Rusiya Qarabağ münaqişəsinin nizamlanmasında Türkiyənin iştirakının əleyhinə deyil

Rusiya Qarabağ münaqişəsinin nizamlanmasında Türkiyənin iştirakının əleyhinə deyil
 Kreml Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Türkiyənin iştirakına etiraz etmədiyinə işarə edib. Çərşənbə axşamı keçirilən brifinqdə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə gələcək danışıqlarda Türkiyənin iştirakının mümkünlüyü barədə sualın cavabında deyib:
"Burada yalnız iki tərəfin nöqteyi-nəzəri mühümdür, münaqişə tərəfləri nəzərdə tutulur - bunlar Azərbaycan və Ermənistandır. Yalnız münaqişə ölkələri nizamlanma prosesində bu və ya digər dövlətin iştirakına razılıq verə və ya bunu istəyə bilər”, - o qeyd edib.

Xəbər lenti