Polis icra başçısının necə vurulduğunu danışır: Qışqırdım ki, hara gedirsən?

12 Noyabr 2020, 11:04
12 Noyabr
2020
11:04
393
O, təqsirləndirilən şəxsləri tanımadığını, onlardan şikayətçi olmadığını bildirib
Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsdlə bağlı hazırda ayrı-ayrılıqda iki məhkəmə prosesi var. Bu proseslərdən biri Bakı Ağır Cinayətlər Məhkəməsində gedir. Orada icra başçısı və mühafizəçisi olan polisə silahla xəsarət yetirməkdə ittiham olunan Yunis Səfərov və daha 11 nəfər mühakimə olunur.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimlərinin baxdığı digər cinayət işi isə axtarışa verilib Moskvada həbs olunan və bu ilin yanvarında Bakıya gətirilən Müşfiq Qurbanov və Yusif Sadıxov haqqındadır. Onlar Y.Səfərov və digərləri ilə birlikdə mütəşəkkil dəstə yaradıb, ölkədə terror hazırlamaqda, dövlət çevrilişinə cəhddə, məmurlara – Gəncənin ö dövrdəki icra başçısı Elmar Vəliyev, deputat Naqif Həmzəyev və digərlərinə qarşı sui-qəsd planlaşdırmaqda ittiham olunur.
M.Qurbanov və Y.Sadıxov isə ittihamları qəbul etmir, özlərini təqsirli bilmirlər.
M.Qurbanov ümumiyyətlə, Y.Səfərovu tanımadığını, onunla heç bir əlaqəsi olmadığını bildirir.
Y.Sadıxov uzun müddət Şəmkirdə ingilis dili müəllimi işlədikdən sonra ailəsinin dolanışığına görə Rusiyaya gedib, orada işləməyə başlayıb. O, Gəncənin deputatı N.Həmzəyevlə orta məktəbdə birlikdə oxuyub. Həmin dövrdə yaxın münasibətlərinin olduğunu, sonradan isə görüşmədiklərini bildirib.
Onlar özlərini təqsirli bilmədiklərinə görə hələlik heç bir məhkəmədə dindirilməyib.
Hakimlər onların dindirilməsini zərərçəkmiş və şahidlərdən sonraya saxlayıb.
Məhkəmədə zərərçəkmiş qismində güllə yarası almış polis əməkdaşı Qasım Aşpazov dindirilib. O bildirib ki, Y.Səfərov iki dəfə atəş açıb, biri qarın nahiyəsindən, biri də sifətindən. Üzünə dəyən güllə gözünün yanını sıyırıb, nəticədə sol gözündə görmə qabiliyyəti zəifləyib. O, təqsirləndirilən şəxsləri tanımadığını, onlardan şikayətçi olmadığını bildirib.
Gəncə Regional Mühafizə İdarəsinin əməkdaşı Aqil Qəmbərov da məhkəmədə şahid qismində ifadə verib. O, Gəncə şəhər İcra Hakimiyyətinin mühafizəsini həyata keçirən polislərdən biridir. Hadisə günü olanlar haqda danışan A.Qəmbərov bildirib ki, həmin vaxt ölkə ərazisində işıqların sönməsilə əlaqədar axşam saat 20.00 radələrində icra başçısı Elmar Vəliyev icra hakimiyyətinin qarşısındakı pilləkənlərdə iclas keçirib. Təxminən 15 dəqiqə çəkən iclas başa çatanda E.Vəliyev əyləşib, mühafizəçisi Qasım Aşpazov isə ayaqüstə dayanıb, onunla söhbət edib. Bu zaman başında kepka, əynində zolaqlı köynək olan bir nəfər icra hakimiyyətinin pilləkənlərinə tərəf gəlib. Həmin adamdan geri qayıtmasını tələb etsə də, əhəmiyyət verməyib: "Qışqırdım ki, hara gedirsən? Fikir vermədi...”
A.Qəmbərovun sözlərinə görə, Y.Səfərovun sabiq icra başçısı və mühafizəçisinə xəsarət yetirdiyini görəndə özünü onun üstünə atıb, nəticədə silah Yunisin əlindən düşüb. Bu zaman hər ikisi pilləkəndən yıxılıb. Başqa bir polis əməkdaşı Mikayıl Zeynalov Y.Səfərovu tutub saxlayıb. Sonra onu Gəncədəki Nizami rayon Polis İdarəsinə aparıb təhvil veriblər.
Y.Səfərov öz məhkəməsində ifadə verərkən bildirib ki, əvvəl silahı çıxarmayıb. İcra başçısının mühafizəçisi ona tərəf gələndə çəkindirmək üçün tapançanı çıxarıb. Amma Q.Aşpazov çəkilmədiyinə görə ayaq nahiyəsindən atəş açıb. Yıxılmadığını görəndə ikinci dəfə güllə atıb. İcra başçısını vurmaq istəyəndə silah açılmayıb. Ona görə də tapançanın dəstəyilə E.Vəliyevin gicgah nahiyəsindən zərbə endirib.
Məhkəmə prosesi noyabrın 19-da davam edəcək.
M.Qurbanov və Y.Sadıxova qarşı da Y.Səfərova verilən ittihamlar irəli sürülüb – qəsdən adam öldürməyə cəhd, terror planlaşdırması, dövlət çevrilişi və s.
Xəbər lenti
-
14:38Şəmkirdə qaz idarəsinin rəisi Azərbaycan məhkəməsinə meydan oxuyur
-
14:34"Neft məhsullarının qaçaqmalçılığına görə" həbs olunan Azərbaycan vətəndaşları ölkəyə qayıdıblar
-
14:33DİN: "Özünü polis əməkdaşı kimi təqdim edən şəxslərin sayı artır"
-
14:31Əli Kərimlinin mühafizəçisinə daha iki ittiham irəli sürülüb
-
14:30Gəncənin yol polisi rəisi vəzifəsindən çıxarıldı
-
17:21DTX rəisini 200 min dollar rüşvətdə ittiham edən sabiq bələdiyyə sədri ''Bandotdel''ə çağırılıb
-
10:58Rusiya Müdafiə Nazirliyi 50 min erməni qaçqının Qarabağa qayıtdığını açıqlayıb
-
10:56Daha bir tərxis olunan əsgər faciəvi şəkildə öldü
-
18:39Ağdamın Xıdırlı kəndindən görüntülər
-
18:38"Dağlıq Qarabağın statusu məsələsi gələcəyə saxlanılıb"
-
18:35Bakıda süpürgəçi qadını avtomobil vurub
-
18:33Müdafiə Nazirliyi həlak olan və itkin düşənlərin yeni siyahısını yaydı
-
18:29Oqtay Gülalıyevin xanımı həkimlərlə bağlı Baş prokurora müraciət etdi
-
18:27Navalnıya 30 sutka həbs cəzası verildi
-
17:29"Məni heç bir iş üzrə, heç bir yerdə də sorğulamayıblar" - Əli Həsənov həbs xəbəri haqda
-
15:36''Prezident deyir şəhidlərin qarşısında baş əyirəm. Bəs Xəzər Aslanov kimdir?'' - Plakatı sökülən şəhidin atası
-
15:02Azərbaycan tezliklə JF-17 qırıcılarını alacaq, Hərbi Hava Qüvvələrini xeyli gücləndirəcək - 21 BELƏ QIRICI-BOMBARDMANÇI ALMAQ PLANLAŞDIRILIR...
-
13:48Oqtay Şirəliyev, Ramin Bayramlı və Zaur Əliyev peyvənd olundular
-
11:44Övladı xərçəng olan jurnalist Mehriban Əliyevadan kömək istədi - ''Nuray ölümlə üz-üzədir...''
-
11:20Rusiyaya qayıdan Aleksey Navalnı hava limanında saxlanılıb
-
11:192 gün əvvəl tərxis olunan könüllü əsgər vəfat etdi
-
11:18Cəlilabadda “Niva” aşdı - 2 ölü, 1 yaralı
-
11:17İcra başçısı müavinini vəzifədən azad etdi
-
11:15Sumqayıtda ər arvadını oteldə boğaraq öldürdü
-
01:27Həbsdəki jurnalist nazirin öz anasına qanunsuz pensiya təyin etdirməsini yazdı
-
22:51"Biz ora gedib, onlarla birlikdə yaşaya bilərikmi?
-
22:42İlham Əliyev: Açıq deməliyəm ki, ermənilər büstləri Heydər Əliyevə pulla satdılar
-
22:37“Doğma, sevimli, əvəzolunmaz Şuşa...” - Mehriban Əliyeva
-
22:35Prezident “Şuşi” adını görüb əsəbiləşdi
-
22:20Prezidentlə ailəsinin səfərdən görüntülər
-
12:17Prezident Şuşaya getdi
-
16:16Vüqar Səfərli ilə birgə həbs edilən kimdir?
-
15:32Vüqar Səfərli həbs edildi
-
15:0613 -cü ”zon”da müəammalı məhbus ölümü - İŞGƏNCƏ İDDİALARINI PENİTENSİAR XİDMƏT TƏKZİB EDİR
-
14:59Şuşada yol qəzası - 1 hərbçi öldü, 2-si yaralandı
-
14:57Dünən şəhid olan hərbçimiz dəfn edildi
-
14:56Xocalı yol idarəsinin əməkdaşı minaya düşdü
-
14:53Həbs edilən daha bir icra başçısının oğluna yeni vəzifə verildi
-
14:35Əli Kərimli: Azərbaycan xalqı mənim biznesimin olmadığını bilir
-
14:31Mübariz Mənsimov: Mənə heç kəs FETÖ damğası vura bilməz
21 Yanvar 2021
19 Yanvar 2021
18 Yanvar 2021
16 Yanvar 2021
15 Yanvar 2021
14 Yanvar 2021
Digər xəbərlər
-
Manşet, Məhkəmə
Mübariz Mənsimov: Mənə heç kəs FETÖ damğası vura bilməz
-
Məhkəmə
AXCP üzvünün ərizəsi təmin olunmayıb
-
Məhkəmə
Ali Məhkəmə sədri vəkillərdən kollegiyaya şikayət edib
-
Məhkəmə
Ali Məhkəmənin hakimi koronavirusdan vəfat edib
-
Məhkəmə
Məhkəmə Əli Kərimlinin işgəncə şikayətini araşdırmadı
-
Manşet, Məhkəmə
Ali Məhkəmə Zamirə Hacıyevanın şikayətlərini rədd edib
-
Manşet, Foto, Məhkəmə
Azərbaycanlılara işgəncə verən erməni haqda həbs qərarı verildi
-
Manşet, Məhkəmə
Kamil Zeynallı vaxtından əvvəl azadlığa çıxdı
-
Manşet, Məhkəmə
Kamil Kamil Zeynallı həbs edildi