Qarabağ qaziləri ilə SOCAR mühafizəçiləri arasında qanlı dava - ŞOK GÖRÜNTÜLƏR

30 Sentyabr 2019, 17:04
30 Sentyabr
2019
17:04
4411
Sentyabrın 28-i günorta saatlarında Bakıda Dövlət Neft Şirkətinin (SOCAR) Təhlükəsizlik İdarəsinin əməkdaşları ilə Qarabağ qaziləri arasında insident yaşanıb. Sosial şəbəkələrdə yayılan görüntülərdən aydın olur ki, bu xoşagəlməz hadisə Binəqədi rayonu, Biləcəri qəsəbəsində yaşanıb.
Criminal.az saytına verilən məlumatda iddia olunur ki, qarşıdurmaya səbəb SOCAR əməkdaşlarının Qarabağ qazilərindən birinin evini sökməyə cəhd etməsi olub. Belə ki, həmin yaşayış evinin tikinti icazəsi və müvafiq sənədləri olsa da, Dövlət Neft Şirkətinin işçiləri tikintinin şirkətə məxsus ərazidə və qanunsuz aparıldığını iddia ediblər.
Binəqədi rayon İcra Hakimiyyəti isə həmin əraziyə sənəd verdiyindən və tikinti ilə bağlı müvafiq idarələrdən razılıq alındığından, Qarabağ qaziləri SOCARın mühafizəçilərinin tələblərini yerinə yetirməkdən imtina ediblər. Bu zaman tərəflər arasında qarşıdurma yaşanıb.
İddia olunur ki, SOCAR Tİ-nin rəisi Rəşad Əliyevin göstərişi ilə Qarabağ qazilərinə qarşı vəhşicəsinə davranan, onları döyən 35-ci komandanın rəisi Rahib Qənbərov və qardaşı Ramin Qənbərovdu.
Rəşad Əliyev kimdir?
Rəşad Əliyev 2004-cü ilə qədər MTN-nin əməkdaşı olmuşdur, polkovnik-leytenantdır.
İlham Əliyevin 2004-cü 25 mart (140 nömrəli) sərəncamı ilə "Vətən Uğrunda" medalı ilə təltif olunmuşdur.
Rəşad Əliyev bir zamanlar Milli Təhşlükəsizlik Nazirliyinin strukturlarında çalışıb. Həmin ərəfədə böyük çevrə qazanan Rəşad Əliyev 2005-ci ilin parlament seçkilərində o zamanlar Bakı Neft Emalı Zavodunun direktoru olan Rövnəq Abdullayevin seçki qərargahının rəhbəri olub.
2005-ci ildən SOCAR Tİ-nin rəisi vəzifəsində çalışır. Çalışdığı müddətdə qazanc məqsədilə SOCAR ərazilərində qanunsuz tikililərin tikilməsinə, torpaqların zəbt olunmasına rüşvət alaraq şərait yaradıb.
2012-ci ildə Rəşad Əliyevin göstərişi ilə Sulutəpə ərazisində söküntü zamanı jurnalist İdrak Abbasov SOCAR Tİ-nın əməkdaşları tərəfindən vəhşicəsinə döyülüb. Hal-hazırda jurnalist İdrak Abbasov Norveçdə mühacir həyatı yaşayır.

35-ci komandanın rəisi Rahib Qənbərov
19 sentyabr 2018-ci ildə prezident İlham Əliyevin sərəncamı ilə Rəşad Əliyev 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuşdur.
Rəşad Əliyevin xalası Sədaqət Vəliyeva Nizami rayonundan Milli Məclisə 2010-ci ildə millət vəkili seçilib.
SOCAR sentyabrın 28-də Qarabağ əlilləri ilə baş vermiş insident barədə yaydığı açıqlamada deyilir ki, sentyabrın 27-də saat 12:00-da şirkətin Təhlükəsizlik İdarəsi tərəfindən mühafizə edilən Neft Kəmərləri İdarəsinə məxsus Şirvan-Böyükşor neft kəməri ərazisinin və həmin kəmərə birləşən Binəqədi xəttinin mühafizə zolağının bir hissəsinin zəbt olunduğu, qanunsuz tikili üçün bünovrə işlərinin aparıldığı aşkarlanıb.
Məlumata görə, qanunsuz tikinti işləri aparan şəxslərə mühafizəçilər tərəfindən xəbərdarlıq edilib və tikinti dayandırılıb. Bildirilib ki, sentyabrın 28-də Təhlükəsizlik İdarəsinin 35 saylı mühafizə komandasının əməkdaşları xidməti ərazini növbəti dəfə yoxlayarkən həmin sahədə qanunsuz inşaat işlərinin davam etdirildiyini aşkarlayaraq, ərazini zəbt etməyə cəhd göstərən şəxsə bir daha tikinti işlərinin dayandırılması barədə xəbərdarlıq ediblər.

"Həmin vaxt qanunsuz tikinti aparan şəxsin təhriki ilə əraziyə toplaşmış, özlərini Qarabağ müharibəsi əlilləri kimi təqdim edən bir qrup şəxs mühafizə komandasının əməkdaşlarını təhqir edərək, onlara hücum çəkiblər. SOCAR-ın mühafizəçiləri hücum edən şəxslərə qarşı heç bir zorakılıq tətbiq etmədən hadisə yerinə polis əməkdaşlarını çağırıblar. İnsident zamanı şifahi xəbərdarlıqlara məhəl qoymayan şəxslər tərəfindən qarovul rəisi Fuad Abdurəhmanov, Elnur İsmayılov, Ələkbər Əliquliyevin qol və bədən nahiyələrinə zərbələr endirilib, müxtəlif bədən xəsarətləri yetirilib. Aparılmış videoçəkilişdən də göründüyü kimi, təxribat törədən şəxslər hadisə yerindən uzaqlaşmağa çalışan mühafizə xidmətinin əməkdaşlarını, eləcə də polis əməkdaşlarını təqib edərək, xidməti maşınlarına maddi ziyan vurmağa cəhd göstərib, dövlətə qarşı qanunsuz çağırışlar səsləndiriblər",- açıqlamada qeyd edilir.

Bildirilib ki, aparılan ilkin araşdırmalardan məlum olub ki, tikinti yerinə çağırılan və iğtişaşlara təhrik edilən əlillərin həmin tikintiyə heç bir aidiyyəti yoxdur: "Şərif Hüseynovun ətrafında olan bir qrup bütün vasitələrlə öz qanunsuz maddi maraqlarına nail olmağa çalışır. Bunun üçün hər cür əməllərə əl atır, o cümlədən əlillərin nüfuzundan, cəmiyyətdəki statuslarından və qüvvələrindən sui-istifadə etməkdən, onları təxribata çəkməkdən belə çəkinmirlər. Hadisə zamanı həmin şəxslər tikintiyə aidiyyəti olmayan bir qrup əlildən sui-istifadə edərək, vəzifə səlahiyyətlərini yerinə yetirən SOCAR-ın təhlükəsizlik xidmətinin əməkdaşlarına xidməti vəzifəsini yerinə yetirməkdə mane olublar".
Hazırda baş vermis insidentlə bağlı hüquq- mühafizə orqanları tərəfindən ətraflı araşdırma aparılır.
Xəbər lenti
-
21:59MTN-də Rüstəm Usubovun həbsinə göstəriş verilibmiş... - ŞOK DETALLAR
-
21:13“Allahı söyənlərə cəza!” şüarına görə saxlanılanlardan daha birinə həbs qərarı
-
21:09Aclıq edən inanclı fəallar: “Taleh Bağırzadə tükənib, Abbas Hüseynov yıxılıb…”
-
21:06DTX Gömrük Komitəsində əməliyyat keçirdi - Vəzifəli şəxslər saxlanıldı
-
21:51Sahib Ələkbərov Mövlam Şıxəliyevi ifşa etdi
-
21:28“Polis dedi ki, siz gedin rəis müavinini “görün”, əlindəki biabırçı görüntüləri yaymasın”
-
21:23Aytən Məmmədova yenə Bakı Şəhər Baş Polis İdarəsində dəvət edilib
-
23:12Namik Bakinskiy “proqon” yaydı, 11 nəfəri “samozvanets” elan elədi
-
02:50Vilayət Eyvazov Şeyxin bacısı oğlunu rəis təyin etdi
-
00:16"Bir neçə nəfər də töküldü üstümə, məni yıxdılar, qolumu burdular, sürüdülər..." - VİLAYƏT EYVAZOVA MÜRACİƏT
-
23:58Yavər Camalovun oğlu xaricdə 8 milyon dollara mənzillər alıb
-
23:51Bakıda polkovnik-leytenant iş başında öldü
-
23:49MTN-in ən qeyrətli müstəntiqi danışdı - Zakir Qaralovla Rüstəm Usubovun tapşırığı əsasında həbs etmişik
-
13:58Bakıya yeni prokuror təyin edildi
-
13:56Prezident XTQ-nin hərbi hissəsində
-
13:52MTN pul bölgüsündə Baş Prokurorluğa “atıb”
-
00:35Hərbçilərə işgəncə verdiyi üçün axtarılan Polad Əzizov kimdir?
-
00:30“Əməliyyat müvəkkili məni axşama kimi fasilələrlə döydü”
-
00:27“Qazprombank”ın sabiq vitse-prezidenti və ailəsi ölü tapılıb
-
00:25Tərtər hadisələri zamanı öldürülən Elçin Quliyev bəraət aldı
-
00:22“Tərtər işi”: 7 nəfər həbs olunub, 280 şəxs zərərçəkmiş kimi tanınıb
-
00:19Arvadını öldürüb özünü asdı - Daha bir dəhşətli qətl
-
00:18''Biz Mövlam Şıxəliyevin ailə üzvlərinin də həbsini tələb etmişik...''
-
01:58Bayden Putini “qanlı diktator” və “quldur” adlandırdı
-
01:56FHN Hospitalının baş həkiminə hökm oxundu
-
12:42DTX düşmənlə məxfi əməkdaşlıq edən şəxsi ifşa etdi
-
17:34“Qanuni oğru” Namiq Səlifov Rufo Gənciniskinin adamını cəzalandırdı
-
13:45MTN-də 8 milyon dolları alınan iş adamı Neftçalada vaqonda yaşayır - gerçək hekayət
-
13:37Ukraynada daha bir Rusiya generalı məhv edildi
-
13:34Dünən Bakıda öldürülən dünya çempionunun son SƏS YAZISI - Yeni detallar
-
13:29Rusiya 10 gün sonra dayana bilər - Amerikalı generaldan proqnoz
-
13:24Dünya çempionu Zaur Yusifov marketdə güllələnibmiş...
-
13:21Zaur Yusifovun qətlinə görə “Emin 444”ün xalası oğlu tutuldu
-
01:26Məşhur prokuror Tariyel Qurbanov işdən çıxarıldı
-
01:23Canlı efirə “Müharibəyə yox!” plakatı ilə çıxan kanal əməkdaşı saxlanıldı
-
01:14İcra başçısının köməkçisi saxlanılıb
-
01:10Rusiyada: Canlı yayımda redaktor studiyaya girib müharibəyə qarşı çıxdı
-
01:07“Dedilər qızılları götürüb qaçıb. Hamı yığışmışdı lombardın qabağına...” - MAQSUD MAHMUDOVDAN QƏDİMİ QIZIL SAATI DA SORUŞDULAR
-
01:04“Emin 444”ü Zakir Həsənovun evinin qarşısında öldürən dünya çempionu qətlə yetirildi
-
23:49Bəxtiyar Hacıyev: “Polis idarəsində məni saatlarla dizlərimin üstündə saxladılar, təhqir etdilər”
20 İyun 2022
15 İyun 2022
12 İyun 2022
27 May 2022
16 May 2022
15 May 2022
30 Aprel 2022
20 Aprel 2022
18 Mart 2022
16 Mart 2022
15 Mart 2022
09 Mart 2022
Digər xəbərlər
-
Manşet, Foto, Video, Hadisə
Ermənistan Kəlbəcərdə növbəti təxribat törətdi
-
Manşet, Foto, Video, Hadisə
“Kayrat” komandasını Bakıdan aparan təyyarə avtomobillə toqquşdu
-
Manşet, Foto, Video, Hadisə
Bakıda yük maşını sərnişin avtobusu ilə toqquşdu - 5 ölü, 20 yaralı
-
Manşet, Foto, Video, Hadisə
Prezident Ağdamda bayrağımızı ucaltdı
-
Manşet, Foto, Video, Hadisə
Bakıda gənc qız klinikada öldü, meyitini vermək üçün 8 min manat istədilər
-
Manşet, Foto, Video, Hadisə
Prezidenti düşmən ölkə ilə təhdid edən qadın jurnalistdən sonra hüquq müdafiəçisini polisə verdi
-
Manşet, Foto, Video, Hadisə
Vilayət Eyvazov Pərvinlə videosu yayılan polisi işdən qovdu
-
Manşet, Foto, Video, Hadisə
"Vətən xaini" kimi tutulan və öldürülənlərin ailələri ayağa qaxdı - Hərbi korpusun qarşısında aksiya
-
Manşet, Foto, Video, Hadisə
Qarabağ qaziləri ilə SOCAR mühafizəçiləri arasında qanlı dava - ŞOK GÖRÜNTÜLƏR