Qazaxın icra başçısının və oğlunun gözdeşən korrupsiyası - yarım milyonluq maşın hansı pulla alınıb?

19 Noyabr 2021, 23:34
19 Noyabr
2021
23:34
1805
Hüquqşünas: "Burada çirkli pulların əldə olunması məsələsi var”
Ölkənin bir sıra xəbər saytında Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun oğlu Elşən Babaşzadənin 275 min dollarlıq (450 manat) dəyərində olan avtomobili haqqında məlumat yayılıb.
Bildirilir ki, başçı oğlu yarım milyonluq maşınına 50-100 minlik nömrə də bağlayıb.
HİT.az saytı yazıb ki, Elşən Babaşzadə "Mercedes Benz G-63 AMG” markalı maşının "10-LL-077” nömrə nişanını "77-LL-077” ilə əvəzləyib. "77-LL-077” Elşən Babaşzadənin öz adına qeydiyyata alınıb.
Məlumat verək ki, Elşən Babaşzadə Dövlət Vergi orqanında müfəttişdir.
Yəni həm ata, həm də oğul dövlət məmurudur. Bəs, xalqa xidmət etməli olan məmurun bu qədər bahalı əmlaka sahib olmasının mənbəyi araşdırılıbmı? Elşən Babaşzadının avtomobil kolleksiyasının olduğu deyilir.

Elşən Babazadə
Əvvəlcə onu qeyd edək ki, məsələ ilə bağlı nə icra başçısı Rəcəb Babaşov, nə haqqında yazılan Elşən Babaşzadə heç bir açıqlama verməyiblər. Musavat.com olaraq Qazax Rayon İcra Hakimiyyətindən məlumat almaq üçün dəfələrlə cəhd etsək də, buna nail ola bilmədik.
Hüquqşünas Əsabəli Mustafayev Musavat.com-a bildirib ki, dövlət qulluqçuları ilə bağlı etik-davranış qaydaları var və bu məsələdə həmin qaydalar pozulub:
"Bu qaydalarda mənəvi cəhətlərə çox üstünlük verilib. Bildirilib ki, dövlət məmuru təvazökar olmalı, hərəkətlərinə qiymət verməli, ətrafına hörmətlə yanaşmalıdır. Xəbərdə yazılan hallar varsa bu, davranış kodeksinin pozuntusu kimi qəbul edilə bilər.

Bu maşınların alınmasına gəlincə isə mümkündür ki, burada korrupsiya əlamətləri var. Çünki onun maaşı ilə maşınların qiyməti uyğun gəlmir. Belə olan halda hüquq -mühafizə orqanları araşdırma apara bilər ki, bu vəsait hansı yolla əldə edilib. Düzdür, bizdə deklarasiya yoxdur, vergidən yayınmanı sübut etmək çətindir. Ona görə də ilk növbədə onun etik davranışına işlədiyi idarə qiymət verməlidir. İşi nəzarətdə saxlamaq həm vergi orqanlarının, həm də hüquq-mühafizə orqanlarının işidir. Yəqin ki, burada çirkli pulların əldə olunması məsələsi var. Artıq işlədiyi qurum onun bu cür davranışına mütləq şəkildə qiymət verməlidir”.

Sosioloq Əhməd Qəşəmoğlu Musavat.com-a bildirib ki, bu cür məsələlər ciddi şəkildə qınanılmalıdır:
"Bir cəmiyyətdə əgər maddi dəyərlər mənəvi dəyərləri üstələyirsə, orada ciddi problemlər ortaya çıxır. Mənəvi dəyərlər öndədirsə, cəmiyyət özü-özünü tənzimləyir. Ölkədə müharibə şəraitindən asılı olmayaraq çalışmaq lazımdır ki, cəmiyyətdə mənəvi dəyərlər öndə olsun. Bu barədə dövlət məmurları cəmiyyətə nümunə olmalıdır. Onlar əllərinə pul düşən kimi özlərini maddi baxımdan nümayiş etdirirlərsə, deməli ölkənin tərəqqisinə zərbə vururlar. Hazırda ölkədə, cəmiyyətdə həssas dönəmdir. Bu kimi nömrə, maşın nümayiş olunan zaman da cəmiyyətdə mənəvi aşınma baş verir. Bu, xalqa, ölkəyə qarşı olan işdir. Belə məsələləri çox mənfi qarşılayıram. Xalq olaraq bu cür hallarla mübarizə aparmalıyıq. İnsanlar mənəviyyat uğrunda bir-birilərilə yarışmalıdır. Xalqımızı dəvət edirəm ki, bu cür hallara qarşı mübarizə aparsınlar”.
Onu da qeyd edək ki, ötən il də Qazaxın icra başçısının milyonluq mülkləri barədə mətbuatda yazılar dərc edilmişdi. Bildirilmişdi ki, icra başçısının 10 ailə avtomobili var ki, onlardan da ən ucuzunun dəyəri 200 min ABŞ dollarıdır.



Xəbər lenti
-
00:16"Bir neçə nəfər də töküldü üstümə, məni yıxdılar, qolumu burdular, sürüdülər..." - VİLAYƏT EYVAZOVA MÜRACİƏT
-
23:58Yavər Camalovun oğlu xaricdə 8 milyon dollara mənzillər alıb
-
23:51Bakıda polkovnik-leytenant iş başında öldü
-
23:49MTN-in ən qeyrətli müstəntiqi danışdı - Zakir Qaralovla Rüstəm Usubovun tapşırığı əsasında həbs etmişik
-
13:58Bakıya yeni prokuror təyin edildi
-
13:56Prezident XTQ-nin hərbi hissəsində
-
13:52MTN pul bölgüsündə Baş Prokurorluğa “atıb”
-
00:35Hərbçilərə işgəncə verdiyi üçün axtarılan Polad Əzizov kimdir?
-
00:30“Əməliyyat müvəkkili məni axşama kimi fasilələrlə döydü”
-
00:27“Qazprombank”ın sabiq vitse-prezidenti və ailəsi ölü tapılıb
-
00:25Tərtər hadisələri zamanı öldürülən Elçin Quliyev bəraət aldı
-
00:22“Tərtər işi”: 7 nəfər həbs olunub, 280 şəxs zərərçəkmiş kimi tanınıb
-
00:19Arvadını öldürüb özünü asdı - Daha bir dəhşətli qətl
-
00:18''Biz Mövlam Şıxəliyevin ailə üzvlərinin də həbsini tələb etmişik...''
-
01:58Bayden Putini “qanlı diktator” və “quldur” adlandırdı
-
01:56FHN Hospitalının baş həkiminə hökm oxundu
-
12:42DTX düşmənlə məxfi əməkdaşlıq edən şəxsi ifşa etdi
-
17:34“Qanuni oğru” Namiq Səlifov Rufo Gənciniskinin adamını cəzalandırdı
-
13:45MTN-də 8 milyon dolları alınan iş adamı Neftçalada vaqonda yaşayır - gerçək hekayət
-
13:37Ukraynada daha bir Rusiya generalı məhv edildi
-
13:34Dünən Bakıda öldürülən dünya çempionunun son SƏS YAZISI - Yeni detallar
-
13:29Rusiya 10 gün sonra dayana bilər - Amerikalı generaldan proqnoz
-
13:24Dünya çempionu Zaur Yusifov marketdə güllələnibmiş...
-
13:21Zaur Yusifovun qətlinə görə “Emin 444”ün xalası oğlu tutuldu
-
01:26Məşhur prokuror Tariyel Qurbanov işdən çıxarıldı
-
01:23Canlı efirə “Müharibəyə yox!” plakatı ilə çıxan kanal əməkdaşı saxlanıldı
-
01:14İcra başçısının köməkçisi saxlanılıb
-
01:10Rusiyada: Canlı yayımda redaktor studiyaya girib müharibəyə qarşı çıxdı
-
01:07“Dedilər qızılları götürüb qaçıb. Hamı yığışmışdı lombardın qabağına...” - MAQSUD MAHMUDOVDAN QƏDİMİ QIZIL SAATI DA SORUŞDULAR
-
01:04“Emin 444”ü Zakir Həsənovun evinin qarşısında öldürən dünya çempionu qətlə yetirildi
-
23:49Bəxtiyar Hacıyev: “Polis idarəsində məni saatlarla dizlərimin üstündə saxladılar, təhqir etdilər”
-
23:45“Cahangir Əsgərov və xanımından 16 milyonumu tələb etdiyimə görə həbsdəyəm”
-
23:41Maqsud Mahmudov: “Uşaqlarımın şəklini yayıb, “vətən xaininin övladları” yazmışdı”
-
23:35Mariupol doğum evinə hava zərbəsi: 17 yaralı
-
23:32Tələt Əliyev axtarışa verildi
-
23:29Çernobıl AES-də işıq tamamilə kəsildi - “48 saat sonra sızma qaçılmaz olacaq”
-
23:28Rusiya Ukraynadakı əməliyyatlarda çağırışçıların olmasını etiraf etdi
-
15:54Rusiyanın 15 milyon dollarlıq “Pantsir” kompleksi və daha bir neçə texnikası qənimət götürüldü
-
15:51Ukrayna MN: "Rusiya qoşunları əsas səyləri Kiyevin mühasirəyə alınmasına yönəldib"
-
15:47“İcra Hakimiyyətinə bina tikməyə 3 milyon manat ayrılmışdı, 3 aya yoxa çıxdı...”
16 May 2022
15 May 2022
30 Aprel 2022
20 Aprel 2022
18 Mart 2022
16 Mart 2022
15 Mart 2022
09 Mart 2022
04 Mart 2022
Digər xəbərlər
-
Manşet, Foto, Korrupsiya
Yavər Camalovun oğlu xaricdə 8 milyon dollara mənzillər alıb
-
Manşet, Foto, Korrupsiya
Zakir Qaralovun həbsdəki adamı azadlığa çıxdı
-
Sənəd, Manşet, Foto, Korrupsiya
Eldar Mahmudovun oğlunun adı Londonda yeni şirkət sənədlərində ortaya çıxıb
-
Sənəd, Manşet, Foto, Korrupsiya
Kəmaləddin Heydərovun bacısı qızının Londondakı şirkəti bağlandı
-
Sənəd, Manşet, Foto, Korrupsiya
Özünü "qul" hesab edən keçmiş nazir müavininin biznesi aşkarlandı
-
Manşet, Foto, Korrupsiya
Avropanın ən iri yaxta tərsanəsinin sahibi Ülviyyə Əlizadə kimdir, kimin adamıdır... - 80 MİLYON AVRO KAPİTALLA İŞƏ BAŞLAYIB
-
Manşet, Foto, Korrupsiya
Qazaxın icra başçısının və oğlunun gözdeşən korrupsiyası - yarım milyonluq maşın hansı pulla alınıb?
-
Manşet, Foto, Korrupsiya
Britaniyanın Milli Kriminal Agentliyi: “Cavanşir Feyziyev bu pulları oğurluq, korrupsiya və dələduzluq yolu ilə əldə edib...”
-
Manşet, Foto, Korrupsiya
Oqtay Əsədovun ailəsinə məxsus milyonlar dəyərindəki mülklər