''Prezident deyir şəhidlərin qarşısında baş əyirəm. Bəs Xəzər Aslanov kimdir?'' - Plakatı sökülən şəhidin atası ''Prezident deyir şəhidlərin qarşısında baş əyirəm. Bəs Xəzər Aslanov kimdir?'' - Plakatı sökülən şəhidin atası

''Prezident deyir şəhidlərin qarşısında baş əyirəm. Bəs Xəzər Aslanov kimdir?'' - Plakatı sökülən şəhidin atası
''Prezidentimiz deyir ki şəhidlərimizin qarşısında baş əyirəm. Bəs Xəzər Aslanov kimdir? Ö, özbaşına hərəkətlərini də prezidentin adından istifadə etməklə edir. Guya onun əmridir. Deyir ki, rayonda prezident mənəm...''. Bu sözləri Criminal.az saytına açıqlamasında ötən gün Xızı rayonunda plakatı sökülən şəhid Alik İsayevin atası Şakir İsayev deyib.
Şəhid atasının sözlərinə görə, oğlu Xüsusi Təyinatlı Qoşunların əsgəri olub. Laçın korridoru istiqamətində gedən döyüşlərdə şəhid olub.
Ş.İsayev deyir ki, oğlunun adını əbədiləşdirmək, təsəlli almaq üçün Xızı rayonu, Xələc kəndində evinin qarşısında oğlunun şəkli əks edilən plakat vurub. ''İcra başçısı Xəzər Aslanov, müavini Arzu Əzizov, icra nümayəndə Müşfiq İslamov yanvarın 17-də bir qrup şəxslə plokatı sökmət istəyirdi. Sakinlərin və polis əməkdaşlarının müdaxiləsindən sonra plakatı icra başçısından qoruya bildik''. 
Ş.İsayev oğlunun məzarının götürülməsində də X.Aslanovun laqeydliyindən gileyləndi. Bildirdi ki, A.İsayevin qəbrini öz hesabına götürür. 
Məsələ ilə bağlı Xızı rayon İcra Hakimiyyətindən münasibət öyrənmək mümkün olmadı.  












Xəbər lenti