Polad Həşimovun anası: "Kərim Vəliyev oğlumu öldürtdürüb yerinə keçdi!"

Polad Həşimovun anası:
Şəhid general Polad Həşimovun anası Səmayə Həşimova oğlunun ölümü haqqında sensasion açıqlama verib. S.Həşimova oğlunun ölümündə Müdafiə Nazirliyinin Baş qərərgah rəisi Kərəm Vəliyevi ittiham edib:  " Mənim oğlum aprel döyüşlərindən sonra istefa ərizəsi yazmışdı. İstefa ərizəsini MN-nə gətirmişdi. Araşdırsınlar görsünlər nəyə görə yazmışdı? Ərizəni açsınlar, görsünlər niyə yazmışdı? Ərizəni neylədilər? Ərizəni cırıblarsa da, kitabda qeydiyyatdan keçib. Açsınlar, araşdırsınlar ki, mənim oğlum niyə ərizə yazmışdı? İyul ayının 15-i mənim oğlumun əmrinə qol çəkilmişdi, MN-nə işə gedəcəkdi. Məni də ümidli etmişdi, ayın 11-i zəng edib sevinə-sevinə demişdi ki, ay ana gəlirəm. Ayın 14-ü mənim oğlumun tabutunu niyə gətirdilər? Müdafiə Nazirliyinə yaraşmırdı Polad? Kərim Vəliyevin yerini dar edirdi? Polad gələsi yerə, Kərim Vəliyev Poladı öldürtdürüb özü gəldi ".
Şəhid anasının ittihamlarına hələlik rəsmi münasibət bildirilməyib.

Xəbər lenti