Paşinyanın müdafiə naziri təyin etdiyi tarix müəllimi - PAPİKYAN “ASFALT MAQNATI” KİMİ TANINIR VƏ KOMANDİRİNİ VURDUĞU ÜÇÜN HƏBS OLUNUB

15 Noyabr 2021, 17:39
15 Noyabr
2021
17:39
1001
Ermənistanda bu gün müdafiə naziri təyin olunan (erməni ordusunun Laçın istiqamətində məruz qaldığı növbəti rüsvayçılığın ardınca) Suren Papikyanın heç bir hərbi təhsili və rütbəsi yoxdur, mülki adamdır və "asfalt maqnatı” kimi tanınır.
Erməni mənbələrində göstərilir ki, bu ilki növbədənkənar seçkilərdən sonra baş nazirin müavini təyin edilən, daha əvvəl isə ərazi idarəetmə və infrastruktur naziri olan Papikyan hökumətin özəyini əlində cəmləşdirmişdi və müxtəlif nazirliklərə nəzarət edirdi.
Papikyan baş nazirin müavini olduqdan sonra Ermənistan hakimiyyətində sürətlə ikinci adama çevrilib, mühüm vəzifələrə kadr təyinatları ancaq onunla razılaşdırılırdı və komandada kimin qalıb-qalmayacağını da o müəyyən edirdi. Ərazi idarəetmə və infrastruktur naziri vəzifəsindən getsə də Papikyan asfalt döşənməsi işlərində inhisarı əlindən saxlayıb və iri pulların qazanılması sxemlərinə nəzarət edib. O, yol tikintisi, satınalmalarla bağlı bütün proseslərə şəxsən nəzarət edir, bütün maliyyə rıçaqlarını əlində cəmləyib.
Bildirilir ki, Papikyanın yerinə ərazi idarəetmə və infrastruktur naziri təyin olunan Qnel Sanosyan onun nazirliyin səlahiyyətlərinin əksər hissəsini hələ də əlində saxladığını biləndə təəcüblənib. Məlum olub ki, Sanosyan ancaq vilayət başçıları ilə işləməlidir, yəni "geriyə qalan” rıçaqları idarə etməlidir.
Suren Papikyan 1986-cı ildə Stepanavan şəhərində anadan olub, Yerevan Dövlət Universitetinin tarix fakültəsini bitirib. Universitetdə oxuduğu müddətdə hərbi xidmətə çağırılıb. 2010-2016-cı illərdə Yerevan məktəblərindən birində tarix müəllimi işləyib.
2012-2016-cı illərdə Sankt-Peterburq Dövlət Universitetində qiyabi aspirantura oxuyub. Hakim "Vətəndaş müqaviləsi” partiyasının əsasını qoyanlardan biridir. Hazırda partiyanın sədr müavinidir.
2017-ci ildə "Yelk” blokundan deputatlığa namizəd olub, 2018-ci ilin yazında isə Paşinyanın rəhbərlik etdiyi "Mənim addımım” hərəkatının təşəbbüskarlarından biri idi.
Paşinyan hakimiyyətə gələndən sonra heç bir idarəçilik təcrübəsi olmayan bu tarix müəllimini nazir təyin edib. Papikyan sürətlə Paşinyanın komandasının aparıcı fiquruna çevrilib, bu ilin avqustunda baş nazirin müavini təyin olunub. O, subaydır, ailəli deyil.
Suren Papikyan eyni zamanda Paşinyanın komandasının ən qalmaqallı fiqurlarından biri hesab edilə bilər, çünki 2020-ci ilin əvvəllərində "Hraparak” qəzeti onun barəsində sensasion faktı ictimailəşdirmişdi.

Qəzet öz mənbələrinə istinadən yazmışdı ki, Papikyan orduda xidmət edərkən öz komandirini bıçaqlayıb, motiv isə komandirin Papikyana qarşı "sistemli şəkildə zorakılıq etməsi” olub. Nəticədə Papikyan barəsində cinayət işi qaldırılıb və o, 2 il 6 aylığına həbs olunub. Daha sonra aministiya ilə azadlığa çıxıb.
Papikyan həmin məqalədən sonra Facebook-da canlı yayım açaraq faktı təsdiq edib. Amma deyib ki, konstitusiyaya əsasən o cəzasını çəkdiyi üçün daha məhkum edilmiş sayılmır.
Papikyan həmin insidentin Ermənistan ordusunda xidmət zamanı deyil, 2004-2006-cı illərdə "müxtəlif millətlərin nümayəndələrinin xidmət etdiyi hərbi hissədə” xidmətdə olarkən baş verdiyini deyib.
Bildirib ki, onun "milli ləyaqətini alçaltdıqları üçün” bu hadisə baş verib, üstəlik kəsici-deşici alətdən istifadə olunmayıb. "Mənim bu insidentdə iştirakın nizamnamədən kənar münasibətlə bağlı olub, üstəlik mən günahımı etiraf etməmişəm. Aministiya ilə azadlığa çıxmışam və məhkumluğum ödənilib”, - o deyib.
Papikyan bildirmişdi ki, o məhkumluğu ilə bağlı əhvalatı "dostlarından gizlətməyib”, amma mahiyyətdə bu informasiya məxfi idi, şəxsi həyatla bağlı idi və müvafiq qriflə polis arxivlərində saxlanılırdı. Bu məlumata ancaq hüquq-mühafizə orqanlarının yüksək vəzifəli əməkdaşlarının çıxışı olub.

Papikyan həmin informasiyanın Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyan tərəfindən sızdırıldığına eyham vurub.
İndiki halda Paşinyanın Papikyanı müdafiə naziri təyin etməsi ona dəlalət edir ki, Ermənistan baş nazirinin artıq ölkənin hərbi elitasında inandığı və etibar etdiyi yüksək rütbəli kadrları qalmayıb. Generalların əksəriyyəti ondan çoxdan üz döndəriblər. Nəticədə indi Paşinyan "ordu quruculuğu işini" və Azərbaycanla dövlət sərhədləri boyu hələlik ancaq iflasla, rüsvayçılıqlarla müşaiyət olunan "möhkəmlənmə" vəzifəsini 35 yaşlı tarix müəlliminə həvalə etməli olub.
Xəbər lenti
-
00:16"Bir neçə nəfər də töküldü üstümə, məni yıxdılar, qolumu burdular, sürüdülər..." - VİLAYƏT EYVAZOVA MÜRACİƏT
-
23:58Yavər Camalovun oğlu xaricdə 8 milyon dollara mənzillər alıb
-
23:51Bakıda polkovnik-leytenant iş başında öldü
-
23:49MTN-in ən qeyrətli müstəntiqi danışdı - Zakir Qaralovla Rüstəm Usubovun tapşırığı əsasında həbs etmişik
-
13:58Bakıya yeni prokuror təyin edildi
-
13:56Prezident XTQ-nin hərbi hissəsində
-
13:52MTN pul bölgüsündə Baş Prokurorluğa “atıb”
-
00:35Hərbçilərə işgəncə verdiyi üçün axtarılan Polad Əzizov kimdir?
-
00:30“Əməliyyat müvəkkili məni axşama kimi fasilələrlə döydü”
-
00:27“Qazprombank”ın sabiq vitse-prezidenti və ailəsi ölü tapılıb
-
00:25Tərtər hadisələri zamanı öldürülən Elçin Quliyev bəraət aldı
-
00:22“Tərtər işi”: 7 nəfər həbs olunub, 280 şəxs zərərçəkmiş kimi tanınıb
-
00:19Arvadını öldürüb özünü asdı - Daha bir dəhşətli qətl
-
00:18''Biz Mövlam Şıxəliyevin ailə üzvlərinin də həbsini tələb etmişik...''
-
01:58Bayden Putini “qanlı diktator” və “quldur” adlandırdı
-
01:56FHN Hospitalının baş həkiminə hökm oxundu
-
12:42DTX düşmənlə məxfi əməkdaşlıq edən şəxsi ifşa etdi
-
17:34“Qanuni oğru” Namiq Səlifov Rufo Gənciniskinin adamını cəzalandırdı
-
13:45MTN-də 8 milyon dolları alınan iş adamı Neftçalada vaqonda yaşayır - gerçək hekayət
-
13:37Ukraynada daha bir Rusiya generalı məhv edildi
-
13:34Dünən Bakıda öldürülən dünya çempionunun son SƏS YAZISI - Yeni detallar
-
13:29Rusiya 10 gün sonra dayana bilər - Amerikalı generaldan proqnoz
-
13:24Dünya çempionu Zaur Yusifov marketdə güllələnibmiş...
-
13:21Zaur Yusifovun qətlinə görə “Emin 444”ün xalası oğlu tutuldu
-
01:26Məşhur prokuror Tariyel Qurbanov işdən çıxarıldı
-
01:23Canlı efirə “Müharibəyə yox!” plakatı ilə çıxan kanal əməkdaşı saxlanıldı
-
01:14İcra başçısının köməkçisi saxlanılıb
-
01:10Rusiyada: Canlı yayımda redaktor studiyaya girib müharibəyə qarşı çıxdı
-
01:07“Dedilər qızılları götürüb qaçıb. Hamı yığışmışdı lombardın qabağına...” - MAQSUD MAHMUDOVDAN QƏDİMİ QIZIL SAATI DA SORUŞDULAR
-
01:04“Emin 444”ü Zakir Həsənovun evinin qarşısında öldürən dünya çempionu qətlə yetirildi
-
23:49Bəxtiyar Hacıyev: “Polis idarəsində məni saatlarla dizlərimin üstündə saxladılar, təhqir etdilər”
-
23:45“Cahangir Əsgərov və xanımından 16 milyonumu tələb etdiyimə görə həbsdəyəm”
-
23:41Maqsud Mahmudov: “Uşaqlarımın şəklini yayıb, “vətən xaininin övladları” yazmışdı”
-
23:35Mariupol doğum evinə hava zərbəsi: 17 yaralı
-
23:32Tələt Əliyev axtarışa verildi
-
23:29Çernobıl AES-də işıq tamamilə kəsildi - “48 saat sonra sızma qaçılmaz olacaq”
-
23:28Rusiya Ukraynadakı əməliyyatlarda çağırışçıların olmasını etiraf etdi
-
15:54Rusiyanın 15 milyon dollarlıq “Pantsir” kompleksi və daha bir neçə texnikası qənimət götürüldü
-
15:51Ukrayna MN: "Rusiya qoşunları əsas səyləri Kiyevin mühasirəyə alınmasına yönəldib"
-
15:47“İcra Hakimiyyətinə bina tikməyə 3 milyon manat ayrılmışdı, 3 aya yoxa çıxdı...”
16 May 2022
15 May 2022
30 Aprel 2022
20 Aprel 2022
18 Mart 2022
16 Mart 2022
15 Mart 2022
09 Mart 2022
04 Mart 2022
Digər xəbərlər
-
Foto, Dünya
Ukraynada daha bir Rusiya generalı məhv edildi
-
Manşet, Foto, Dünya
Mariupol doğum evinə hava zərbəsi: 17 yaralı
-
Manşet, Foto, Dünya
Rusiyalı oliqarx Britaniyadakı malikanəsində asılmış halda tapıldı
-
Foto, Dünya
Ukrayna-Rusiya danışıqları başa çatdı
-
Manşet, Foto, Dünya
Xarkov ətrafında Rusiya ordusunun elit bölmələri əsir alındı
-
Foto, Dünya
Zelenski BMT-də Rusiya əleyhinə səsvermənin nəticələrini paylaşdı
-
Manşet, Foto, Dünya
Xarkova hücum dəf edildi, Rusiya ordusu 40-dan çox texnika itirdi
-
Foto, Dünya
“Kiyev xəyaləti” artıq 16 Rusiya təyyarəsi vurub
-
Foto, Dünya
Kiyevdən 64 km məsafədə rus tanklarının kolonu görüntüləndi