Oqtay Şirəliyev, Ramin Bayramlı və Zaur Əliyev peyvənd olundular Oqtay Şirəliyev, Ramin Bayramlı və Zaur Əliyev peyvənd olundular

Oqtay Şirəliyev, Ramin Bayramlı və Zaur Əliyev peyvənd olundular
 Çin istehsalı olan "CoronaVAC" vaksini ilə peyvəndlənməyə start verildi
Yanvarın 18-də Azərbaycanda Çin istehsalı olan "CoronaVAC" vaksini ilə peyvəndlənməyə start verilib. Bakı Sağlamlıq Mərkəzində səhiyyə naziri Oqtay Şirəliyev, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev və TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı ilk peyvənd edilənlərdən olub. Bu barədə "Azərtac”ın yaydığı məlumatda bildirilir. Məlumata görə, nazirlə yanaşı, nazir müavinləri və digər rəsmi şəxslərə də koronavirus əleyhinə peyvənd vurulub.
Vaksinasiyadan sonra nazir Oqtay Şirəliyev jurnalistlərə bildirib ki, mütəxəssislər Azərbaycan üçün ən yaxşı vaksini "Sinovac" şirkətinin vaksini olduğu qərarına gəlib: "Bir neçə ölkələrdə kliniki sınaqlardan keçib. Heç bir yerdə fəsadı olmayıb. Qardaş Türkiyədə də bu vaksindən istifadə olunur. Həmçinin kifayət qədər effektlidir. Hər vaksinasıyadan sonra müəyyən insanlar xəstələnə bilər, amma onlar da xəstəliyi yüngül keçirirlər. Bunlar nəzərə alınaraq, seçim olundu”. 

Çin istehsalı olan "CoronaVAC" vaksini
Nazir jurnalistləri də vaksinasiyaya qoşulmağa dəvət edib. Nazirlər Kabinetinin 16 yanvar tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” təsdiq edilib. Strategiyaya uyğun olaraq vaksinasiyanın birinci mərhələsində səhiyyə işçiləri, 65 yaşdan yuxarı şəxslər və hüquq mühafizə orqanları tərəfindən əksepidemik tədbirlərə cəlb olunan heyət peyvənd olunacaqlar.

Xəbər lenti