"Ona dedim ki, 350 mini düzəldə bilmirəm. Dedi ki, get, evini sat, pulu gətir." -MAHMUDOVUN BANDA ÜZVLƏRİ ÖZLƏRİNİ KİMDƏN GİZLƏDİR

24 Noyabr 2021, 15:31
24 Noyabr
2021
15:31
2233
Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şixəliyev və digərilərinin cinayət işi üzrə məhkəmə prosesi davam edir. Hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə müttəhimlər kürsüsünə Mövlam Şıxəliyevlə yanaşı MTN-in şöbə rəisi vəzifəsində işləmiş Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin rəis müavini olmuş Yasin Məmmədov və şöbə rəisinin müavini postunu tutmuş Sahib Ələkbərov çıxarılıblar.
İttihama görə, Mövlam Şixəliyev və digər 3 nəfər mütəşəkkil cinayətkar dəstə halında 14 milyon 292 min manat, 5 milyon 77 min manat məbləğində isə özgə əmlakını hədə-qorxu ilə ələ keçirib.
Mövlam Şıxəliyevə qarşı Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham irəli sürülüb.
Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilsələr də, ibtidai istintaq dövründə həbs olunmayıblar.
Məhkəmə də ibtidai istintaq dövründə barələrində verilən qərarı dəyişməyib.
Odur ki, təqsirləndirilənlər məhkəmə binası qarşısında zərərçəkənlərə, mətbuat nümayəndələrinə təzyiq göstərməkdən çəkinmirlər.
Proses açıq elan olunsa da, faktiki olaraq qapalı keçirilir, media nümayəndələri qanunsuz olaraq iclasa buraxılmırlar.

Zərərçəkmiş Hüseyn Səfərov
Ötən prosesdə zərərçəkənlərdən Hüseyn Səfərov vəsatətlə çıxış edərək təqsirləndirilən şəxslərdən Vüsal Ələkbərovun həbsini tələb etmişdi. Hüseyn Səfərov vəsatətini belə əsaslndırmışdı ki, məhkəmə binası önündə Vüsal Ələkbərov ona təzyiq göstərir, hədə-qorxu gəlir. Ondan ifadələrindən imtina etməyi və ərizəsini geri götürməyi tələb edir.
"Məni hədələyir. Ərizəmi geri götürməyəcəyim halda mənim üçün pis olacağını deyir. Deyir ki, mən bəraət alacağam, səni həbs edəcəyəm. Xahiş edirəm ki, barəsində həbs qəti imkan tədbiri seçilsin, bizə qarşı zorakılığın, təzyiqlərinin qarşısı alınsın” – deyə zərərçəkən vəsatətində bildirmişdi.
Bundan sonra prokuror məsləhətləşmək üçün prosesdə fasilə elan edilməsini istəmişdi. Məhkəmə prokurorun istəyini nəzərə almışdı.
Noyabrın 23-də keçirilən proses əvvəlki proseslərdən təqsirləndirilən şəxslərin – Vüsal Ələkbərov, Sahib Ələkbərov və Yasin Məmmədovun əhvallarının yüksək səviyyədə olması ilə fərqlənib.

Vüsal Ələkbərov
Zərərçəkənlər məhkəmə zalında təqsirləndirilən şəxslərin aralarında danışıb gülmələrinin səbəbini anlamayıblar. Hətta hakim Elbəy Allahverdiyev zala daxil olarkən belə hər 3 şəxs gülərək ona əhəmiyyət belə verməyiblər.
Hakimin "özünüzü yığışdırın” nidasından sonra bayaqdan gülüb danışan Vüsal Ələkbərovun həbsi ilə bağlı vəsatət müzakirəyə çıxırılıb. Hakim vəsatətə münasibət bildirmək üçün sözü prokurora verib. Prokuror isə vəsatətin qiymətləndirilməsinini məhkəmənin mülahizəsinə buraxıb. Bundan sonra hakimlər müşavirəyə yollanıb. Müşavirədən qayıtdıqdan sonra vəsatət heç bir səbəb göstərilmədən, əsaslandırma olmadan, izah verilmədən rədd edilib. Vəsatət rədd ediləndən sonra təqsirləndirilən şəxslər yenidən gülməyə başlayıblar.
Bundan sonra zərərçəkən Hüseyn Səfərov sərbəst ifadəsini davam etdirdi:
- Ötən prosesdə də demişdim, bu quldurlar məni girov götürəndə "Kapital Bank”ASC-nin "Tərəqqi” filialının müdiri vəzifəsində işləyirdim. 2008-ci ilin oktyabr ayının əvvəlində məni tutdular. 67 gün məni MTN-də saxladılar. Ailəmdən 3 milyon dollar pul tələb edirdilər. Mənə də cinayətimin nə olduğunu da demirdilər. Deyirdilər ki, 3 milyon dolları ver, buradan çıx. Verməsən, burada qalacaqsan. Məni "Meşə qardaşları” adlanan qrupun üzvləri ilə bir kameraya salmışdılar. Hədələyirdilər ki, həmin adamları ömürlük cəzaya məhkum edəcəklər. Onlardan ötrü səni öldürmək də heç nədir. Yəni səni öldürsələr belə cəzaları dəyişməyəcək, onsuz da ömürlük alacaqlar. Məni 67 gün ərzində dəfələrlə Mövlam Şıxəliyevin xidməti otağına aparıb mənəvi təzyiq göstərirdilər. Mövlam Şıxəliyev deyirdi ki, pulu verməsən, ömürlük olaraq həbsdə qalacasan, səninlə yanaşı oğlunu da həbs edəcəyik.

Sahib Ələkbərov
Ailəm bunların tələb etdikləri pulu toplaya bilmirdi. 60 günə 1 milyon 650 min dollar yığıb bu quldurlara verdilər. Həmin gün mən Vüsal Ələkbərovun kabinetində idim. Oğlum pulu gətirib MTN-in arxa qapısında Vüsala vermişdi.
Möhtərəm hakim, bunlar o dərəcədə harınlamışdılar ki, Vüsal Ələkbərov oğluma zəng edib açıq şəkildə "pulu gətirmisən” deməkdən belə çəkinmirdi.
Pulu MTN-in binası yanında oğlumdan alıb kabinetinə gətirdi. Qara "Nike” markalı çanta idi. Ondan xahiş etdim ki, aç pula baxım. Açdı, əlimi pula vurub Vüsalın üzünə baxdım. Gözləri parıldayırdı. İmkanı olsaydı, sevincindən çırtma çalıb oynayardı.
Telefonu götürüb Mövlam Şıxəliyevə zəng elədi. Sevincək şəkildə "Mövlam müəllim, pul gəldi” dedi. O da dedi ki, pulu gətir kabinetimə gəl. Vüsal çantanı götürüb sevinə-sevinə getdi. Az sonra qayıdıb gəldi, dedi ki, səni bir neçə günə buraxacağıq. Belə də oldu. Dekabrın 19-da Mövlam Şıxəliyev məni kabinetinə çağırdı. Dedi ki, səni bu gün buraxırıq, amma yerdə qalan 350 min dolları da qısa zamanda verməlisən. Verməsən, səni də, oğlunu da həbs edəcəyik.
Mən azadlığa çıxandan sonra pulu toplaya bilmirdim. 2009-cu ilin əvvəlində Vüsal Ələkbərovun yanına getdim.
Ona dedim ki, 350 mini düzəldə bilmirəm. Dedi ki, get, evini sat, pulu gətir. Ona dedim ki, mənim bircə evim var, həmin evin də üzərinə həbs qoymusuz. Məktub verdi, gedib evi həbsdən çıxardım və satdım. Qaldırın, işin içində bunun məktubu da, evi həmin məktubdan sonra satdım. Buna dair arayış da işdə var. 350 min dolları da gətirib MTN-in binasının arxa tərəfində oğlumun iştirakı ilə şəxsən Vüsal Ələkbərova verdim.
Bu adamların gözləri doymurdu. 2009-cu ilin may ayında Vüsal Ələkbərov mənə zəng elədi, dedi ki, Mövlam müəllim general rütbəsi alıb, ona hədiyyə gətir. Mənə 2 "Vertu” telefon aldırdı. MTN-nin inzibati binasında, Vüsal Ələkbərovun xidməti otağında hər birinin dəyəri 6 min 500 manat olmaqla 2 "Vertu” telefonu ona verdim.
Bir neçə ay sonra Vüsal Ələkbərov yenə də mənə zəng elədi, dedi ki, Mövlam müəllimin ad günüdür, ona bahalı hədiyyə gətir. Dəyəri 21 min dollar olan qızıl saatı aparıb Mövlam Şıxəliyevə kabinetində verdim. Yenə əl çəkmədilər. Vüsal Ələkbərov zəng eləyib məndən ov silahı istədi.
2009-cu ilin yayında Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 164 saylı evin yaxınlığında Qələbə dairəsi adlanan ərazidə 800 manat dəyərində 856204 saylı "Churchill” markalı 12 mm kalibrli ov tüfəngini ona verdim. Həmin silahı mənim yanında qardaşına verdi.
Sərbəst ifadəsini bitirəndən sonra hakim proses iştirakçılarına müraciət edərək Hüseyn Səfərova suallarının olub-olmaması ilə maraqlanıb.
Prokuror zərərçəkənə Mövlam Şıxəliyevi nə vaxtdan tanıması, xidməti kabinetində neçə dəfə olması ilə bağlı suallar verib.
Hüseyn Səfərov deyib ki, Mövlam Şıxəliyevi həbsindən 1 gün sonra görüb və tanıyıb. Bundan sonra Vüsal Ələkbərovun müşayəti ilə dəfələrlə Mövlam Şıxəliyevin xidməti kabinetində olub:
-Hər görüşümüzdə Mövlam Şıxəliyev "pulu nə vaxt çatdırırsız” "pulu nə vaxt verirsiz” suallarını verirdi. Mən də deyirdim ki, uşaqlarım pulu toplaya bilmirlər, nə vaxt düzəltsələr, gətirib verəcəklər.
Bundan sonra zərərçəkənlərdən Zaur Əliyev Hüseyn Səfərova bir neçə sual verib.
Məlum olub ki, Hüseyn Səfərov həbsdə olduğu günlər ərzində barəsində cinayət işi, cinayət təqibi, istintaq hərəkəti olmadan 67 gün qanunsuz və əsassız olaraq MTN-də saxlanılıb:
-Məni orada girov saxlayırdılar. Bilirdilər ki, məni azad etsəydilər, tələb etdikləri 3 milyon dolları ala bilməyəcəklər.
Bundan sonra Mövlam Şıxəliyevin vəkili Ceyhun Yusifov da Hüseyn Səfərova bir neçə sual verib.
Əvvəllər Vüsal Ələkbərovdan şikayətçi olduğu halda Mövlam Şıxəliyevdən şikayət etməməsinin səbəbi ilə maraqlanıb. Hüseyn Səfərovun cavabı belə olub:
-Eldar Mahmudov vəzifədən çıxarılandan sonra Vüsal Ələkbərov həbs olundu. Mən o zaman ondan rəsmi olaraq şikayət etmişdim. O zaman mən Mövlam Şıxəliyevə zəng vurdum, ondan məndən aldıqları 2 milyon dolları geri tələb etdim. O da dedi ki, məsləhət edəcək, mənimlə əlaqə saxlayacaq. Kiminlə məsləhət edəcəyini demədi. Bu gün Mövlam Şıxəliyev buradadır, məsləhət verəninin kimliyini özündən soruşun. Bir neçə gündən sonra onunla bir də əlaqə saxladım. Lakin telefon zənglərimə cavab vermədi.
Mövlam Şıxəliyev isə zərərçəkənin yalan danışdığını deyib. Hüseyn Səfərov isə cibindəki Quran kitabını çıxararaq Mövlam Şıxəliyevə uzadıb. O da əlini müqəddəs kitaba uzadaraq baş verənlərdən xəbərsiz olduğunu deyib.
Prokuror və hakimlər Hüseyn Səfərovun ailəsinin pulu necə toplamaları, harada və kimə vermələrinə dair bir neçə sual veriblər. Hüseyn Səfərov suallara ətraflı cavab verib. Bundan sonra proses noyabrın 30-na kimi təxirə salınıb.
Növbəti prosesdə Hüseyn Səfərovun qanunsuz həbsi epizodu üzrə şahidlərin dindiriləcəyi gözlənilir.
Xəbər lenti
-
20:04Qardaş bacısının 40 mərasimi günü özünü öldürdü
-
21:59MTN-də Rüstəm Usubovun həbsinə göstəriş verilibmiş... - ŞOK DETALLAR
-
21:13“Allahı söyənlərə cəza!” şüarına görə saxlanılanlardan daha birinə həbs qərarı
-
21:09Aclıq edən inanclı fəallar: “Taleh Bağırzadə tükənib, Abbas Hüseynov yıxılıb…”
-
21:06DTX Gömrük Komitəsində əməliyyat keçirdi - Vəzifəli şəxslər saxlanıldı
-
21:51Sahib Ələkbərov Mövlam Şıxəliyevi ifşa etdi
-
21:28“Polis dedi ki, siz gedin rəis müavinini “görün”, əlindəki biabırçı görüntüləri yaymasın”
-
21:23Aytən Məmmədova yenə Bakı Şəhər Baş Polis İdarəsində dəvət edilib
-
23:12Namik Bakinskiy “proqon” yaydı, 11 nəfəri “samozvanets” elan elədi
-
02:50Vilayət Eyvazov Şeyxin bacısı oğlunu rəis təyin etdi
-
00:16"Bir neçə nəfər də töküldü üstümə, məni yıxdılar, qolumu burdular, sürüdülər..." - VİLAYƏT EYVAZOVA MÜRACİƏT
-
23:58Yavər Camalovun oğlu xaricdə 8 milyon dollara mənzillər alıb
-
23:51Bakıda polkovnik-leytenant iş başında öldü
-
23:49MTN-in ən qeyrətli müstəntiqi danışdı - Zakir Qaralovla Rüstəm Usubovun tapşırığı əsasında həbs etmişik
-
13:58Bakıya yeni prokuror təyin edildi
-
13:56Prezident XTQ-nin hərbi hissəsində
-
13:52MTN pul bölgüsündə Baş Prokurorluğa “atıb”
-
00:35Hərbçilərə işgəncə verdiyi üçün axtarılan Polad Əzizov kimdir?
-
00:30“Əməliyyat müvəkkili məni axşama kimi fasilələrlə döydü”
-
00:27“Qazprombank”ın sabiq vitse-prezidenti və ailəsi ölü tapılıb
-
00:25Tərtər hadisələri zamanı öldürülən Elçin Quliyev bəraət aldı
-
00:22“Tərtər işi”: 7 nəfər həbs olunub, 280 şəxs zərərçəkmiş kimi tanınıb
-
00:19Arvadını öldürüb özünü asdı - Daha bir dəhşətli qətl
-
00:18''Biz Mövlam Şıxəliyevin ailə üzvlərinin də həbsini tələb etmişik...''
-
01:58Bayden Putini “qanlı diktator” və “quldur” adlandırdı
-
01:56FHN Hospitalının baş həkiminə hökm oxundu
-
12:42DTX düşmənlə məxfi əməkdaşlıq edən şəxsi ifşa etdi
-
17:34“Qanuni oğru” Namiq Səlifov Rufo Gənciniskinin adamını cəzalandırdı
-
13:45MTN-də 8 milyon dolları alınan iş adamı Neftçalada vaqonda yaşayır - gerçək hekayət
-
13:37Ukraynada daha bir Rusiya generalı məhv edildi
-
13:34Dünən Bakıda öldürülən dünya çempionunun son SƏS YAZISI - Yeni detallar
-
13:29Rusiya 10 gün sonra dayana bilər - Amerikalı generaldan proqnoz
-
13:24Dünya çempionu Zaur Yusifov marketdə güllələnibmiş...
-
13:21Zaur Yusifovun qətlinə görə “Emin 444”ün xalası oğlu tutuldu
-
01:26Məşhur prokuror Tariyel Qurbanov işdən çıxarıldı
-
01:23Canlı efirə “Müharibəyə yox!” plakatı ilə çıxan kanal əməkdaşı saxlanıldı
-
01:14İcra başçısının köməkçisi saxlanılıb
-
01:10Rusiyada: Canlı yayımda redaktor studiyaya girib müharibəyə qarşı çıxdı
-
01:07“Dedilər qızılları götürüb qaçıb. Hamı yığışmışdı lombardın qabağına...” - MAQSUD MAHMUDOVDAN QƏDİMİ QIZIL SAATI DA SORUŞDULAR
-
01:04“Emin 444”ü Zakir Həsənovun evinin qarşısında öldürən dünya çempionu qətlə yetirildi
29 İyul 2022
20 İyun 2022
15 İyun 2022
12 İyun 2022
27 May 2022
16 May 2022
15 May 2022
30 Aprel 2022
20 Aprel 2022
18 Mart 2022
16 Mart 2022
15 Mart 2022
Digər xəbərlər
-
Manşet, Məhkəmə
MTN-də Rüstəm Usubovun həbsinə göstəriş verilibmiş... - ŞOK DETALLAR
-
Manşet, Məhkəmə
Sahib Ələkbərov Mövlam Şıxəliyevi ifşa etdi
-
Manşet, Məhkəmə
MTN-in ən qeyrətli müstəntiqi danışdı - Zakir Qaralovla Rüstəm Usubovun tapşırığı əsasında həbs etmişik
-
Manşet, Məhkəmə
MTN pul bölgüsündə Baş Prokurorluğa “atıb”
-
Manşet, Məhkəmə
''Biz Mövlam Şıxəliyevin ailə üzvlərinin də həbsini tələb etmişik...''
-
Manşet, Məhkəmə
“Dedilər qızılları götürüb qaçıb. Hamı yığışmışdı lombardın qabağına...” - MAQSUD MAHMUDOVDAN QƏDİMİ QIZIL SAATI DA SORUŞDULAR
-
Manşet, Məhkəmə
“Cahangir Əsgərov və xanımından 16 milyonumu tələb etdiyimə görə həbsdəyəm”
-
Manşet, Məhkəmə
Maqsud Mahmudov: “Uşaqlarımın şəklini yayıb, “vətən xaininin övladları” yazmışdı”
-
Manşet, Məhkəmə
“İcra Hakimiyyətinə bina tikməyə 3 milyon manat ayrılmışdı, 3 aya yoxa çıxdı...”