Rusiyada: Canlı yayımda redaktor studiyaya girib müharibəyə qarşı çıxdı

15 Mart 2022, 01:10
15 Mart
2022
01:10
1101
Marina Ovsyannikova: "Müharibəni dayandırın, təbliğata inanmayın”
Martın 14-də Rusiyanın "Birinci kanalı”nda yayımlanan "Vremya” proqramının efirində gözlənilməz hadisə baş verib. Aparıcı Yekaterina Andreeva xəbərləri oxuyarkən qəflətən kanalın redaktoru Marina Ovsyannikova əlində plakat studiyaya girib və müharibə əleyhinə şüar səsləndirib.
Marina Ovsyannikova "müharibəni dayandırın, təbliğata inanmayın”,- deyə çağırış edib.
Sosial şəbəkələrdə isə Marina Ovsyannikovanın müraciəti yayılıb. O, Ukraynada baş verənləri cinayət adlandıraraq Rusiyanı aqressiyada ittiham edib:
"Bu aqressiya bir nəfərin vicdanındadır, o da Vladimir Putindir”.
"Mənim atam ukraynalı, anam isə rusdur. Onlar heç vaxt düşmən olmayıb. Rusiya qardaş qırğını olan müharibəni dayandırmalıdır. Çox təəssüf ki, mən son illər çalışdığım "Birinci kanal”da Kreml təbliğatıyla məşğulam. Buna görə çox utanıram. Utancdır, çünki mən efirdən yalan danışır, rusları zombiləşdirirəm! Biz 2014-cü ildə bütün bunlar başlayanda susduq! Biz Kreml Navalnını zəhərləyəndə mitinqə çıxmadıq. Gələcək nəsillər bizim qardaş qırğını olan müharibə biabırçılığını yuya bilməyəcək. Ağllı, düşünən ruslar, aksiyalara çıxın, onlar bizim hamımızı həbs edə bilməzlər”,- deyə o çıxışını yekunlaşdırıb.
Rəsmi məlumat verilməsə də, sosial şəbəkələrdə redaktorun həbs edildiyinə dair məlumatlar yayılıb.
Rusiya Dövlət Duması martın 4-də qəbul etdiyi yeni qanuna görə "müharibə” sözü işlədən, saxta məlumatlar yayan media qurumlarının əməkdaşları 10 ildən 15 ilə qədər həbs oluna bilər. Hökumət müharibə haqqında məlumat verərkən yalnız rəsmi mənbələrə istinad etməyi və xüsusi hərbi əməliyyat ifadəsini işlətməyi tələb edir.
Eyni zamanda, Dövlət Dumasının qəbul etdiyi başqa bir qanun müharibə əleyhinə aksiyaya çıxanlara 6 ilə qədər azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur.
Xatırlatma
Rusiya fevralın 24-də Ukraynaya genişmiqyaslı hücuma başlayıb.
Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.
Ukrayna, Qərb liderləri hücumu pisləyib, Putinin buna görə cavab verəcəyini bildiriblər.
Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.
Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.
Xəbər lenti
-
00:16"Bir neçə nəfər də töküldü üstümə, məni yıxdılar, qolumu burdular, sürüdülər..." - VİLAYƏT EYVAZOVA MÜRACİƏT
-
23:58Yavər Camalovun oğlu xaricdə 8 milyon dollara mənzillər alıb
-
23:51Bakıda polkovnik-leytenant iş başında öldü
-
23:49MTN-in ən qeyrətli müstəntiqi danışdı - Zakir Qaralovla Rüstəm Usubovun tapşırığı əsasında həbs etmişik
-
13:58Bakıya yeni prokuror təyin edildi
-
13:56Prezident XTQ-nin hərbi hissəsində
-
13:52MTN pul bölgüsündə Baş Prokurorluğa “atıb”
-
00:35Hərbçilərə işgəncə verdiyi üçün axtarılan Polad Əzizov kimdir?
-
00:30“Əməliyyat müvəkkili məni axşama kimi fasilələrlə döydü”
-
00:27“Qazprombank”ın sabiq vitse-prezidenti və ailəsi ölü tapılıb
-
00:25Tərtər hadisələri zamanı öldürülən Elçin Quliyev bəraət aldı
-
00:22“Tərtər işi”: 7 nəfər həbs olunub, 280 şəxs zərərçəkmiş kimi tanınıb
-
00:19Arvadını öldürüb özünü asdı - Daha bir dəhşətli qətl
-
00:18''Biz Mövlam Şıxəliyevin ailə üzvlərinin də həbsini tələb etmişik...''
-
01:58Bayden Putini “qanlı diktator” və “quldur” adlandırdı
-
01:56FHN Hospitalının baş həkiminə hökm oxundu
-
12:42DTX düşmənlə məxfi əməkdaşlıq edən şəxsi ifşa etdi
-
17:34“Qanuni oğru” Namiq Səlifov Rufo Gənciniskinin adamını cəzalandırdı
-
13:45MTN-də 8 milyon dolları alınan iş adamı Neftçalada vaqonda yaşayır - gerçək hekayət
-
13:37Ukraynada daha bir Rusiya generalı məhv edildi
-
13:34Dünən Bakıda öldürülən dünya çempionunun son SƏS YAZISI - Yeni detallar
-
13:29Rusiya 10 gün sonra dayana bilər - Amerikalı generaldan proqnoz
-
13:24Dünya çempionu Zaur Yusifov marketdə güllələnibmiş...
-
13:21Zaur Yusifovun qətlinə görə “Emin 444”ün xalası oğlu tutuldu
-
01:26Məşhur prokuror Tariyel Qurbanov işdən çıxarıldı
-
01:23Canlı efirə “Müharibəyə yox!” plakatı ilə çıxan kanal əməkdaşı saxlanıldı
-
01:14İcra başçısının köməkçisi saxlanılıb
-
01:10Rusiyada: Canlı yayımda redaktor studiyaya girib müharibəyə qarşı çıxdı
-
01:07“Dedilər qızılları götürüb qaçıb. Hamı yığışmışdı lombardın qabağına...” - MAQSUD MAHMUDOVDAN QƏDİMİ QIZIL SAATI DA SORUŞDULAR
-
01:04“Emin 444”ü Zakir Həsənovun evinin qarşısında öldürən dünya çempionu qətlə yetirildi
-
23:49Bəxtiyar Hacıyev: “Polis idarəsində məni saatlarla dizlərimin üstündə saxladılar, təhqir etdilər”
-
23:45“Cahangir Əsgərov və xanımından 16 milyonumu tələb etdiyimə görə həbsdəyəm”
-
23:41Maqsud Mahmudov: “Uşaqlarımın şəklini yayıb, “vətən xaininin övladları” yazmışdı”
-
23:35Mariupol doğum evinə hava zərbəsi: 17 yaralı
-
23:32Tələt Əliyev axtarışa verildi
-
23:29Çernobıl AES-də işıq tamamilə kəsildi - “48 saat sonra sızma qaçılmaz olacaq”
-
23:28Rusiya Ukraynadakı əməliyyatlarda çağırışçıların olmasını etiraf etdi
-
15:54Rusiyanın 15 milyon dollarlıq “Pantsir” kompleksi və daha bir neçə texnikası qənimət götürüldü
-
15:51Ukrayna MN: "Rusiya qoşunları əsas səyləri Kiyevin mühasirəyə alınmasına yönəldib"
-
15:47“İcra Hakimiyyətinə bina tikməyə 3 milyon manat ayrılmışdı, 3 aya yoxa çıxdı...”
16 May 2022
15 May 2022
30 Aprel 2022
20 Aprel 2022
18 Mart 2022
16 Mart 2022
15 Mart 2022
09 Mart 2022
04 Mart 2022
Digər xəbərlər
-
Manşet, Dünya
Rusiyada: Canlı yayımda redaktor studiyaya girib müharibəyə qarşı çıxdı
-
Manşet, Dünya
Çernobıl AES-də işıq tamamilə kəsildi - “48 saat sonra sızma qaçılmaz olacaq”
-
Manşet, Dünya
Rusiya Ukraynadakı əməliyyatlarda çağırışçıların olmasını etiraf etdi
-
Manşet, Dünya
“Gəl danışaq, amma Makron kimi 30 metrdən yox” - Zelenskidən Putinə çağırış
-
Manşet, Dünya
Zelenski: “Uşağımın həyatda qalmasını istəyirəm”
-
Manşet, Dünya
Rusiyalı general Ukraynadakı müharibədə öldü
-
Manşet, Dünya
“Sən çar deyilsən, kral, tiran, fürer deyilsən, insanlar səni seçib”
-
Manşet, Dünya
“Ruslar öz meyitlərini yandırmağa maşınlar gətirirlər, heç kim ölənləri saymır”
-
Manşet, Dünya
Rusiya qoşunları yenə də paytaxta can atır