Obyekti qarət edilən xanım: "Oğruları Zeynal Usubov azadlığa buraxıb"

Obyekti qarət edilən xanım:
Загрузка...
Bakıda məşhur gözəllik salonunun rəhbəri ona qarşı cinayət törədənlərin azadlıqda gəzməsindən şikayətçidir. "Viqas” saç-qaynaq mərkəzinin rəhbəri Vüsalə İslamova Criminal.az saytına bildirib ki, 2019-cu il yanvarın 26-na keçən gecə Yusifov küçəsində yerləşən özünə məxsus "Viqas” saç-qaynaq mərkəzindən oğurluq edilib. Mərkəzin pəncərənin dəmir barmaqlıqlarını sındırmaq yolu ilə oğurluq edilib.
Onun sözlərinə görə, oğrular mərkəzdə 14736 manat nağd pul, 13 700 manat dəyərində təbii saç oğurlayıb:
"Cinayətin üstünü fevralın 8-də özümüz açdıq. Əhəd Quliyev və Rövşən Əliyevi tutularaq Nərimanov rayon Polis İdarəsinin 17-ci polis bölməsinə təhvil verilib. İş ilk olaraq müstəntiq Rəşad Məmmədovun icraatında olub. Özünün bildirdiyinə görə işi materiallarını Nərimanov rayon Prokurorluğuna aparıb. Prokuror müavini Zeynal Usubov tutulan şəxsləri azadlığa buraxıb. Belə əsaslandrıb ki, guya tutulan şəxs dəmir udub. Sonradan iş Rəşad Məmmədovdan alınaraq Cabir adlı müstəntiqə verilib. Bir ay sonra iş prokurorluğa göndəriləndən sonra Zeynal Usubov başqa müstəntiqə verib. İşi hazırda müstəntiq Vüsal Quliyev araşdırır”.
V.İslamova deyir ki, hazırda oğurluqda şübhəli bilinən şəxslər azadlıqdadır: "Vüsal müəllim belə əsaslandırır ki, ekspertizanın rəyini gözləyir. İş ona görə də uzadılır. Əvvəl mənə deyilirdi ki, oğrulardan biri - Rövşən azadlıqda olsa da, Əhəd təcridxanadadır. Amma bu gün məlum olur ki, hər ikisi azadlıqdadır. 3 aydan artıqdır cinayət baş versə də, şübhəli şəxslər azadlıqda gəzir”.
Müstəntiq Vüsal Quliyev Criminal.az saytına açıqlamasında bildirdi ki, oğurluqda şübhəli şəxslər məsiliyətə cəlb olunub, sadəcə barələrində həbssiz qətimkan tədbiri seçilib.
Загрузка...
Загрузка...

Xəbər lenti