Rusiyaya qayıdan Aleksey Navalnı hava limanında saxlanılıb

Rusiyaya qayıdan Aleksey Navalnı hava limanında saxlanılıb
Müxalifət liderini qarşılamağa çıxan tərəfdarlarının da saxlanıldığı bildirilir Rusiyalı bloger Aleksey Navalnı yanvarın 17-də həbs olunub. Aleksey Navalnı Almaniyadan Rusiyaya qayıdarkən "Şeremetev” hava limanında saxlanılıb. Bu barədə Lenta.ru Rusiya Federal Penitensiar Xidmətinə istinadən məlumat yayıb.
Bildirilib ki, ötən ilin dekabrın 29-da Aleksey Navalnı haqqında axtarış elan olunub. A.Navalnının məhkəmənin qərar çıxarana qədər həbsdə olacağı qeyd olunub. Ötən ilin avqustunda Tomskdan Moskvaya uçarkən hava limanında zəhərlənən Rusiyalı müxalifətçi Aleksey Navalnı Almaniyaya aparılmışdı.

Xəbər lenti