Mehriban Əliyevanın işğaldan azad edilmiş yerlərdən etdiyi Facebook paylaşımları Mehriban Əliyevanın işğaldan azad edilmiş yerlərdən etdiyi Facebook paylaşımları

Mehriban Əliyevanın işğaldan azad edilmiş yerlərdən etdiyi Facebook paylaşımları
 Azərbaycan Prezidenti İlham Əliyev və onun həyat yoldaşı, ölkənin vitse-prezidenti Mehriban Əliyeva işğaldan azad edilmiş bəzi ərazilərə, o cümlədən Cəbrayıl rayonu ərazisindəki Xudafərin körpüsünə baş çəkiblər. Bu barədə video görüntüləri birinci xanım Mehriban Əliyeva öz Facebook səhifəsində paylaşıb.
Videoda Prezident İlham Əliyev qarşı tərəfin Cəbrayılı dağıtmasından danışıb. "Bütün dünya bunu görsün. Görsün və bilsin ki, biz hansı yaramaz düşmənlə üz-üzəyik. Bütün binaları dağıdıblar. Talan ediblər. Onların məqsədi var idi. Heç vaxt bundan sonra burada azərbaycanlılar yaşamasın. Yaşayacağıq. Əbədi yaşayacağıq". İlham Əliyev videoda niqtinin davamında bildirib ki, dağıdılmış ərazilərin "hamısı bərpa ediləcək".
Daha sonra o "30 il ərzində heç bir beynəlxalq qurumun Azərbaycan ərazilərində baş verənlərlə bağlı məsələ qaldırmadığını" vurğulayıb. İlham Əliyev və Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərində olublar. 



Xəbər lenti