“Məni qandallayıb döyürdülər, üstümə nəcis tökməklə hədələyirdilər”

20 Noyabr 2020, 16:29
20 Noyabr
2020
16:29
170
Məhbus: "Təcridxanaya daxil olduğum gündən Rəşad adlı rəis müavini və digərləri tərəfindən mənə ağır işgəncələr verilib”
Sentyabrın 17-dən həbsdə olan 37 yaşlı Rasim Ramazanov Bakı İstintaq Təcridxanasına gətirildiyi gündən orada həm fiziki, həm də mənəvi işgəncələrə məruz qaldığını bildirir. O, Prezident Administrasiyası, Ombudsman Aparatı, Bakı Şəhər Prokurorluğu və digər qurumlara ünvanladığı şikayət ərizələrində də bu barədə yazıb.
R.Ramazanovun ailə üzvləri Meydan TV-yə bildirib ki, dövlət orqanlarına şikayətlərindən bir ay keçir: "Bu bir ayda işgəncə verənlər barədə heç bir tədbir görülməyib, şikayətə baxan yoxdur. Bunun nəticəsidir ki, təcridxanada işgəncələr də davam edib. Cəzasızlıq mühiti yeni-yeni cinayətlərə rəvac verir. Rasim Ramazanov hələ təqsirləndirilən şəxsdir, heç istintaq başa çatmayıb, məhkəmə başlamayıb, kimin ixtiyarı var ki, onunla cinayətkar kimi davransın? İkincisi, harda yazılıb ki, cinayətkarı döymək, işgəncə vermək təhqir etmək olar? Bu qədər özbaşınalıq olmaz axı...”
R.Ramazanov ailə üzvlərinə intihar həddinə çatdırıldığını yazıb.
"Təcridxanaya daxil olduğum gündən Rəşad adlı rəis müavini və digərləri tərəfindən mənə ağır işgəncələr verilib. Dövlət orqanları ilə yanaşı, təcridxananın rəisi Elnur İsmayılova da bu barədə şikayət ərizəsi yazmışam, Rəşad və digər müavinlərinin əməllərini xəbər vermişəm, tədbir görülməsini istəmişəm. Lakin rəis onlar haqqında tədbir görməkdənsə, məni cərimə kamerasına (kars) saldırdı. Bununla da kifayətlənmədilər. Rəşad tabeliyində olan əməkdaşlara göstəriş verərək, əllərimi yenidən qandallatdırdı və bu vəziyyətdə mənə işgəncələr verməyə başladılar”, - R.Ramazanov məktubunda yazıb.
Onun sözlərinə görə, təcridxana əməkdaşları əllərini qandalla çarpayıya bağlayıb, ağzına da yapışqan vurublar: "Bu vəziyyətdə təpikləyirdilər, yumruqlayırdılar. Rəşad əynimdəki paltarları cırdı, birbaşa bədənimə vururdu. Məni üstümə nəcis töküb alçaltmaqla hədələyirdilər”.
R.Ramazanov ailə üzvlərinə məktubunda yazıb ki, ona nəsə olsa, buna görə Bakı İstintaq Təcridxanasının rəhbərliyilə yanaşı, həm də baş verənlərə göz yuman digər dövlət orqanları məsuliyyət daşıyır.
Penitensiar Xidmət isə bu qurumun tabeliyindəki təcridxana və cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərə işgəncə verilməsi barədə şikayətlərin əsassız olduğunu bildirir.
"Kiminsə şikayəti varsa, ərizə ilə müraciət etsə, məsələ dərhal araşdırılır”, - deyə Penitensiar Xidmətdən Meydan TV-yə bildirilib.
R.Ramazanov Cinayət Məcəlləsinin 127 (qəsdən sağlamlığa az ağır zərər vurma), 182 (hədə-qorxu ilə tələbetmə) və 228-ci (qanunsuz silah-sursat saxlama) maddələrilə ittiham olunur. Onun barəsində sentyabrın 17-də Abşeron Rayon Məhkəməsinin qərarıyla ilkin istintaq dövrü üçün 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
Xəbər lenti
-
14:38Şəmkirdə qaz idarəsinin rəisi Azərbaycan məhkəməsinə meydan oxuyur
-
14:34"Neft məhsullarının qaçaqmalçılığına görə" həbs olunan Azərbaycan vətəndaşları ölkəyə qayıdıblar
-
14:33DİN: "Özünü polis əməkdaşı kimi təqdim edən şəxslərin sayı artır"
-
14:31Əli Kərimlinin mühafizəçisinə daha iki ittiham irəli sürülüb
-
14:30Gəncənin yol polisi rəisi vəzifəsindən çıxarıldı
-
17:21DTX rəisini 200 min dollar rüşvətdə ittiham edən sabiq bələdiyyə sədri ''Bandotdel''ə çağırılıb
-
10:58Rusiya Müdafiə Nazirliyi 50 min erməni qaçqının Qarabağa qayıtdığını açıqlayıb
-
10:56Daha bir tərxis olunan əsgər faciəvi şəkildə öldü
-
18:39Ağdamın Xıdırlı kəndindən görüntülər
-
18:38"Dağlıq Qarabağın statusu məsələsi gələcəyə saxlanılıb"
-
18:35Bakıda süpürgəçi qadını avtomobil vurub
-
18:33Müdafiə Nazirliyi həlak olan və itkin düşənlərin yeni siyahısını yaydı
-
18:29Oqtay Gülalıyevin xanımı həkimlərlə bağlı Baş prokurora müraciət etdi
-
18:27Navalnıya 30 sutka həbs cəzası verildi
-
17:29"Məni heç bir iş üzrə, heç bir yerdə də sorğulamayıblar" - Əli Həsənov həbs xəbəri haqda
-
15:36''Prezident deyir şəhidlərin qarşısında baş əyirəm. Bəs Xəzər Aslanov kimdir?'' - Plakatı sökülən şəhidin atası
-
15:02Azərbaycan tezliklə JF-17 qırıcılarını alacaq, Hərbi Hava Qüvvələrini xeyli gücləndirəcək - 21 BELƏ QIRICI-BOMBARDMANÇI ALMAQ PLANLAŞDIRILIR...
-
13:48Oqtay Şirəliyev, Ramin Bayramlı və Zaur Əliyev peyvənd olundular
-
11:44Övladı xərçəng olan jurnalist Mehriban Əliyevadan kömək istədi - ''Nuray ölümlə üz-üzədir...''
-
11:20Rusiyaya qayıdan Aleksey Navalnı hava limanında saxlanılıb
-
11:192 gün əvvəl tərxis olunan könüllü əsgər vəfat etdi
-
11:18Cəlilabadda “Niva” aşdı - 2 ölü, 1 yaralı
-
11:17İcra başçısı müavinini vəzifədən azad etdi
-
11:15Sumqayıtda ər arvadını oteldə boğaraq öldürdü
-
01:27Həbsdəki jurnalist nazirin öz anasına qanunsuz pensiya təyin etdirməsini yazdı
-
22:51"Biz ora gedib, onlarla birlikdə yaşaya bilərikmi?
-
22:42İlham Əliyev: Açıq deməliyəm ki, ermənilər büstləri Heydər Əliyevə pulla satdılar
-
22:37“Doğma, sevimli, əvəzolunmaz Şuşa...” - Mehriban Əliyeva
-
22:35Prezident “Şuşi” adını görüb əsəbiləşdi
-
22:20Prezidentlə ailəsinin səfərdən görüntülər
-
12:17Prezident Şuşaya getdi
-
16:16Vüqar Səfərli ilə birgə həbs edilən kimdir?
-
15:32Vüqar Səfərli həbs edildi
-
15:0613 -cü ”zon”da müəammalı məhbus ölümü - İŞGƏNCƏ İDDİALARINI PENİTENSİAR XİDMƏT TƏKZİB EDİR
-
14:59Şuşada yol qəzası - 1 hərbçi öldü, 2-si yaralandı
-
14:57Dünən şəhid olan hərbçimiz dəfn edildi
-
14:56Xocalı yol idarəsinin əməkdaşı minaya düşdü
-
14:53Həbs edilən daha bir icra başçısının oğluna yeni vəzifə verildi
-
14:35Əli Kərimli: Azərbaycan xalqı mənim biznesimin olmadığını bilir
-
14:31Mübariz Mənsimov: Mənə heç kəs FETÖ damğası vura bilməz
21 Yanvar 2021
19 Yanvar 2021
18 Yanvar 2021
16 Yanvar 2021
15 Yanvar 2021
14 Yanvar 2021
Digər xəbərlər
-
Manşet, Cəmiyyət
Şəmkirdə qaz idarəsinin rəisi Azərbaycan məhkəməsinə meydan oxuyur
-
Cəmiyyət
"Neft məhsullarının qaçaqmalçılığına görə" həbs olunan Azərbaycan vətəndaşları ölkəyə qayıdıblar
-
Cəmiyyət
DİN: "Özünü polis əməkdaşı kimi təqdim edən şəxslərin sayı artır"
-
Cəmiyyət
Gəncənin yol polisi rəisi vəzifəsindən çıxarıldı
-
Sənəd, Cəmiyyət
DTX rəisini 200 min dollar rüşvətdə ittiham edən sabiq bələdiyyə sədri ''Bandotdel''ə çağırılıb
-
Cəmiyyət
Rusiya Müdafiə Nazirliyi 50 min erməni qaçqının Qarabağa qayıtdığını açıqlayıb
-
Foto, Cəmiyyət
Ağdamın Xıdırlı kəndindən görüntülər
-
Cəmiyyət
"Dağlıq Qarabağın statusu məsələsi gələcəyə saxlanılıb"
-
Cəmiyyət
Müdafiə Nazirliyi həlak olan və itkin düşənlərin yeni siyahısını yaydı