Məhkəmə vəkillə bağlı şikayəti icraata götürməyib

23 Noyabr 2020, 18:20
23 Noyabr
2020
18:20
370
Aqil Layıc: "Onun haqqında rəy vaxtilə efirdə səsləndirdiyi ikrah doğuran fikirlərindən irəli gəlir”
"Azvision.az” saytının baş redaktoru, "Real” telekanalında müəllif verilişinin aparıcısı Vüsal Məmmədov bir sıra ictimai-siyasi fəalların hüquqlarını müdafiə edən vəkil Aqil Layıcın cinayət məsuliyyətinə cəlb olunmasını tələb edir.
Noyabrın 23-də Nizami Rayon Məhkəməsində onun vəkilə qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddiaya baxılıb. V.Məmmədov özü məhkəməyə gəlməyib, onu vəkili Mehman Muradlı təmsil edib.
Vəkil iddianı müdafiə edərək, icraata götürülüb baxılmasını istəyib.
İddianın səbəbi isə A.Layıcın "Facebook” səhifəsində V.Məmmədov haqqında yazdığı fikirlərdir.
Vəkil V.Məmmədovun cəmiyyətdə insanların intim həyatına aid məlumatları yaymaqla məşğul olan biri kimi tanınması haqda yazıb.
V.Məmmədov məhkəməyə təqdim etdiyi iddia ərizəsində vurğulayıb ki, A.Layıc mübahisəyə səbəb olan statusu "Azvision.az” saytında Meydan TV əməkdaşları haqda yayılan məqalədən sonra yazıb: "Cavabdeh özü də qeyd edir ki. statusun yazılmasına səbəb mənim mənim Meydan TV haqqında yazdığım material olub. Çox qəribədir. Çünki həmin material müharibə dövründə Azərbaycana qarşı həyata keçirilən ideoloji təxribat cəhdlərinin ifşasına həsr olunub”.
Məhkəmədə A.Layıc iddiaya yazılı şəkildə etiraz verərək, onun icraata götürülməməsini istəyib. Vəkil bildirib ki, V.Məmmədov haqqında cəmiyyətdə formalaşmış konkret rəy var. Bu da ondan ibarətdir ki, o, müxalif mövqeli siyasətçilərin, tənqidçi jurnalistlərin şəxsi həyatına aid, intim görüntülər yayan jurnalist kimi tanınır.
A.Layıc "Wikipedia” məlumat lövhəsindən çıxarışı, həmçinin V.Məmmədovun "7news.az” saytına müsahibəsindən bir hissəni də məhkəməyə təqdim edib. "Wikipedia”da V.Məmmədov haqqında "Azərbaycanda pornojurnalistikanın əsasını qoyduğu” qeyd olunub.
Müsahibədə də jurnalist ona "sizi porno videoları efirə verən jurnalist kimi tanıyırlar” deyə sual verir.
"Onun haqqında formalaşmış rəy vaxtilə efirdə səsləndirdiyi ikrah doğuran fikirlərindən irəli gəlir”, - deyə A.Layıc bildirib.
Qısa müşavirədən sonra hakim iddianın icraata götürülməsindən imtina barədə qərar çıxarıb.
V.Məmmədov A.Layıcın cəzalandırılması üçün Vəkillər Kollegiyasına da şikayət edib.
Xəbər lenti
-
14:38Şəmkirdə qaz idarəsinin rəisi Azərbaycan məhkəməsinə meydan oxuyur
-
14:34"Neft məhsullarının qaçaqmalçılığına görə" həbs olunan Azərbaycan vətəndaşları ölkəyə qayıdıblar
-
14:33DİN: "Özünü polis əməkdaşı kimi təqdim edən şəxslərin sayı artır"
-
14:31Əli Kərimlinin mühafizəçisinə daha iki ittiham irəli sürülüb
-
14:30Gəncənin yol polisi rəisi vəzifəsindən çıxarıldı
-
17:21DTX rəisini 200 min dollar rüşvətdə ittiham edən sabiq bələdiyyə sədri ''Bandotdel''ə çağırılıb
-
10:58Rusiya Müdafiə Nazirliyi 50 min erməni qaçqının Qarabağa qayıtdığını açıqlayıb
-
10:56Daha bir tərxis olunan əsgər faciəvi şəkildə öldü
-
18:39Ağdamın Xıdırlı kəndindən görüntülər
-
18:38"Dağlıq Qarabağın statusu məsələsi gələcəyə saxlanılıb"
-
18:35Bakıda süpürgəçi qadını avtomobil vurub
-
18:33Müdafiə Nazirliyi həlak olan və itkin düşənlərin yeni siyahısını yaydı
-
18:29Oqtay Gülalıyevin xanımı həkimlərlə bağlı Baş prokurora müraciət etdi
-
18:27Navalnıya 30 sutka həbs cəzası verildi
-
17:29"Məni heç bir iş üzrə, heç bir yerdə də sorğulamayıblar" - Əli Həsənov həbs xəbəri haqda
-
15:36''Prezident deyir şəhidlərin qarşısında baş əyirəm. Bəs Xəzər Aslanov kimdir?'' - Plakatı sökülən şəhidin atası
-
15:02Azərbaycan tezliklə JF-17 qırıcılarını alacaq, Hərbi Hava Qüvvələrini xeyli gücləndirəcək - 21 BELƏ QIRICI-BOMBARDMANÇI ALMAQ PLANLAŞDIRILIR...
-
13:48Oqtay Şirəliyev, Ramin Bayramlı və Zaur Əliyev peyvənd olundular
-
11:44Övladı xərçəng olan jurnalist Mehriban Əliyevadan kömək istədi - ''Nuray ölümlə üz-üzədir...''
-
11:20Rusiyaya qayıdan Aleksey Navalnı hava limanında saxlanılıb
-
11:192 gün əvvəl tərxis olunan könüllü əsgər vəfat etdi
-
11:18Cəlilabadda “Niva” aşdı - 2 ölü, 1 yaralı
-
11:17İcra başçısı müavinini vəzifədən azad etdi
-
11:15Sumqayıtda ər arvadını oteldə boğaraq öldürdü
-
01:27Həbsdəki jurnalist nazirin öz anasına qanunsuz pensiya təyin etdirməsini yazdı
-
22:51"Biz ora gedib, onlarla birlikdə yaşaya bilərikmi?
-
22:42İlham Əliyev: Açıq deməliyəm ki, ermənilər büstləri Heydər Əliyevə pulla satdılar
-
22:37“Doğma, sevimli, əvəzolunmaz Şuşa...” - Mehriban Əliyeva
-
22:35Prezident “Şuşi” adını görüb əsəbiləşdi
-
22:20Prezidentlə ailəsinin səfərdən görüntülər
-
12:17Prezident Şuşaya getdi
-
16:16Vüqar Səfərli ilə birgə həbs edilən kimdir?
-
15:32Vüqar Səfərli həbs edildi
-
15:0613 -cü ”zon”da müəammalı məhbus ölümü - İŞGƏNCƏ İDDİALARINI PENİTENSİAR XİDMƏT TƏKZİB EDİR
-
14:59Şuşada yol qəzası - 1 hərbçi öldü, 2-si yaralandı
-
14:57Dünən şəhid olan hərbçimiz dəfn edildi
-
14:56Xocalı yol idarəsinin əməkdaşı minaya düşdü
-
14:53Həbs edilən daha bir icra başçısının oğluna yeni vəzifə verildi
-
14:35Əli Kərimli: Azərbaycan xalqı mənim biznesimin olmadığını bilir
-
14:31Mübariz Mənsimov: Mənə heç kəs FETÖ damğası vura bilməz
21 Yanvar 2021
19 Yanvar 2021
18 Yanvar 2021
16 Yanvar 2021
15 Yanvar 2021
14 Yanvar 2021
Digər xəbərlər
-
Manşet, Məhkəmə
Mübariz Mənsimov: Mənə heç kəs FETÖ damğası vura bilməz
-
Məhkəmə
AXCP üzvünün ərizəsi təmin olunmayıb
-
Məhkəmə
Ali Məhkəmə sədri vəkillərdən kollegiyaya şikayət edib
-
Məhkəmə
Ali Məhkəmənin hakimi koronavirusdan vəfat edib
-
Məhkəmə
Məhkəmə Əli Kərimlinin işgəncə şikayətini araşdırmadı
-
Manşet, Məhkəmə
Ali Məhkəmə Zamirə Hacıyevanın şikayətlərini rədd edib
-
Manşet, Foto, Məhkəmə
Azərbaycanlılara işgəncə verən erməni haqda həbs qərarı verildi
-
Manşet, Məhkəmə
Kamil Zeynallı vaxtından əvvəl azadlığa çıxdı
-
Manşet, Məhkəmə
Kamil Kamil Zeynallı həbs edildi