Meyxanaçı Cavid Sumqayıtlı həbs edilib

Meyxanaçı Cavid Sumqayıtlı həbs edilib
 Tanınmış meyxanaçı Cavid Sumqayıtlı (Babaşov) həbs edilib. DİN-dən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, Sumqayıt şəhər sakini C. Babaşov narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli bilindiyi üçün 15 may 2021-ci il tarixində Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən saxlanılıb.
Üzərinə baxış keçirilən zaman 206 qram narkotik vasitə heroin və elektron tərəzi aşkar edilib. C.Babaşova Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan edilib və o, təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda həmin şəxs barəsində istintaq araşdırmaları sona çatıb və iş baxılması üçün məhkəməyə göndərilib.

Xəbər lenti