MTN generalı özündən getdi, məhkəməyə təcili yardım çağırıldı MTN generalı özündən getdi, məhkəməyə təcili yardım çağırıldı

MTN generalı özündən getdi, məhkəməyə təcili yardım çağırıldı
Zərərçəkənlər generalı simulasiya etməkdə ittiham etdi
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şixəliyev, idarənin əməkdaşları Vüsal Əliyev, Yasin Məmmədov və Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam edir. Criminal.az xəbər verir ki, noyabrın 5-də Bakı Hərbi Məhkəməsində keçirilən açıq məhkəmə iclasına jurnalistlər yenə buraxılmayıb.
Hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə kritik anlar yaşanıb. Təqsirləndirilən Yasin Məmmmədov dindirilərkən sabiq rəisi Mövlam Şıxəliyevin əleyhinə ifadə verib. Qanunsuz həbslər, cinayətə bərabər qanunsuz göstərişlərlə bağlı sualların cavabında məsuliyyəti üzərindən atıb. Belə tapşıqların Mövlam Şıxəliyevin göstərişi ilə baş tutduğunu deyib. 

Yasin Məmmədov 
Keçmiş işçisinin ifadəsi Mövlam Şıxəliyevi əsəbiləşdirib. Saxlandığı dəmir barmaqlıqlar arxasında halı pisləşən Mövlam Şıxəliyev özündən gedib. Konvoy onu yarıhuşsuz halda zaldan çıxarıb. Bakı Hərbi Məhkəməsinə təcili tibbi yardım dəvət olunub. 
Zərərçəkənlər hakimdən tələb ediblər ki, Mövlam Şıxəliyev tez bir zamanda zala qaytarılsın və məhkəmə prosesi davam etdirilsin. Onlar Mövlam Şıxəliyevi özünü pis hiss etməsi görüntüsü yaratmaqda ittiham ediblər.
Məhkəməyə çağırılan həkimlər Mövlam Şıxəliyevi müayinə etdikdən sonra Criminal.az-ın əməkdaşına bildiriblər ki, pasiyentin təzyiqi qalxıb, həyatına hər hansı bir təhlükə yoxdur.
Qeyd edək ki, sabiq MTN generalı Mövlam Şixəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almaqda, həmçinin səlahiyyət həddini aşmaqda və sübutları saxtalaşdırmaqda ittiham edilir. Təqsirləndirilən şəxslərdən yalnız Mövlam Şıxəliyev həbsdədir, digərləri barəsində istintaq, məhkəmə dövründə həbslə əlaqəli olmayan qəti imkan tədbiri seçilib.

Xəbər lenti