyən polislər işdən çıxarıldı
Загрузка...
Vəkil Orxan Kəngərlini döyməkdə ittiham edilən Binəqədi RPİ-nin 4-cü PŞ-nin bir neçə işçisi vəzifədən azad olunub. Criminal.az xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının üzvü Anar Qasımlı məlumat yayıb.
O bildirib ki, Daxili İşlər Naziri Ramil Usubovun ötən gün verdiyi əmrlə şöbənin rəis müavini Yalçın Yaqubov daxili işlər orqanlarından xaric edilib. Təhqiqatçı Elnur Rəşidov vəzifədən azad edilib. Əməliyyatçı və sahə müvəkilinə isə töhmət və xidmətə yararsızlıq intizam məsuliyyətinə cəlb etmə tətbiq edilib.
Xatırladaq ki, Daxili İşlər Nazirliyi Vəkillər Kollegiyasının üzvü Orxan Kəngərlinin sözügedən şöbədə döyüldüyü haqda məlumatı təkzib etmişdi. VK Rəyasət Heyətinin sədri Anar Bağırov isə məsələnin tam araşdırılmalı olduğunu bildirmişdi.
Загрузка...
Загрузка...

Xəbər lenti