Qaragöl ətrafında erməni zabitləri yaxınlaşan Azərbaycan hərbçilərini görüb qaçdı - UAZ-I AZ QALA GÖLDƏ BATIRACAQDILAR...

Qaragöl ətrafında erməni zabitləri yaxınlaşan Azərbaycan hərbçilərini görüb qaçdı - UAZ-I AZ QALA GÖLDƏ BATIRACAQDILAR...
 Laçın rayonunun Ermənistanla sərhəd ərazilərindəki Qaragöl ətrafında mövqelərini irəli çəkməyə cəhd edən, ancaq Azərbaycan ordusunun gördüyü tədbirlər nəticəsində biabırçı şəkildə öz postlarından qovulan erməni hərbçiləri ilə bağlı daha bir fakt məlum olub. virtualaz.org xəbər verir ki, ötən gün noyabrın 14-də Qaragöl ətrafında UAZ avtomobili ilə hərəkət edən üç erməni zabiti pulemyotlarla silahlanmış Azərbaycan hərbçilərinin onlara tərəf gəldiyini görərək panikaya düşüblər, avtomobili tələsik geri döndərib qaçmaq istəyiblər.
Bu vaxt UAZ gölə düşüb və erməni zabitləri maşını tərk edərək piyada qaçıblar. Nəticədə UAZ Azərbaycan hərbçilərinin nəzarətinə keçib. 

Xəbər lenti