General Rövşən Əkbərovu bu cinayət işinə görə tutdular: 20 il sonra təcəlli edən ədalət...

16 Mart 2021, 13:29
16 Mart
2021
13:29
5083
General Rövşən Əkbərov artıq həbs edilib. Onun adı həmişə olduğu kimi, yenə də pis işlərlə gündəmdədir. Ümumiyyətlə ordu korpusu komandanı, general-leytenant Rövşən Əkbərovun personası vəzifədə olduğu dönəmdə daim gündəmdə olub və onun başının üstündə 20 il öncə qətlə yetirdiyi Elçin Əliyevin kabusu dolaşıb.
Hazırda general Əkbərovu formal olaraq məhz bu cinayət işinə görə saxlayıblar.
Musavat.com R.Əkbərov işdən çıxarılarkən bir yazı hazırlayaraq, cinayət dosyesinin təfsilatlarını dərc etmişdi. İndi həmin yazını təkrar diqqətinizə çatdırırıq.
***
Rövşən Əkbərovun adı iş adamı Elçin Əliyevin qətlində əsas fiqurant kimi keçir. Elçin Əliyev 2000-ci ilin əvvəllərində Ukraynanın paytaxtı Kiyevdə tanınmış azərbaycanlı iş adamlarından biri olub. O dövrlərdə Elçin Əliyevin biznesinin əks-sədası Bakıya qədər gəlib çatırdı. Ətrafında sonradan Azərbaycan hakimiyyətində müxtəlif postlar tutan xeyli şəxs vardı. O dövrdə onun özünün də nazir və ya bu posta bərabər vəzifəyə təyinat ala biləcəyi xəbərləri dolaşırdı. Amma 2001-ci ilin yayında Elçin Əliyevlə bağlı sarsıdıcı xəbər yayıldı, bir anda bütün mətbuatın diqqət mərkəzinə gəldi.
İlk günlər bilinən o idi ki, tanınmış biznesmenin ürəyinə hərbi bıçaqla zərbə endirərək qətlə yetiriblər. Az sonra qətldə Rövşən Əkbərovun adı hallanmağa başladı. Sonradan isə Rövşən Əkbərovun Bakıda olması və vəzifə təyinatı alması xəbəri gəldi.

Elçin Əliyev
Ötən illər ərzində Elçin Əliyevin anası Səmayə Əliyeva oğlunun qətlinin açılması üçün çabalar göstərib, mətbuat konfransları keçirib, Avropa Məhkəməsinə müraciət edib. Səmayə Əliyeva oğlunun dəhşətli qətlində israrla Rövşən Əkbərovun adını çəkib, onu ittiham edib. Rövşən Əkbərovun vəzifədə olması bu ittihamların obyektiv araşdırılmasına mane olub.
Yazının əvvəli burada: Rövşən Əkbərovun cinayət dosyesi – Ukraynada ürəyinə bıçaq sancılan Elçin Əliyevin qətli açıqlacaqmı?
Hazırda Rövşən Əkbərov həbs edilib və bu cinayətin üstünün açılması ehtimalı var. Səmayə Əliyevanın vaxtilə redaksiyamıza ünvanladığı məktubda qətllə bağlı ciddi faktlar, iddialar yer alır.
"Telefon zəngi vaxtı cinayətin Rövşən Əkbərov tərəfindən törədilməsini bildirməsi...”
Elçin Əliyevin anası Səmayə Əliyevanın redaksiyamıza ünvanladığı məktubun davamını təqdim edirik:
"Birinci instansiya məhkəməsinin qərarının məzmunundan göründüyü kimi, cinayət təqibi orqanı nəinki yerinə yetirdiyi (və habelə yetirməli olduğu) hərəkətlər barədə bizi məlumatlandırmayıb, bu orqan hətta hüquqlarımızın həyata keçirilməsi və qanuni mənafeyimizlə bağlı qəbul edilən prosessual surətlərini belə təqdim etməyib. Buna baxmayaraq, cinayət işinin istintaqı hələ Ukrayna Respublikasında aparılarkən qəsdən adam öldürmə cinayətinin məhz Rövşən Əkbərov tərəfindən törədilməsinə dair aşağıdakı sübutların mövcudluğu barədə məlumatlı idik: 2 iyun 2001-ci ildə cənab Nazim İbrahimovun, Musaxan Əliyevin və Səməd Novruzovun (bu şəxslərin hər ikisi Ukraynada yaşayır və hadisə barədə tam məlumatlıdırlar) onlara etdiyi telefon zəngi vaxtı cinayətin Rövşən Əkbərov tərəfindən törədilməsini bildirməsinə;

Səmayə Əliyeva
Hadisəni görən Məzahir Şıxəliyevin Rövşən Əkbərovu fotoşəkil üzrə tanımasına və bu barədə Kiyev şəhərinin Şevçenko rayon müstəntiqinə verdiyi ifadəsinə;
Hadisəni görən Məzahir Şıxəliyevin həyatı üçün təhlükə yaranmasına görə qaçıb-gizlənməsinə və hazırda da bu səbəbdən Azərbaycana qayıtmaqdan çəkinməsinə;
Məzahir Şıxəliyevin hadisə vaxtı Əkbərov tərəfindən döyülərək sağlamlığının qısa müddət pozulmasına dair xəsarət alması barədə səlahiyyətli məhkəmə-tibb ekspertinin 3 saylı 6 iyun 2001-ci il tarixli rəyinə;
Oğlumuzun ölümünə səbəb olan kəsici-deşici alətlə yetirilmiş zədələrin süngü bıçaqla yetirilməsinə (bu bıçağı yalnız general Rövşən Əkbərov daimi üstündə gəzdirir) dair səlahiyyətli məhkəmə-tibb ekspertinin rəyinə;
Azərbaycan Respublikasının Ukraynadakı səfirliyinin əməkdaşı kimi R.Əkbərova diplomatik toxunulmazlıq hüququna malik olmasına dair saxta sənəd verilməsinə;

Səlahiyyətli istintaq orqanlarının çağırışına baxmayaraq R.Əkbərovun Ukrayna hüdudlarını elə həmin gün tərk etməsinə şərait yaradılmasına;
Ukrayna Respublikasından daxil olan həmin cinayət işinin istintaq aidiyyətı üzrə hərbi prokurorluğa verilməsinə (bu prokurorluğun məhz hərbiçilər tərəfindən törədilən cinayətlərin istintaqı ilə məşğul olması mübahisələndirilməyən haldır);
İşin digər hallarına.
Bunlardan başqa, hakimin qərarı ilə tanışlıq belə təəssürat yaradır ki, işdə həqiqətən də cinayətin Rövşən Əkbərov tərəfindən törədilməsinə dəlalət edən kifayət qədər mötəbər sübutlar mövcuddur, çatışmayan yeganə hal Maqsudovun daxili inamıdır. Halbuki bu vəziyyətdə cənab Maqsudovun daxili inamının süburlarla ziddiyyət təşkil etməsinin səbəbləri göstərilməli idi".
"Bütün sübutlar ola-ola nəyə görə Rövşən Əkbərov həbs edilmir?”
Səmayə Əliyev qeyd edir ki, Rövşən Əkbərov övladını döyüş bölgəsində deyil, Kiyevin mərkəzində, restoranın qarşısında qətlə yetirib:
- Azərbaycan Silahlı Qüvvələrinin general-leytenantı Rövşən Əkbərov oğlum Elçin Əliyevi dövlətə silahlı basqın və digər hallarla əlaqədar olaraq müharibə şəraitində deyil, məzuniyyətdə olub vaxt keçirdiyi Kiyev şəhərində restoranın qarşısında qətlə yetirib. Onun hazırkı vaxtadək cinayət məsuliyyətinə cəlb edilməməsi Azərbaycan Silahlı Qüvvələrindəki iyerarxiya üzrə yüksək post tutması ilə əlaqədar idi. Ancaq buna görə cinayət təqibi orqanı Rövşən Əkbərova konstitusiya və beynəlxalq müqavilələrlə nəzərdə tutulmayan toxunulmazlıq statusu verirdi.

Bu iş üzrə ibtidai araşdırma aparan müstəntiq Rövşən Maqsudov və həmçinin prosessual nəzarəti həyata keçirən prokurorlar nəinki Azərbaycan Silahlı Qüvvələrinin general-leytenantı Rövşən Əkbərova, hətta onun leytenantı olan hər hansı şəxsə belə münasibətdə müstəqil deyildilər. Cinayət işinin istintaqının uzun müddət aparılması (bunun hüquqi yardım göstərilməsi ilə əlaqədar bəhanələrlə əsaslandırılması), sübutların mövcudluğu vəziyyətində Əkbərovun məsuliyyətə cəlb olunmaması, cinayət təqibi orqanının və ona rəhbərlik edən şəxslərin astagəl davranışı müstəqilliyin deyil, asılılığın göstəricisidir.
Yeganə oğlunu itirən valideynlər kimi hesab edirik ki, şəxs yalnız poqona görə general olmur (və ya olmamalıdır). Şəxs həm də düşüncəsinə, hərəkətlərinə, davranışına və əxlaqına görə general olmalıdır. Hörmətli məhkəmə isə cinayəti törədən şəxsin general, zərərçəkənin isə mülki şəxs (və ya əksinə) olmasını əsas götürməlidir.
Bizim son tələbimiz odur ki, bütün sübutlar ola-ola nəyə görə Rövşən Əkbərov həbs edilmir?
"Güya ki, istintaq gedir. 19 il istintaq gedər?”
Hüquq-mühafizə orqanları Rövşən Əkbərovun qorxusundan Prezidentə düzgün məlumat vermirlər və həmin məlumatların yerinə, ona və cinayətdə əli olan insanlara sərf edən informasiyalar ötürürlər. Guya istintaq gedir. 19 il istintaq gedər? Ukrayna Baş Prokurorluğunun verdiyi məlumat doğru və dürüst məlumatdır. Axı Ukrayna Baş Prokurorluğunun qərarı niyə icra olunmur? Ukraynanın Baş Prokurorluğundan bizim ünvanımıza göndərilən məlumata Ukrayna Respublikası cavabdehdir. Nəzərə alınmalıdır ki, Ukraynada istintaq aparılarkən qətl hadisəsinin məhz Rövşən Əkbərov tərəfindən törədildiyi birmənalı şəkildə təsdiq olunub.
Ukrayna tərəfi cinayət işini Rövşən Əkbərovun təqsiri sübuta yetirildiyinə görə onun məsuliyyətə cəlb edilməsi üçün cavabdeh dövlətə göndərib. Azərbaycanda aparılan istintaq isə dindirilmiş şahidlərin ifadələrindəki əhəmiyyətsiz uyğunsuzluqları qabartmaqla Rövşən Əkbərovun məsuliyyətdən kənarda qalması üçün süni əsaslar yaradılmasına xidmət edir. Hətta Rövşən Əkbərov işin mahiyyəti üzrə dindirilməyib. Onun dindirilməsi formal xarakter daşıyıb. Bizim Rövşən Əkbərovun Ukraynadan təlimləri başa vurmadan tələm-tələsik geri qayıtması barədə müraciətlərimizə baxılmayıb".
Yazını buradan oxuya bilərsiniz: Rövşən Əkbərovun 19 il bağlı qalan cinayət dosyesi
Xəbər lenti
-
20:04Qardaş bacısının 40 mərasimi günü özünü öldürdü
-
21:59MTN-də Rüstəm Usubovun həbsinə göstəriş verilibmiş... - ŞOK DETALLAR
-
21:13“Allahı söyənlərə cəza!” şüarına görə saxlanılanlardan daha birinə həbs qərarı
-
21:09Aclıq edən inanclı fəallar: “Taleh Bağırzadə tükənib, Abbas Hüseynov yıxılıb…”
-
21:06DTX Gömrük Komitəsində əməliyyat keçirdi - Vəzifəli şəxslər saxlanıldı
-
21:51Sahib Ələkbərov Mövlam Şıxəliyevi ifşa etdi
-
21:28“Polis dedi ki, siz gedin rəis müavinini “görün”, əlindəki biabırçı görüntüləri yaymasın”
-
21:23Aytən Məmmədova yenə Bakı Şəhər Baş Polis İdarəsində dəvət edilib
-
23:12Namik Bakinskiy “proqon” yaydı, 11 nəfəri “samozvanets” elan elədi
-
02:50Vilayət Eyvazov Şeyxin bacısı oğlunu rəis təyin etdi
-
00:16"Bir neçə nəfər də töküldü üstümə, məni yıxdılar, qolumu burdular, sürüdülər..." - VİLAYƏT EYVAZOVA MÜRACİƏT
-
23:58Yavər Camalovun oğlu xaricdə 8 milyon dollara mənzillər alıb
-
23:51Bakıda polkovnik-leytenant iş başında öldü
-
23:49MTN-in ən qeyrətli müstəntiqi danışdı - Zakir Qaralovla Rüstəm Usubovun tapşırığı əsasında həbs etmişik
-
13:58Bakıya yeni prokuror təyin edildi
-
13:56Prezident XTQ-nin hərbi hissəsində
-
13:52MTN pul bölgüsündə Baş Prokurorluğa “atıb”
-
00:35Hərbçilərə işgəncə verdiyi üçün axtarılan Polad Əzizov kimdir?
-
00:30“Əməliyyat müvəkkili məni axşama kimi fasilələrlə döydü”
-
00:27“Qazprombank”ın sabiq vitse-prezidenti və ailəsi ölü tapılıb
-
00:25Tərtər hadisələri zamanı öldürülən Elçin Quliyev bəraət aldı
-
00:22“Tərtər işi”: 7 nəfər həbs olunub, 280 şəxs zərərçəkmiş kimi tanınıb
-
00:19Arvadını öldürüb özünü asdı - Daha bir dəhşətli qətl
-
00:18''Biz Mövlam Şıxəliyevin ailə üzvlərinin də həbsini tələb etmişik...''
-
01:58Bayden Putini “qanlı diktator” və “quldur” adlandırdı
-
01:56FHN Hospitalının baş həkiminə hökm oxundu
-
12:42DTX düşmənlə məxfi əməkdaşlıq edən şəxsi ifşa etdi
-
17:34“Qanuni oğru” Namiq Səlifov Rufo Gənciniskinin adamını cəzalandırdı
-
13:45MTN-də 8 milyon dolları alınan iş adamı Neftçalada vaqonda yaşayır - gerçək hekayət
-
13:37Ukraynada daha bir Rusiya generalı məhv edildi
-
13:34Dünən Bakıda öldürülən dünya çempionunun son SƏS YAZISI - Yeni detallar
-
13:29Rusiya 10 gün sonra dayana bilər - Amerikalı generaldan proqnoz
-
13:24Dünya çempionu Zaur Yusifov marketdə güllələnibmiş...
-
13:21Zaur Yusifovun qətlinə görə “Emin 444”ün xalası oğlu tutuldu
-
01:26Məşhur prokuror Tariyel Qurbanov işdən çıxarıldı
-
01:23Canlı efirə “Müharibəyə yox!” plakatı ilə çıxan kanal əməkdaşı saxlanıldı
-
01:14İcra başçısının köməkçisi saxlanılıb
-
01:10Rusiyada: Canlı yayımda redaktor studiyaya girib müharibəyə qarşı çıxdı
-
01:07“Dedilər qızılları götürüb qaçıb. Hamı yığışmışdı lombardın qabağına...” - MAQSUD MAHMUDOVDAN QƏDİMİ QIZIL SAATI DA SORUŞDULAR
-
01:04“Emin 444”ü Zakir Həsənovun evinin qarşısında öldürən dünya çempionu qətlə yetirildi
29 İyul 2022
20 İyun 2022
15 İyun 2022
12 İyun 2022
27 May 2022
16 May 2022
15 May 2022
30 Aprel 2022
20 Aprel 2022
18 Mart 2022
16 Mart 2022
15 Mart 2022
Digər xəbərlər
-
Manşet, Foto, Cinayət, Dosye
Kiprə göndərilən azərbaycanlı killerin işi: daha bir silah tapıldı - “BU CİDDİ HADİSƏDİR, SÜBUTLAR TOPLANIB, BİZ SONA YAXINLAŞIRIQ...”
-
Manşet, Foto, Cinayət, Dosye
MTN generalı Şıxəliyev: Mahmudova “şef”, Allaha “sən” deyirdi... - 14 MİLYON MANAT RÜŞVƏT ALIB, 5 MİLYONLUQ ƏMLAKI QƏSB EDİB
-
Manşet, Foto, Cinayət, Dosye
General Rövşən Əkbərovu bu cinayət işinə görə tutdular: 20 il sonra təcəlli edən ədalət...
-
Manşet, Foto, Cinayət, Dosye
"Zakir Qaralovun əlinə Nicat Quliyev və Pərviz Həşimlinin işlərini MTN-in üzərinə atmaq üçün əla fürsət düşmüşdü..." - Vasif Talıbovun nazir xalası oğlunun CİNAYƏT DOSYESİ
-
Manşet, Foto, Cinayət, Dosye
Vasif Talıbovun xalası oğlunun MTN maskalıları tərəfindən həbsi - SABİQ NAZİRİN CİNAYƏT DOSYESİ
-
Manşet, Foto, Cinayət, Dosye
Polisin gözündən güllələdiyi gəncin ölümünü iki general araşdırır
-
Manşet, Foto, Cinayət, Dosye
Araz Sofiyevi gecə evində öldürüb arvadını yaralayanlar kimlərdir?! - ANASI QONŞU OTAQDA YATIBMIŞ…
-
Manşet, Foto, Cinayət, Dosye
Binəqədidəki qətl: istintaq kimi və nəyə görə həbsə alıb? – qatı açılmayan cinayət işi