''Qol çəkməsəm əsgərlikdə oğlumu incidəcəklər, yoldaşımı isə...'' - Balaca Arzunun ölümü ilə bağlı müstəntiq əleyhinə İFADƏLƏR

''Qol çəkməsəm əsgərlikdə oğlumu incidəcəklər, yoldaşımı isə...'' - Balaca Arzunun ölümü ilə bağlı müstəntiq əleyhinə İFADƏLƏR

Sumqayıt Şəhər Məhkəməsində 3 yaşlı Arzunun ölümündə təqsirləndirilən həkim-anestezioloq İsmayıl Qənbərovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçiriib. Criminal.az saytı xəbər verir ki, hakim Ruqiyyə Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə şahid qismində “Real” Tibb Mərkəzində anestesis tibb bacısı işləyən Abdullayeva Rəhimə ifadəsi dinlənilib. İfadə verən hət 3 şahid işin istintaqını aparan müstəntiqin onlara təzyiq etdiyini məhkəmənin diqqətinə çatdırdı. 

 “Arzu ağzını aç, açırdı, gözünü aç, açırdı, dilini çıxart, çıxarırdı...''

Tibb bacısı bildirib ki, 6 iyun 2016-cı ildə Real tibb mərkəzində Arzu Qurbanlının əməliyyatında anestesis tibb bacısı kimi iştirak edib: “Digər anestesis tibb bacısı Şərqiyyə xanım palatada uşağa iynə vurub yatızdırıb, reanimaçiyaya bizə təhvil verdi. Uşaq əməliyyat olundu və hər şey qaydasında idi. Uşaq İsmayıl həkimin əmrlərinə reaksiya verdikdən sonra ekstubasiya olundu. Həkim ona diyirdiki “Arzu ağzını aç, açırdı, gözünü aç, açırdı, dilini çıxart, çıxarırdı, nəfəs al, alırdı, trupkanı əlimiz ilə tuturduq ki, bunu çıxaraq? - başını yelliyirdi”. 

Bunlar o deməkdir ki, uşaq narkozun təsirindən çıxıb. Arzunu palataya keçirdikdən sonra ağzını silərkən mənə acığı tuturdu, başını yelləyib qoymurdu. Uşaq tam ayılmışdı. Digər tibb bacımız Təranə xanım palatada uşağın yanında qaldı, mən getdim. Saat 17-18 radələrində 173-cü palatanın qarşısından keçərkən uşağa baş çəkdim. Ana telefonla danışırdı, uşaqda yarı oturuqlu vəziyyətdə idi. Elə bu vaxtı uşaq fantanşəkilli qaytardı. Uşağın üstü, ananın üstü, pastel, yer hamısı batdı. Həmin vaxt sanitarka Süngülə xanımda palatanın hamamını silirdi. Uşaq ağlıyırdı. Məndə uşağı əydim ki, rahat qaytara bilsin. Bu vaxtı Təranə xanımda gəldi. Uşağın əynini dəyişərkən ağlıyırdı ki, anam deyişsin. Təranə xanım getdi İsmayıl həkimə xəbər verməyə. Uşaq çox aqressiv idi. Özünü kravatdan atmasın deye mən və Süngülə xanım qaldıq uşağın yanında. Sonra Təranə xanım gəldi. İsmayıl həkim özü də gəldi və mən getdim. Az sonra həkim Qurbanov növbəyə gəlmişdi. Təranə xanım həkim Qurbanovun göstərişi ilə uşağa kislarod verilməli olduğunu dedi. Uşaq çəkili uşaq olduğu üçün uşağı mən qucağıma alıb apardım 220- ci palatya. Burun kataterini uşağın burnuna qoyarkən qoymurdu, əli ilə çəkib çıxarırdı. ''Bacımı istəyirəm, evə getmək istəyirəm'' deyə ağlıyırdı. Aclığınnan şikayət edirdi. Axşam tərəfi kislaroddan sonra birdə gəldim uşağa dəyəm və gördüm ki, uşaq oturmuş vəziyyətdə 200-300 qramlıq çaşkadan süd ya da su içirdi. Çaşkanı uşağın əlindən aldım, uşaq məndən küsdü. Anası da Təranə xanıma demişdiki palataya az-az girin ki, uşaq narahat olmasın. Sizi görəndə qorxur''.

Verilən suallar əsnasında şahid R.Abdullayeva anestoloji vəsaitlər jurnalında qeydlərin ona aid olduğunu, orada kalipsolun təqribən 50 mq olmasını və heç bir düzəliş etmədiyini bildirdi.

Arzu Qurbanlı

''Müstəntiq polisə dedi ki, apar bunu bir iki sutka yatsın ağlı başına gəlsin''

R.Abdullayeva bildirib ki, istintaq zamanı müstəntiq Əflatun tərəfindən beş dəfə istintaqa çağırılıb və hər dəfə ifadəsi alınıb. ''Lakin, hazırda iki sonuncu ifadələrim göstərir ki, müstəntiq müxtəlif formalı təyziqlərlə məni oxumadan qol çəkməyə məcbur edib. İlk ifadəm normal oldu, üçüncü də normal oldu, amma oxumağa qoymadan imzalatdırdı. Bir neçə gun sonra mən zəng edib narazıçılığımı bildirdim ki, oxumamış qol çəkmişəm, oxumaq istəyirəm. Daha bir neçə gün keçdikdən sonra Əflatun müəllim yenidən məni çağırdı və dedi ki, ekspert təsdiq edib ki, jurnalı sən ağartmısan, uşaq ayılmıyıb. Mən etiraz etdim. Məni yeni ifadəyə qol çəkməyə məcbur edirdilər. 

Qapıda duran polisə qədər mənə təzyiq gostərdilər. Polisə dedi ki, apar bunu bir iki sutka yatsın ağlı başına gəlsin. Məni o qədər çox pis vəziyyətə saldılar ki, müstəntiq özü təcili tibbi yardım çağırmaq istəyirdi. Evə getmək istəyirdim. Qol çəkməsəm əsgərlikdə oğlunu incidəcəklər, yoldaşını işdən çıxardılacaq deyirdi. Hazır ifadənin üzərinə ağ vərəq qoyub mənə qol çəkdirdi və məhkəmədə də belə diyersen deye mecbur edirdi. Gəlsin üzünə deyim. İsmayıl həkimlə üzləşməmişdən öncə birden həkimin yanındada gic gic danışarsanha deyirdi. Hekimlə məni üzləşdirəndə həkimin arxasından mənə göz ağardırdı.

Tibb bacısının ifadəsində maraqlı məqamlardan biri də Arzu Qurbanlının valideynləri ilə bağlı olub. Şahid bildirib ki, 2017-ci il may ayının 19-da uşağın atası və anası başqa bir gəlinlə mənim evimə gəldilər: “Mənə dedilər ki, sən məhkəmədə İsmayıl həkimin lehinə danışsan biz səni də həbs etdirəcəyik. Mənim qonşum da bunun şahidi oldu. Digər qonşular da səs-küyü eşidib çıxdılar”. 

“Doktor, bu sizə aid deyil” deyə imkan vermədi''

Növbəti prosedə isə şahid qismində “Real” Tibb Mərkəzində anestesis tibb bacısı işləyən Şərqiyyə Məmmədovanın ifadəsi dinlənilib.

''30 iyun 2016- cı ildə mən Real Tibb mərkəzində növbədə idim. Səhər qəbul tibb bacısı mənə bildirdi ki, Arzu Qurbanlı adlı azyaşlımız var. Lor əməliyyatı üçün. Analizlərdən sonra əməliyyata qərar verildi. Uşağı əməliyyat üçün hazırladıq. Azyaşlıların əməliyyat blokuna rahat şəkildə getməmələrinə görə anestesoloq İsmayıl Qənbərov mənə palatada uşağın venasına 0.5 ml sibazon və 50 mq kalipsol vurmağı və uşaq yatdqdan sonra əməliyyat blokuna götürülməsini tapşırıq verdi. Elə də etdim. Uşağı əməliyyat blokunda həmin gün növbədə olan anestesis tibb bacısı Rəhiməyə təhvil verdim və getdim digər işlərimlə məşğul olmağa. Günorta radələrində əməliyyat bitdi. Anestesoloq İsmayıl həkim, asestesis tibb bacısı Rəhimə və kiçik tibb bacısı Rühəngizin iştirakı ilə uşağ palataya gətirildi. Qənbərov göstərişlərini verdi ki, başını yana əyin və nəzarətdə saxlayın. Mən asestesis tibb bacısı olduğum üçün ən çox məsuliyyət mənə düşürdü. 

Uşaq palataya tam adekvat vəziyyətdə gətirilmişdi. Şəxsən özüm uşağın ayıqlığına tam arxayın olmuşam. Tez tez uşağa baş çəkirdim. Başını düz saxladığını görüb yana əyirdim, uşaq əsəbləşərək yenidən başını düzəldirdi. Hər şey normal idi. Uşaq məni gördükdə mızıldanırdı. Hətda, anasınada dedim ki, deyəsən uşaq məni sevmir. Saat 16-17 radələrində Təranə xanım dedi ki, Arzuya suda içizdirmişəm. Həmin palataya tez tez girib çıxırdım.  Saat 17:30 olardı, palataya girdim və uşağı tumarlıyırdım. Uşaq yenə mızıldanırdı. Sonra İlham həkimdə gəldi. Hər şeyin normal olduğuna əmin olandan sonra biz getdik evə. Səhər işə qayıdanda bildim ki, uşaq rəhmətə gedib''-Ş.Məmmədova bildirib.

Təqsirləndirilən İsmayıl Qənbərov

İttiham olunan tərəfin müdafiəçisi şahidə “Əməliyyatdan çıxan xəstəyə yemək kimin icazəsi ilə verilir və konkret bu uşağa hansı həkimin icazəsi ilə qida verilib?” sualına şahid “Qida verilməsi əməliyyatı icra edən cərrahın icazəsi ilə həyat keçirilir. Bu uşağa da cərrah həkim İlham Ağayevin icazəsi ilə qida verilib”-cavadını verdi.

Prokurorun ''niyə iynəni siz vurmusunuz, anestis tibb bacısı yox'' sualına isə Şərqiyyə Məmmədova “mən də anestesis tibb bacısıyam. Mənə həkimin göstərişi varsa, bütün hallarda xəstəni əməliyyata hazırlamaq üçün iynə vura bilərəm” deyə aydınlıq gətirdi. 

Tibb bacısı dövlət ittihamçısı “ifadəniz zamanı sizə hər hansı təzyiq göstərildimi?” - sualını cavablandırdı: “Xeyr. İlk ifadəmi özüm vermişəm və oxuyaraq imza çəkmisəm. Müstəntiq məni şəxsiyyət vəsiqəsi gətirmək adıyla ikinci dəfə çağırdı. Hansı ay olduğunu dəqiq  xatırlamıram, soyuq vaxtlar  idi. Saat 16:00 da prokurorluğa çatdım, 17:30-dək gözlədim. Sonra müstəntiq ifadəmi yenidən imzalamaq uçun mənə verdi. Oxumaq istəyəndə eynəyimin yanında olmadığını gördüm. Bu zaman Əflatun müəllim – “oxumağa ehtiyac yoxdur, öz ifadənizin nüsxəsidir, yüngül dəyişikliklər etmişəm, tez imzalayın gedək”-deyərək mənə bir neçə kağıza imza çəkdirdi. Üçüncü ifadəmi isə İsmayıl həkimlə üzləşdirmə zamanı imzalamışam. Mən İsmayıl həkimə arxayın oldum ki, ifadəmi oxuyacaq. Lakin, həkim oxumaq istəyərkən müstəntiq əli ilə mane oldu – “Doktor, bu sizə aid deyil” deyə imkan vermədi''.

Zərər çəkmiş tərəfin müdafiəçisinin təqsirləndirilən İsmayıl həkimə “Doktor, siz üzləşmə zamanı ifadənizi oxuyub qol çəkdiniz?” sualına cavabında “bir sualdan savayı həmin gün heç bir üzləşmə olmayıb. Müstəntiq, Əflatun məndən “iynə sizin tapşırığınız ilə Şərqiyyə tərəfindən vurulub?” soruşdu. Məndə  “bəli, mənim göstərişim olmadan Şərqiyyə heç nə edə bilməz” deyə cavab verdim. İfədəmdə də həmin şey yazılıb. Amma mən nə bilim ki, Şərqiyyə xanımın ifadəsi mənə qarşıdır. Heç özü bilmir. Olmuyan şeylər yazılıb ora. Mən sonradan bilmişəm ki, müstəntiq qanunvericiliyin tələblərini pozaraq bizi aldadıb, əks tərəfin ifadələrini oxumağa imkan vermiyib. Burda nə varki. Göstərişi mən vermişəm. Amma mənim ifadəmdə təyinat göstərilməyib, nəyi nə qədər vur deyə. Üzləşdirilmədə də bu haqda söhbət olmuyub. Bu  göstəricilər yalnız Şərqiyyənin yazılı ifadəsində və anestesioloji vəsaitələr jurnaldadır. Şərqiyyənin ifadəsini  oxumağ sizin icazəniz yoxdur deyir, jurnal oğurlanır və mən günahlandırılana kimi istintaq məndən gizlin aparılır. Əgər bu istintaq gizlin aparılmalıdırsa niyə müstəntiq tərəfindən oğurlanmış jurnaldan “İsmayıl həkimin konspekti” adı ilə foto paylaşılır mediada? İndi özünüz qiymət verin.”-deyə cavab verib.

Sonra şahid  ittihamçı tərəfin müdafiəçisinin müraciəti ilə anestiolojo vasaitlər  jurnalından danışıb.

Cərrahiyə şöbəsində idim. Qapıdan Əflatun müəllimin keçdiyini gördüm, amma hardan gəldiyini bilmədim. Sonra Bənövşə xanım mənə dedi ki, müstəntiq gəlmişdi. Sizin jurnalı apardı. Mən tez qaçaraq birinci mərtəbənin qapısında özümü çatdırdım, əlim ilə qapını tutaraq; “ bu jurnala cavabdeh mənəm, heç kəsə deməmiş hara aparırsınız?” dedim. Az mubahiseden sonra müstəntiq məni pərt elədi. “Mən prokuraturanın müstəntiqiyəm, baş həkimin otağından nə istəsəm götürə bilərəm, sən kimsən.”-deyib, getdi. 

Müdafiəçi – Jurnal aparılana kimi orda hər hansı qaralama görmüşdünüzmü?

  • Qəti görməmişəm. Jurnal gedəndən sonra gəlinim mənə sosial şəbəkələrin sizin jurnaldan yazdığını  dedi.

Müdafiəçi – Jurnalda xəttinizi görsəz tanıyarsınızmı?

  • Bəli

Jurnaldaki ayın 7 və 8-nə olunmuş qeydlər şahidə təqdim olundu.

Şahid – mənim xətdim deyil, amma bizim qızların xətdidir.

Müdafiəçi- Hörmətli məhkəmə, diqqətinizə çatdırmaq istəyirəm ki, jurnalın klinikadan götürülmə protokolu ayın 5-inədir. Lakin, jurnalda ayın 8-inə kimi klinikaya aid qeydlər var. Elə saxtakarlıqları edən müstəntiqdir.

Sonda isə şahid anestesis tibb bacısı Şərqiyə xanımın istintaq zamanı verdiyi ifadələr səsləndirildi və ifadələriniz ilə razılaşırsınızmı deyə sual verildi. Şahid –“xeyr, bu mənim ifadəm deyil. Yenə təkrar edirəm. Gostərilən tarixdə, yəni iyulda, ifadəmi özüm vermişəm, oxuyub imzalamışam. Mən belə şeylər nə deməmişəm, nə də oxumamışam. Əgər bu düzəlişlər  ikinci dəfə şəxsiyyət vəsiqəsi üçün çağrılanda olunubsa da tarix duz göstərilməyib. Mən ora ikinci  dəfə gedəndə payız ayları idi. Havalar soyumuşdu. Üst geyimi geyinmişdim. Hanı bəs həmin tarixdə imzaladığım ifadə?” deyə cavab verdi. 

Ttibb bacısı Təranə Şəfiyeva ifadəsində bildirdi ki, həmin gün  Arzu Qurbanlı əməliyyatdan çıxandan sonra palataya gətirilib və orda oyanıb. 

''Palataya köçürüldükdən sonra uşaq tam ayılmışdı. Ağlayırdı. İlham həkim gəldi baxdı və dedi ki, bir az da keçsin uşağa süd verərsiniz. Az sonra mən süd gətirdim və ananın köməkliyi ilə uşağa bir iki qurtum süd içirdik. Həmin zaman uşaq tam ayılmışdı. Südü palatada stolun üstünə qoydum və dedim ki, gəlib içizdirərəm. Anası dedi ki, narahat olmayın. Mən özüm içizdirərəm. Sonrakı vaxtlardada uşağa tez-tez baş çəkirdim. Anası halsızlığından şikayətlənirdi. Temperaturunu ölçdüm. Temperaturu var idi. Getdim İsmayıl həkimə dedim. Həkim gəldi uşağa baxdı və təyinatını verdi. Müntəzəm olaraq İsmayıl həkimdə, İlham həkimdə palataya gəlirdilər''.

''İlk ifadənin kopyasıdır deyib imzalatdırdı''

Dövlət ittihamçısı çarpaz olaraq zərərçəkmiş tərəfə, uşağın anasına müraciət edərək tibb bacısının fikrinə münasibətini soruşdu. Ana “Xeyr, hamısı yalandır” deyib, tibb bacısına suallar verdi.

- Əgər uşaq ayıq idisə siz niyə Rəhimə xanımı palataya çağırıb, siz bu uşağa nə etmisiniz ki, uşaq ayılmır sualını verdiniz? Hələ mən yoldaşımla danışıb uşaq zarıyır deyəndə siz mənə iradınızıda bildirdiniz.

-Tibb bacısı: Düzünü deyin. Mən elə söz deməmişəm. Rəhimədə palataya kömək məqsədi ilə gəlib hər dəfə. Siz atası ilə telefonda danışarkən uşaq ağlıyırdı. Dediniz uşaq zarıyır, məndə dedim ki, zarımır narkozdan ayılan uşaqdı, ağlayır.

Təqsirləndirilən şəxsin müdafiəçisinin suallarına cavab olaraq tibb bacısı bəzi məqamlarada aydınlıq gətirib.Hələ uşağa süd verərkəndə mən lazımı qaydada uşağı tutmuşam, anası içizdirib.Anası uşağın süd xoşlamadığınıda dedi mənə. Məndə su apardım. Bundan başqa iftar vaxtı  ana üçün palataya yeməkdə aparılıb. Uşaq qusarkən ətraf hər yer qusuntu kütləsi idi. Uşağın üstü, ananın üstü, pastel, yer.

Sonda Şahid T.Şəfiyevanın istintaqa verdiyi ifadəsi dinlənildi. Sonra imza özünə təqdim edildi.

-Bəli imza mənimdir. Axırıncı yazılan sətirlərdə mənimdir. Birinci ifadə verərkən oxumuşam və imzalamışam. İkinci dəfə isə yalnız axırıncı cümlələri yazmışam və imzalamışam. Oxumaq istədim, ancaq müstəntiq qoymadı. İlk ifadənin kopyasıdır deyib imzalatdırdı.

Xatırladaq ki, Sumqayıt şəhər sakini, 2014-cü il təvəllüdlü Qurbanlı Arzu Sənan qızı 2016-cı il iyunun 30-da günorta saatlarında Sumqayıt şəhərindəki "Real" Tibb Mərkəzində boğazında damaq badamcıqlarının (qlanda) iltihabından əməliyyat olunub. Həmin gün axaşam saatlarında uşağın vəziyyəti pisləşib və o, dünyasını dəyişib. Meyit ekspertizaya göndəriləndən sonra uşağın boğulma nəticəsində dünyasını dəyişdiyi müəyyən edilib. 

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) və 320.1-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə - hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) maddələri ilə cinayət işi başlanılıb və "Real" Tibb Mərkəzinin həkim-anestezioloqu İ. Qəmbərov təqsirləndirilən şəxs qismində cəlb edilib.

Məhkəmə oktyabrın 11-də davam etdirələcək.




Loading...

Loading...

Oxşar xəbərlər