Ruslar Nikolayev şəhərinə də girdi - KÜÇƏ DÖYÜŞLƏRİ GEDİR

Ruslar Nikolayev şəhərinə də girdi - KÜÇƏ DÖYÜŞLƏRİ GEDİR
Az əvvəl Rusiya qoşunları Ukraynanın Nikolayev şəhərinə daxil olub, Ukrayna hərbçiləri onlarla döyüşə girib. Hazırda küçə döyüşləri gedir. Bu barədə Nikolayev vilayətinin rəhbəri Vitali Kim təcili videomüraciətində bildirib.
O, şəhər əhalisini panikaya düşməməyə və qarşılarına keçən hərbi texnikanın hamısına atəş açmamağa çağırıb, çünki şəhərdə Ukrayna hərbi qüvvələri də var. O, qadın və uşaqları küçələri tərk etməyə, kişiləri ərazi özünümüdafiə dəstələrinə qoşulmağa səsləyib.
Vitali Kim bildirib ki, 123-cü briqada şəhərin Oktyabrsk rayonunda düşmənlə döyüşə girib. O, rusların Baştanka qəsəbəsi yaxınlığında məktəb direktorunu güllələdiklərini də bildirib.
Xatırladaq ki, ötən gün Rusiya qoşunları Nikolayev ətrafında ağır itki vermişdi, yüzlərlə texnika və əsgər itirmişdi.

Xəbər lenti